Hal-hazırda Ayna qəzetinin 05.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Belqorodda tutulan cani Bakıya gətirildi
Belqorodda tutulan cani Bakıya gətirildi
Elbrus Xəlilov bir sıra qətllərdə təqsirli bilinir
Şənbə, 05.02.2011

Hacı mətn ölçüsü  

Bir sıra qətllər, ictimai rezonans doğurmuş ağır cinayətlər törədən, millət vəkilinin qohumunu qətlə yetirməkdə ittiham olunan şəxs Azərbaycana gətirilib. DİN Baş Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində Elbrus Xəlilov ötən gün Bakıya gətirilib.

Bu şəxs bir müddət əvvəl Rusiyanın Belqorod şəhərində həbs edilib. Belqorod milisi cinayətkarın həmin regionda ola biləcəyi barədə Azərbaycan polisindən məlumat aldıqdan sonra onu yaxalaya bilmişdi.

Gürcüstan əsilli Elbrus Xəlilov Azərbaycanda yaşayıb, ordudan fərarilik edib və bu cinayətinə görə Sabunçu polisi tərəfindən axtarılıb. O sonra bir neçə ağır cinayətlər də törədib. Məsələn, bu şəxs ötən il fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinin işçisi, millət vəkili İqbal Ağazadənin qohumları Vüqar Balayevi öldürməkdə, onun atası İsmayıl Balayevi isə ağır yaralamaqda şübhəli bilinir.

Bundan başqa, Tağıyev qəsəbəsində Müdafiə Nazirliyinin əsgərini, həmin qəsəbədə polis əməkdaşlarını öldürməkdə təqsirləndirilir. Tağıyev qəsəbəsində polis əməkdaşlarını qətlə yetirəndən sonra Elbrus Xəlilov onların tabel silahını da özü ilə götürüb. Fevralın 20-də Sumqayıtda valyutadəyişmə məntəqəsinə basqında həmin tapançadan istifadə edilib. Bu tapançanın həmin tabel silahı olduğu sübuta yetirilib. Bu təhlükəli cani Bakı şəhərində də bir sıra xüsusilə ağır cinayətlər törədib. Onun paytaxtda bir neçə valyutadəyişmə məntəqəsindən külli miqdarda pul apardığı qeyd olunur. Azərbaycanın hüquq-mühafizə orqanları onu dövlətlərarası axtarışa veribmiş.

Polis müəyyən edib ki, o, saxta sənədlərlə ölkəni tərk edib və çoban qiyafəsində Belqorod vilayətində gizlənir. E.Xəlilov tutulanda da elə çoban qiyafəsində imiş.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Dünən Qahirədə əlbəyaxa çarpışmalar sürürdü
İnqilabın paradoksu - döyülən jurnalistlər...

Bakıda daha bir bina partladı
1 ölü, 7 yaralı...

Türk Hava Yolları məhkəməyə verildi
Şirkət rəsmi sənədlərin itirilməsində ittiham olunur

7 həkimdən 3-nə - "qeyri-kafi"
Tibb işçiləri üçün imtahanların nəticələri bu dərəcədə biabırçı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər