Hal-hazırda Ayna qəzetinin 05.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Hökumətin qiymətartırma siyasəti çox kobuddur
Ortada heç bir iqtisadi əsaslandırma yox
Şənbə, 05.02.2011

Aynurə mətn ölçüsü  

Tarif Şurası poçt xidmətlərini, suyu və dəmiryol biletlərini bahalaşdırdı. "Azərpoçt"un göstərdiyi universal poçt xidmətləri üçün qiymətlər 20 qəpiklə 2 manat arasında dəyişir. "Azərsu"nun müraciətinə baxan Şura sudan istifadə qiymətlərini ƏDV daxil olmaqla əhaliyə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Xırdalan şəhərləri və Abşeron rayonu üzrə 1 kubmetr üçün 30 qəpik, digər regionlarda 25 qəpik, qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 manat, tullantı sularının axıdılma xidmətlərinin tariflərini əhali qrupu üzrə 6 qəpik, digər istifadəçilər üçün 30 qəpik səviyyəsində müəyyən edib.

Əhali istehlakçı qrupunda sayğacsız abonentlər üzrə bir nəfər üçün aylıq istehlak norması 6 kubmetrdən 5 kubmetrə endirilib.

Tarif Şurası "Azərbaycan Dəmir Yolları"nın müraciəti əsasında ölkədaxili sərnişindaşıma xidmətlərinə də baxıb. Yeni tariflər istiqamətlərdən və məsafədən asılı olaraq adi qatarlarda 3-19 manat, sürət firma qatarlarında 14-25 manat arasında dəyişir. Tariflərə yataq dəstinin dəyəri də daxil edilib. Sadə elektrik qatarlarında gediş haqqı 20 qəpiklə 2 manat arasında, sürətli elektrik qatarlarında isə 60 qəpiklə 6 manat arasında müəyyən olunub.

Son qiymət artımına münasibət bildirən iqtisadçı Vüqar Bayramovun fikrincə, rabitə xərclərinin artırılması üçün iqtisadi zəmin yox idi. Çünki hazırda bütün dünyada rabitə tarifləri aşağı salınır, Azərbaycanda isə əksinə, qiymət artımı müşahidə edilir. İqtisadçı deyir ki, dəmiryolda tariflərin baxılmasına ehtiyac olsa da, qiymətlərin kəskin artımı diqqəti çəkir: "Qatarlarda qiymətlər 24 manatadək yüksəldi. Bu, 30 dollar dəməkdir. Ərazisi Azərbaycan ölçüdə olan ölkələrdə bu qiymətə qatar bileti satılmır. Dəmiryolu xidməti bütün dünyada ən ucuz xidmət hesab edilir. Bu sahədə kəskin artım məqsədəuyğun deyildi".

Doğrudur, suyun qiymətini artırmağa müəyyən əsas olsa da, narahatlıq doğuran tarifləri kəskin yüksəltməkdir. "Son artımlarla Azərbaycanda içməli suyun qiyməti bölgədə ən yüksək qiymətə çevrilib. Xüsusən qeyri-əhali istehlakçı qrupları üçün ölkənin bütün ərazisi üzrə 1 kubmetr suyun 1 manata satılması biznesin inkişafını əngəlləyəcək. Bütövlükdə bu istiqamət üzrə də qiymətləri iqtisadi baxımdan əsaslandırılmadan kəskin artırmaq diqqəti cəlb edir".

İqtisadçı bu qənaətdədir ki, Tarif Şurası qiymətlərin artırılması ilə bağlı qərar qəbul edən zaman bu artımların vətəndaşların xərclərinə necə təsir göstərəcəyini araşdırmalı idi. Çünki eyni vaxtda bir neçə xidmət üzrə kəskin qiymət artımı əhali üçün yeni, gözlənilməz xərclər yaradır.

İqtisadçı Rövşən Ağayev isə xidmətlərin maya dəyərinin formalaşmasında şəffaflığın olmadığını qeyd edir. Onun sözlərinə görə, istər qatarlarda sərnişindaşımanın, istər suyun, istərsə də enerji daşıyıcılarının tariflərinin bahalaşmasına yanaşma eynidir:

"Eynilik özünü orada göstərir ki, onların hamısı təbii inhisarçılar tərəfindən təqdim edilir. Hamısı dövlətin monopoliyasında olan şirkətlərin təqdim etdikləri qiymətlərdir. Əsas odur ki, həmin xidmətlərin maya dəyərinin necə formalaşması ilə bağlı şəffaflıq yoxdur. Hökumət hər dəfə qiymətləri artıranda heç bir ciddi iqtisadi əsaslandırma ortaya qoymur. Adıçəkilən inhisarçı müəssisələrin heç birinin maliyyə hesabatları yoxdur. Hökumətin qiymətartırma siyasəti çox kobuddur. Hökumətin heç vaxt sosial müavinətləri, pensiyaları 70-80 faiz artırması görünməyib. Yəni gəlir artımında tutduğu mövqe ilə tarif artımındakı mövqeyə üst-üstə düşmür".

İqtisadçı onu da əlavə etdi ki, suyun bahalaşması spirtli və spirtsiz içkilərin, şirələrin qiymətinin qalxmasına zəmin yaradacaq. Ekspertlər Tarif Şurasının qərarlarının bahalaşmaya yol açacağını istisna etmirlər.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

Qonşu Rusiya və Gürcüstanda benzin bahalaşdı

"Qədim xalq"ın qorxuları və hesabları

Bölmənin digər xəbərləri
 
Beş il sonra banklar müştərinin qapısını döyəcək
Müştəri bankın qapısına gəlməyəcək

İqtisadi azadlıq ölkəsi deyilik
İndeksdə 179 ölkə arasında 92-ci yer

Ən çox hüququ pozulan - dəniz neftçiləri
Mirvari Qəhrəmanlı bu fikirdədir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər