Hal-hazırda Ayna qəzetinin 05.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
İqtisadi azadlıq ölkəsi deyilik
İndeksdə 179 ölkə arasında 92-ci yer
Şənbə, 05.02.2011

A.Akif mətn ölçüsü  

Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 92-ci yeri tutub və əsasən qeyri-azad ölkələr kateqoriyasına daxil edilib. "İqtisadi forum" jurnalının məlumatına görə, Neritage Foundation 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini açıqlayıb.

Azərbaycan İqtisadi Azadlıq İndeksi üzrə 100 mümkün baldan 59,7 balla 92-ci yerə yüksəlib. Azərbaycan 2008-ci ildə 107, 2009-cu ildə isə 99-cu, 2010-cu ildə isə 96-cı yeri tutmuşdu. Bu il ölkəmizin topladığı bal 0,9 bənd artıb, mövqeyini isə daha 4 pillə möhkəmləndirib.

Azərbaycan topladığı balın həcminə görə, əvvəlki illərdə olduğu kimi, 2010-cu ildə də əsasən qeyri-azad ölkələr qrupuna daxil edilib.

İndeks 10 komponent əsasında tərtib edilib. Bu komponentlərə - biznes, ticarət, fiskal, hökumət xərcləri, monetar, investisiya, maliyyə, mülkiyyət hüquqları, korrupsiyadan azadolma və əmək azadlıqları daxildir. Bu komponentlərin hər biri ayrı-ayrılıqda 100 ballıq şkala ilə qiymətləndirilib.

Azərbaycan əmək azadlığı (81,1 bal), fiskal azadlıq (83,9 bal), hökumətin xərcləri (71,0 bal), biznes azadlığı (72,9 bal), ticarət azadlığı (77,1 bal) komponentləri üzrə yüksək bal toplayıb. Bundan başqa monetar azadlığı üzrə 72,6, investisiya azadlığı üzrə 55, maliyyə azadlığı üzrə isə 40 bal qazanıb. Ən aşağı göstərici əvvəlki illərdə olduğu kimi mülkiyyət hüquqları (20 bal) və korrupsiyadan azadolma (23 bal) səviyyəsində müşahidə edilib.

Müqayisə üçün: keçən il Ermənistan 69,7 balla 36-cı yeri tutub. Bu ölkənin mövqeyində son 2008-2010-cu illərdə geriləmə olsa da, bu il irəliləyiş müşahidə edilib. Belə ki, 2008-ci ildə 28-ci yerdən 2010-cu ildə 38-ci yerə düşən Ermənistan bu il 2 pillə yüksələ bilib. Ermənistan orta azad ölkələr qrupuna daxil edilib.

Gürcüstan nisbətən zəif nəticə göstərib. Ancaq buna baxmayaraq Gürcüstan MDB ölkələri arasında azad ölkələr sırasına düşən yeganə dövlətdir. Qonşumuz 70,4 balla 29-cu yerə düşüb. Halbuki ötən il 26-cı yeri tutub.

Estoniya 75,2 balla 14-cü, Litva 71,3 balla 24-cü, Latviya isə 65,8 balla 56-cı yeri tutub. Bu il Estoniya və Litva üçün uğurlu olsa da, Latviya üçün uğursuz olub. Estoniya 2, Litva 5 pillə irəliləyib. Latviya isə 6 pillə geriləyib. Ancaq buna baxmayaraq Estoniya və Litva əsasən azad olan ölkələr sırasında mövqelərini möhkəmləndiriblər. Latviya isə orta azad ölkələr qrupunda təmsil olunub. Bu qrupda təmsil olunan digər iki MDB ölkəsi Qırğızıstan və Qazaxıstan olub. Birincinin mövqeyində də pisləşmə müşahidə edilsə də, ikincidə yaxşılaşma baş verib. Qırğızıstan 61,1 balla 83-cü, Qazaxıstan 62,1 balla 78-ci ölkə statusunu qazanıb.

Digər MDB ölkələri Azərbaycandan da pis nəticə göstərib. Moldova 125-ci (53,7), Tacikistan 128-ci (53), Rusiya 143-cü (50,3) yeri tutmaqla əsasən qeyri-azad ölkələr sırasına daxil olub. Belarus (47,9 balla 155-ci yer), Özbəkistan (45,8 balla 163-ci yer), Ukrayna (45,8 balla 164-cü yer) və Türkmənistan (43,6 balla 169-ci yer) isə azad olmayan ölkələrə daxil edilib.

Ən çox bal toplayan Honq Konq 89,7 balla həmişəki kimi cədvələ liderlik edir. Sonrakı yerləri Sinqapur (87,2) və Avstraliya (82,5) tutur. Cədvəlin son üçlüyünü Kuba, Zimbabve və Şimali Koreya qapayır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Beş il sonra banklar müştərinin qapısını döyəcək
Müştəri bankın qapısına gəlməyəcək

Ən çox hüququ pozulan - dəniz neftçiləri
Mirvari Qəhrəmanlı bu fikirdədir

Hökumətin qiymətartırma siyasəti çox kobuddur
Ortada heç bir iqtisadi əsaslandırma yox



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər