Hal-hazırda Ayna qəzetinin 05.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Beş il sonra banklar müştərinin qapısını döyəcək
Beş il sonra banklar müştərinin qapısını döyəcək
Müştəri bankın qapısına gəlməyəcək
Şənbə, 05.02.2011

Aynurə mətn ölçüsü  

Türkiyədə bankçılıq yüksək inkişaf dövrünü yaşayır. Plastik kartlar geniş yayılıb, banklar biznesin, kiçik və orta biznesin stimullaşdırılması üçün proqramlar həyata keçirir. Banklardan alış-veriş, səfər, istehlak malları - mebel, xalça, elektrik əşyaları, səhiyyə xərcləri və ağlagələn bütün sahələr üçün kredit almaq mümkündür. Bankların qapısı işləyən hər kəsə açıqdır. Hətta şəxsiyyət vəsiqəsinin nömrəsini mobil telefonla qısa nömrəyə göndərməklə hər hansı bankdan kredit alıb-ala bilməyəcəyini öyrənmək olar. Bu gün bizim banklar Türkiyə təcrübəsini öyrənməyə çalışır. Bunları bizə Azərbaycan Bank Tədris Mərkəzinin təlimçi eksperti İlkin Qarayev danışır.

Azərbaycan Banklar Assosiasiyasının xətti ilə 8 yerli bankın işçiləri Türkiyədə seminardan qayıdıblar. On ildir Bank Tədris Mərkəzində təlimçi ekspert çalışan və vaxtilə Türkiyə Banklar Birliyinin beynəlxalq tədris mərkəzində təhsil almış İlkin Qarayev Türkiyə təcrübəsini və Azərbaycan bank sisteminin bugünkü problemlərini AYNA ilə bölüşdü.

- Təlim proqramının məqsədi yerli bankların işi ilə tanış olmaq idi. Biz Türkiyə bank sisteminin güclü inkişaf səviyyəsini müşahidə etdik. Bazarın həcmi, insanların bank məhsullarından istifadə vərdişləri, banklara münasibəti, inamı və dövlətin bu sahənin inkişafı üçün yaratdığı şərait baxımından Türkiyə çox irəli gedib.

Müqayisədə Türkiyə banklarının sayı Azərbaycandakından azdır. Orada bankların şəbəkəsi genişdir. Məsələn, bir bankın 700-800 filialı var. Bizdə isə banklar çox kiçikdir, hətta bir biznesə, holdinqə xidmət edən banklar var.

- Amma Türkiyədə banklar indiki səviyyəsinə çatmaq üçün xeyli yol gəlib...

- Əlbəttə, bunun üçün 40 il vaxt lazım olub. Təlimçilər söylədilər ki, banklar bu yolu çox çətinliklə keçiblər. Amma Azərbaycan bankları, təbii ki, Türkiyə və dünya təcrübəsindən istifadə etməklə inkişafa 5-6 ilə nail ola bilər.

REKLAM

Bank işçiləri də Türkiyədəki fərqi gördülər və hansı sahələrdə geri qaldıqlarını daha aydın təsəvvür etdilər.

Sözsüz ki, banklarda qərar verən insanların prosesdən xəbərdar olması vacibdir. İqtisadiyyatın aparıcı qüvvəsi olmaq üçün bank sektoru hər zaman bir addım öndə olmalıdır.

- Bunun üçün bankların üzərinə hansı vəzifələr düşür?

- Fikrimcə, banklar dünya praktikasını, marketinqi daha yaxşı öyrənməlidir. Bizdə müştəri və bank rəhbərliyi arasında əlaqə zəifdir. Əslində isə müştərinin nə istədiyini bank yaxşı bilməlidir. Bəzən elə olur ki, bank yeni məhsul yaratmaq üçün beynəlxalq təcrübədən tutmuş hər şeyi öyrənir. Ancaq müştərilərin fikirlərini öyrənmir, bilmir ki, müştəri həmin məhsulu alacaqmı? Reallıqda ya məhsul müştəriyə düzgün təqim olunmur, yaxud ehtiyac duyduğu xidmət növü olmur və s.

Elə bank var ki, reklam büdcəsi 1 milyondan artıqdır. Amma müştərilərlə sorğu və araşdırmaya çox cüzi pul xərcləyir. Hesab edirəm ki, yaxın illərdə banklar istəsələr də, istəməsələr də bunu etməli olacaq. Rəqabət mühiti sərtləşəcək. Müştəri bankların qapısına gəlməyəcək. Beş il sonra banklar müştərinin qapısını döyəcək.

Milli bank sistemində problemlərlə yanaşı inkişaf da var. Məsələn, əmanətlərin faizi, xüsusilə manatla saxlanan əmanətlərin həcmində artım var. Banklarda kapitallaşma davam etməkdədir. MB bazarı təlatümlərdən qoruya bilir. Amma əhalinin banklara etibarı, bank məhsullarından istifadəsi ilə bağlı problemlər qalmaqdadır.

- Banklar müştərilərlə münasibətdə çox ehtiyatlı davranır. Banklara etibarın aşağı səviyyədə olmasında bunun rolu nə dərəcədədir?

- Gerçəklik odur ki, əhalinin banklara münasibətində problem qalır. Ona görə də pul kütləsinin böyük hissəsi banklardan kənarda dövr edir. Türkiyədə, Avropada taksidə belə plastik kartlarla ödəniş olar. Bakıda isə böyük mağazalarda post-terminallar yoxdur. Kartlardan istifadə səviyyəsi çox aşağıdır. Türkiyədə kredit kart məhsullarının sayı çoxdur.

Əlbəttə, sovet dövründə banklara qoyulmuş əmanətlərin qaytarılmaması etibarın azalmasında az rol oynamır. MM-də əmanətlərin qaytarılması üçün müzakirələr aparılsa da, ortada qanun yoxdur. Bundan başqa, Sovet İttifaqı dağılan ilk illərdə bank adı ilə fəaliyyət göstərən "Vahid bank" kimi strukturlar oldu. Bu da etibarın, inamın azalmasında mənfi rol oynadı.

İnamı artırmaq üçün 2007-ci ildə Əmanətlərin Sığortalanma Fondu yaradıldı. Həmin ildən əmanətlərdə artım müşahidə edilir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Bölmənin digər xəbərləri
 
İqtisadi azadlıq ölkəsi deyilik
İndeksdə 179 ölkə arasında 92-ci yer

Ən çox hüququ pozulan - dəniz neftçiləri
Mirvari Qəhrəmanlı bu fikirdədir

Hökumətin qiymətartırma siyasəti çox kobuddur
Ortada heç bir iqtisadi əsaslandırma yox



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər