Hal-hazırda Ayna qəzetinin 05.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Yarışdan çıxıb, yarışa yollanırlar
Yarışdan çıxıb, yarışa yollanırlar
Cüdo üzrə yığma komandamız Norveçdə təlim-məşq toplanışına gedir
Şənbə, 05.02.2011


İlham
mətn ölçüsü  

Ötən həftə Gürcüstanın paytaxtı Tbilisidə kişi və qadın cüdoçular arasında dünya kubokuna yekun vurulub. Yarışa 20 idmançı ilə qatılan Azərbaycan yığması Vətənə 1 qızıl və 1 bürünc medalla qayıdıb.

Baş məşqçimiz Ağayar Axundzadənin rəhbərlik etdiyi komanda üzvlərindən İlqar Mişkiyev (60 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ondan fərqli olaraq, yarımfinal səddini aşa bilməyən Elxan Rəcəbli (81 kq) bürünc medalla kifayətlənib. Hər iki cüdoçumuz müvafiq olaraq 100 və 40 lisenziya xalı qazanıblar.

Ramin Qurbanov (90 kq) 5-ci, Şahin Məmmədov (100 kq) isə 7-ci yeri tutublar. Qeyd edək ki, 22 ölkənin mübarizə apardığı dünya kubokunda Azərbaycan komanda hesabında 5-ci yeri tutub. Yığmamızdan əvvəlki yerlər Rusiya, Gürcüstan, Ukrayna və Qazaxıstan millilərinə nəsib olub.

Cüdo üzrə yığma komandamız hazırlıqla əlaqədar Norveçə yollanacaq. Komandamız növbəti təlim-məşq toplanışını Skandinaviya ölkəsində keçirəcək. Səfərə fevralın 9-da yollanırlar. Yığmanın heyətində İlqar Mişkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Renat Mirzəliyev (73 kq), Elnur Məmmədli (81 kq), Elxan Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Emil Tahirov (+ 100 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) yer alıblar.

Norveçdə hazırlıq 1 həftə davam edəcək. Məşqlər başa çatdıqdan dərhal sonra isə cüdoçularımız ordan birbaşa Almaniyanın Düsseldorf şəhərinə yollanacaq və burada Qran-pri turnirində iştirak edəcəklər. Qeyd edək ki, "London-2012"yə lisenziya xalı verən Qran-Pri yarışı fevralın 19-20-də olacaq.

 


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uzun yolun başlanğıcında

Londonda lisenziya xalı paylanır

Abu-Dabidə uğursuzluq

2 qızıl, 2 gümüş

Bölmənin digər xəbərləri
 
Çempion uduzdu
Digər Azərbaycan klubları isə növbəti qələbələrini qazandılar

Milli ilin ilk ciddi sınağına çıxır
Berti Foqtsun komandası 3 gündən sonra Macarıstanla üz-üzə gələcək

Bakıda yeni bir Dünya Çempionatı
Boks üzrə dünya birinciliyi lisenziya xarakterli yarışdır

Millidə daha bir legioner
Yusif Fuladzadə əslən azərbaycanlıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər