Hal-hazırda Ayna qəzetinin 05.02.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 05.02.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Çempion uduzdu
Çempion uduzdu
Digər Azərbaycan klubları isə növbəti qələbələrini qazandılar
Şənbə, 05.02.2011

Kərim mətn ölçüsü  

Qadın voleybolçulardan ibarət komandalarımız Azərbaycan voleybolunu Avropa turnirlərində müvəffəqiyyətlə təmsil etməkdədir. Ölkəmizi qitəmiqyaslı klub yarışlarında təmsil edən "Rabitə", "Azərreyl", "Lokomotiv" və "İqtisadçı" növbəti oyunlarını keçirdilər. Xatırladaq ki, Azərbaycan çempionu "Rabitə" Çempionlar Liqasında, digər üç komandamız isə "Celenc Cur" turnirində mübarizə aparır.

"Rabitə" Çempionlar Liqasında növbəti oyununu keçirib. Dejan Brdjoviçin başçılıq etdiyi Bakı komandası I pley-off mərhələsində Çexiya çempionu "Modranska" ilə qarşılaşıb. Görüşün favoriti "Rabitə" sayılsa da, qələbəni rəqib qazanıb. Belə ki, qrup üçüncüsü kimi pley-offda mübarizə aparan çexlər ilk setdə məğlub olmalarına baxmayaraq, ardıcıl iki hissədə qalib gələrək, hesabda irəli çıxıblar. Bundan sonra özünə gələn voleybolçularımızın oyunda dönüş yaratmaq istəyi isə alınmayıb. Doğrudur, voleybolçularımız dördüncü setdə çətinliklə də olsa, qələbə qazanıblar, amma həlledici hissənin sonlarında buraxdıqları səhvlər onların bütün əziyyətini puça çıxarıb. Dramatik keçən oyun "Modranska"nın qələbəsi ilə bitib - 3:2 (19:25, 25:22, 25:19, 23:25, 21:19).

Ölkə çempionatının gümüş mükafatçısı "Lokomotiv" "Selenc Cur" turnirinin 1/8 final mərhələsinin ilk görüşündə Kiprin "Apallon" komandası ilə qarşılaşıb. Bakıda keçirilən matçda rəqibin ciddi müqavimət göstərəcəyi gözlənilsə də, belə olmayıb. Elə ilk setdə üstünlüyü ələ alan Bakı komandası asan qələbə qazanıb - 3:0 (25:19,25:15,25:19).

Analoji yarışda ölkəmizi təmsil edən ikinci klub - "Azərreyl" Ukraynanın "Ximik" komandası ilə qarşılaşıb. Vüqar Əliyevin başçılıq etdiyi "Azərreyl" odessalılarla oyunda "quru hesab"la qələbə qazanıblar. İlk seti 11 xallıq fərqlə başa vuran komandamız ikinci partiyada meydan sahiblərinin müqaviməti ilə üzləşiblər. Amma "Ximik"in gücü 18 xal toplamağa çatıb. Ardıcıl iki seti üstün başa vuran "Azərreyl" üçüncüdə işi daha asan olub. Bu dəfə komandamız rəqibinə vur-tut 13 xal verib.

"İqtisadçı" klubu isə "Selenc Cur" turnirində 7-ci qarşılaşmasına çıxıb. Keçirdiyi ilk 6 görüşlərin hamısında tam üstünlüklə qələbə qazanan universitet komandası 1/8 finalda Rumıniyanın "Ctiinta"nın qonağı olub. Oyun Bakı klubu üçün pis başlayıb. Texniki fasiləyə 7 top geridə (1:8) yollanan "İqtisadçı" hissənin ortalarında özünə gəlib. Beləliklə, belçikalı mütəxəssis baş məşqçi Jan de Brandtın məsləhətlərindən nəticə çıxaran voleybolçularımız yekunda çətinliklə də olsa, ilk setdə qələbə qazanıblar. Qalan iki set gərgin keçsə də, komandamız tam qələbəsini təmin etməyi bacarıb - "Stiinta" - "İqtisadçı" - 0:3 (22:25, 23:25, 17:25).


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Rabitə Nazirliyindən bir xoş, bir də bəd xəbər

"Azərreyl" türk məşqçiyə tapşırıldı

Kimisi qalib, kimisi məğlub

Biri getdi, qaldı dördü

"Marakana" yenidən qurulur

Bölmənin digər xəbərləri
 
Milli ilin ilk ciddi sınağına çıxır
Berti Foqtsun komandası 3 gündən sonra Macarıstanla üz-üzə gələcək

Yarışdan çıxıb, yarışa yollanırlar
Cüdo üzrə yığma komandamız Norveçdə təlim-məşq toplanışına gedir

Bakıda yeni bir Dünya Çempionatı
Boks üzrə dünya birinciliyi lisenziya xarakterli yarışdır

Millidə daha bir legioner
Yusif Fuladzadə əslən azərbaycanlıdır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər