Hal-hazırda Ayna qəzetinin 29.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Millinin ilk toplanışı Dubayda olacaq
Millinin ilk toplanışı Dubayda olacaq
Şənbə, 29.01.2011


İlham
mətn ölçüsü  

Futbol üzrə milli yığma komandamız 2011-ci ildə ilk təlim-məşq toplanışına yığışıb. Millinin almaniyalı baş məşqçisi Berti Foqts komandasını Birləşmiş Ərəb Əmirliklərinə aparıb. Məqsəd 2012-ci il Avropa çempionatının seçmə qrup oyunlarında çıxış edən komandanı növbəti oyunlara hazırlamaqdır.

Fevralın 10-dək davam edəcək təlim-məşq toplantısı çərçivəsində yığma iki yoxlama görüşündə də qüvvəsini sınayacaq. Futbolçularımız fevralın 2-də Avroliqanın 1/16 final mərhələsinə çıxan Ukraynanın "Metallist", 9-da isə Macarıstan yığması ilə qarşılaşacaqlar. Xatırladaq ki, hələ 2009-cu ilin noyabr ayında Azərbaycan futbolçuları bu ölkədə keçirilən beynəlxalq turnirdə iştirak etmişdilər. O zaman millimiz Əl-Ayn arenasında İraq komandasına uduzmuş (0:1), Çexiyaya qalib gələrək (2:0) 2-ci yeri tutmuşdu.

Millinin yeni ildə ilk təlim-məşq toplanışına toplaşan futbolçuların əksəriyyəti düşərgəyə Türkiyədən gəlib. Belə ki, milliyə dəvət alan 27 futbolçudan 22-si oradan Bakıya gələrək, yığmaya qoşulublar. Bu da onların çıxış etdikləri "Neftçi", "Xəzər-Lənkəran", "Qarabağ", "Bakı", "Qəbələ" və "Turan" klublarının Türkiyənin kurort şəhərində təlim-məşq toplantısında olması ilə bağlıdır. Qalan beş futbolçudan debütant Samir Zərgərov oynadığı "Gəncə" klubu Gürcüstanda təlim-məşq toplantısında olduğundan, yığmanın düşərgəsinə oradan gəlib. "İnter"in milliləşdirilən ukraynalı futbolçuları Vladimir Levinlə Aleksandr Çertoqanov Rusiyada "Birlik Kuboku"nun qalibi olduqdan sonra onlara verilən istirahətdən istifadə edərək vətənlərinə yollanıblar. Nəticədə onlar yığmaya qatılmadıqlarından "İnter"in Antalyadakı ikinci hazırlıq prosesində də iştirak etməyəcəklər.

Ölkədən kənarda oynayan iki futbolçumuz da Dubaya Türkiyədən gələcək. Millimizin kapitanı Rəşad Sadıqov ötən yaydan "Eskişehirspor"da çıxış edir. Mahir Şükürov isə oynadığı Rusiyanın "Anji" klubu da yeni mövsümə hazırlığın böyük hissəsini Türkiyədə keçirəcək. Ancaq Rəşadla Mahir yalnız Dubay toplantısının sonuna qatıla biləcəklər. Çünki FİFA-nın qaydalarına görə, klublar təqvimdə göstərilən yoldaşlıq görüşlərinə 2 sutka qalmış futbolçuları yığmanın düşərgəsinə buraxmaq hüququna malikdir.

Berti Foqtsun dekabr siyahısında dəyişiklik də var. Maraqlıdır ki, onların hər ikisi debütantdır. Bunlardan biri yarımmüdafiəçi Elnur Abdullayev, ikincisi isə hücumçu Murad Hüseynovdur. Bu futbolçu Serbiyanın I divizion təmsilçisi "Mladost"dan gedişindən sonra Foqtsun vasitəçiliyi ilə Almaniyanın "Fortuna" klubunda baxışda olub. Ancaq bu futbolçunun keçidi reallaşmadığından Murad "Qəbələ"də baxışdan uğurla keçərək 2 il yarımlıq müqaviləyə imza atıb.

Azərbaycan yığmasının Dubaydakı təlim-məşq toplanışına yollanan heyəti belədir:

Qapıçılar: Kamran Ağayev ("Xəzər-Lənkəran"), Aqil Məmmədov ("Bakı"), Andrey Popoviç ("Abşeron");

Müdafiəçilər: Rəşad Sadıqov ("Eskişehirspor", Türkiyə), Saşqa Yunisoğlu ("Qəbələ"), Vladimir Levin ("İnter"), Vurğun Hüseynov ("Turan"), Rail Məlikov, Ruslan Abuşov (hər ikisi "Neftçi"), Maksim Medvedyev ("Qarabağ"), Elnur Allahverdiyev ("Xəzər-Lənkəran");

Yarımmüdafiçilər: Samir Abbasov, Elvin Məmmədov (hər ikisi "Qarabağ"), Əziz Quliyev, Fabio Luis Ramim (hər ikisi "Bakı"), Samir Zərgərov ("Gəncə"), Amit Quluzadə, Cavid Hüseynov (hər ikisi "Neftçi"), Rahid Əmirquliyev, Elnur Abdullayev (hər ikisi "Xəzər-Lənkəran"), Aleksandr Çertoqanov ("İnter"), Arif İsayev ("Qəbələ"), Mahir Şükürov ("Anji", Rusiya);

Hücumçular: Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi "Qarabağ"), Vaqif Cavadov ("Bakı"), Murad Hüseynov ("Qəbələ").



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Vaqifin "Tvente"yə keçidi bu gün rəsmiləşə bilər

Foqtsun 2010-da ilk sınağı

Başlayırıq Almaniyayla, qurtarırıq Türkiyəylə

Növbəti rəqib - Honduras millisi

Yığma Avstriyada 5 ulduzlu oteldə qalacaq

Bölmənin digər xəbərləri
 
İskəndər Cavadov: "MDB məkanında öz sözümüzü dedik"
Azərbaycanın veteran futbolçusu, Regional Futbol Federasiyasının rəhbəri İskəndər Cavadov "azerisrort.com" saytına müsahibə verib.

"İnter" "Neftçi" və "Xəzər-Lənkəran"ın uğurunu təkrarladı
MDB və Baltikyanı ölkələr çempionlarının iştirakı ilə keçirilən "Birlik Kuboku" turnirinə yekun vurulub.

Todorov "Bakı"da baxışdadır
Antalyada təlim-məşq toplanışında olan "Bakı" klubu bolqarıstanlı futbolçu Radomir Todorovu baxışdan keçirir.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər