Hal-hazırda Ayna qəzetinin 29.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Ramil Usubov: "Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq"
Ramil Usubov:
"Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq"
Nazir "hicab problemi"nə münasibət bildirib
Şənbə, 29.01.2011


E.İlkin
mətn ölçüsü  

Azərbaycanın daxili işlər naziri Ramil Usubov ölkədə hicabla bağlı problemlərdən və bu problemləri yaradan amillərdən danışıb. Nazir "Azərbaycan" qəzetinə müsahibəsində bildirib ki, heç bir qüvvə Azərbaycanda sabitliyə xələl gətirə bilməz:

"Antiazərbaycan şəbəkə bilməlidir ki, onun dövlətimizə və xalqımıza qarşı yönəlmiş hər bir bədnam planı həmişə olduğu kimi, bundan sonra da uğursuzluğa düçar olacaq. Çox təhlükəli və zərərli meyil olan dini ekstremizmə, radikalizmə qarşı mübarizədə bütün əməkdaşlarımız diqqətli və sayıqdırlar. Aidiyyəti dövlət orqanları bu cür təzahürlərin yayılmasına, ölkədə sabitliyi pozmaq cəhdlərinə imkan verməyəcək".

R.Usubov qeyd edib ki, bu gün Azərbaycanda böyük əksəriyyət baş örtüyü məsələsi ilə bağlı əsl həqiqəti yaxşı anlayır, problemin məğzini və haradan qaynaqlandığını dərk edir: "Azərbaycan yüksək islami dəyərləri təməl mənəvi prinsiplər kimi qəbul edən ölkədir, eyni zamanda, dini tolerantlığın bütün dünya miqyasında ən mükəmməl örnəklərindən biridir. Həmçinin bu gün mədəniyyətlərin, dinlərin, o cümlədən konfessiyaların dinc yanaşı yaşadığı, qarşılıqlı anlaşmasının yüksək səviyyədə olduğu bir dövlətdir. Ölkəmizdə hər hansı dinin təmsilçisinə onun inancının buyurduğu dini ayinləri icra etməyə, libası geyməyə maneə yoxdur. Bu mənada, qadın və qızlarımız da baş örtüyündən istifadədə sərbəstdir və buna hansısa qadağa yoxdur. Amma bu cür etiqad azadlığının hökm sürdüyü mütərəqqi mühiti gözü götürməyənlər indi yeni iddia ortaya atıblar - orta məktəblərin qız şagirdləri dərsə baş örtüyü ilə gəlməlidir. Belə yanaşma dünyəvi, sivil cəmiyyətə xas dəyərlər baxımından yolverilməzdir. Orta məktəb şagirdləri üçün vahid geyim forması müəyyən edilib. Kim öz övladının başını örtmək istəyirsə, məktəbdən kənarda, məişətdə, evində bunu icra edə bilər. Azərbaycan qadınına məcburən baş örtüyü bağlatmaq istəyənlər heç onların fikrini soruşurlarmı, mövqeyini öyrənirlərmi? Nədən valideyn iradəsinə tabe olan, hələ müstəqil şəxsiyyət kimi tam formalaşmamış yeniyetmə qızları elmə və cəmiyyət həyatında daha faydalı olmağa yox, əksinə, cəhalətə, iki-üç əsr öncəki duruma, geriyə sürükləyirlər? Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq, öz potensialını xalqın, dövlətin inkişafına yönəltmək".

R.Usubov həmçinin bildirib ki, mənəviyyat, əxlaq heç də zahiri görünüşlə müəyyənləşmir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Daxili Qoşunlar üçün yeni hərbi hissə

Xocəsən məktəbinə hücum

Plyonkalardan istifadəyə icazə verilir

Misir Mərdanov:"Hər bir şagird məktəbdə yalnız məktəbli geyimində olmalıdır"

Xatirə İslam hicablanmaq fikrində deyil

Bölmənin digər xəbərləri
 
Hardan biləsən ki, sənin etibar etdiyin məlumat...
Fərdlər barədə məlumat toplayan qurumlara etibar etmək ciddi məsələdir

Kollegiya iclasından nikbin rəqəmlər
Dövlət hesabına bu vaxtadək 3600 mənzil verilib

İş prosesində işçi əlini yaralasa...
və bu hal gizlədilsə, işəgötürənə - 2000 manat cərimə

Səhiyyə Nazirliyi imtahanların nəticələrini açıqlayıb
Test imtahanı verən 53 həkimdən 2 nəfəri keçid balı toplaya bilməyib

Parlament və Hüseyn Cavid prospektləri istilikdən məhrum olunub
Bu isə qorxuludur - dəm qazından zəhərlənmələrə səbəb olur



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər