Hal-hazırda Ayna qəzetinin 29.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Parlament və Hüseyn Cavid prospektləri istilikdən məhrum olunub
Parlament və Hüseyn Cavid prospektləri istilikdən məhrum olunub
Bu isə qorxuludur - dəm qazından zəhərlənmələrə səbəb olur
Şənbə, 29.01.2011


E.Eldəniz
mətn ölçüsü  

Bu il də "Azəristiliktəchizat" qış mövsümünə hazırlıq işlərini tam həyata keçirə bilməyib. Belə ki, 2010-2011-ci illərin "istilik mövsümündə" işləməsi nəzərdə tutulan qazanxana və istilik məntəqələrini qışa hazırlıq vəziyyətinə gətirsə də, bu bütün paytaxt ərazilərinə şamil edilməyib.

Paytaxtın mərkəzi hesab edilən Parlament və Hüseyn Cavid prospektlərində, o cümlədən Yasamal rayonunda əksər məhəllələrin sakinləri az qala 20 ildir istilik sistemindən məhrum olunublar. Bu ərazilərdə vətəndaşlar əsasən qaz və digər qızdırıcı vasitələrdən, hətta kustar üsulla hazırlanmış və normativ tələblərə cavab verməyən sobalardan istifadə etmək məcburiyyətində qalıblar.

"Azəristiliktəchizat" ASC-dən isə vətəndaşlara hər dəfə istilik xətlərinin dəyişdirilməsi və qazanxanaların təmir ediləcəyi barədə söz verilsə də, yaşayış binaları hələ də istilik sistemi ilə təhciz olunmayıb. İstilik sistemlərinin bərpa edilmədiyi isə qaz sobalarından istifadə edən vətəndaşlar üçün təhlükə mənbəyidir. Qazın xüsusən qış mövsümündə fasilələrlə verilməsi həm partlayışların, həm də dəm qazından zəhərlənmə faktlarının artmasına səbəb olur.

FHN ötən il ölkədə dəm qazından 1245 zəhərlənmə faktı qeydə alıb. Bu yanvar ayının 1-dən 18-dək isə ölkə ərazisində dəm qazından 175 zəhərlənmə faktı qeydə alınıb ki, onlardan 7-si ölümlə nəticələnib. Bununla yanaşı 2010-cu ildə ölkədə 26 partlayış hadisəsi baş verib. Onlardan 21-i məhz qaz sızması nəticəsində meydana gəlib. Bu hadisələr nəticəsində 38 nəfər xəsarət alıb, 2 nəfər isə həyatını itirib.

FHN-in məlumatında bildirilir ki, ölkə ərazisində qaz təchizatı və istehlakı sahəsində mövcud olan nöqsan və qanun pozuntularının aşkar edilməsi, qarşısının alınması və nəzarətin gücləndirilməsi istiqamətində nazirliyin müvafiq qurumları tərəfindən kompleks tədbirlər həyata keçirilib. 2010-cu ildə 17000-dən artıq müəssisədə, 111000-dən artıq yaşayış evində qaz təsərrüfatı müayinədən keçirilib və nəticədə qaz təsərrüfatı ilə bağlı 27 min 600-dən artıq nöqsan aşkar edilib. Eləcə də 3800-dən artıq mənzilin tüstü bacası təmizlənib.

FHN bir daha ölkə əhalisinə müraciət edərək bəyan edir ki, baş verə biləcək hər hansı təhlükənin qarşısını almaq üçün əhali ilk növbədə qaz cihazlarından istifadədə müvafiq norma və qaydalara riayət etməli, kustar üsulla hazırlanmış sobalardan imtina etməli, özlərinin və yaxınlarının həyatını qorumaq üçün təhlükəsizlik qaydalarını bilməli və əməl etməlidir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Qazın qiymət artımı narazılıq yaradıb

FHN Akademiyasına rəis təyin edildi

İrandan Qarabağa - təbii qaz

Milli mətbuatın 135 illik yubileyi qeyd ediləcək

Qazaxda jurnalistlərin Xocalı toplantısı

Bölmənin digər xəbərləri
 
Hardan biləsən ki, sənin etibar etdiyin məlumat...
Fərdlər barədə məlumat toplayan qurumlara etibar etmək ciddi məsələdir

Kollegiya iclasından nikbin rəqəmlər
Dövlət hesabına bu vaxtadək 3600 mənzil verilib

İş prosesində işçi əlini yaralasa...
və bu hal gizlədilsə, işəgötürənə - 2000 manat cərimə

Səhiyyə Nazirliyi imtahanların nəticələrini açıqlayıb
Test imtahanı verən 53 həkimdən 2 nəfəri keçid balı toplaya bilməyib

Ramil Usubov: "Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq"
Nazir "hicab problemi"nə münasibət bildirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər