Hal-hazırda Ayna qəzetinin 29.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Səhiyyə Nazirliyi imtahanların nəticələrini açıqlayıb
Səhiyyə Nazirliyi imtahanların nəticələrini açıqlayıb
Test imtahanı verən 53 həkimdən 2 nəfəri keçid balı toplaya bilməyib
Şənbə, 29.01.2011


E.İlkin
mətn ölçüsü  

Səhiyyə Nazirliyinin praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan həkimlərin sertifikasiyası məqsədilə 26 yanvarda keçirilən imtahanda uğur qazananların adları artıq bəllidir. Əslində isə 54 həkimdən uğur qazanan 5 həkim olub. 49 həkim isə bu sahəyə yararsız sayılmalıdır. Təbii ki, Avropa yanaşmasına görə. Bizim yanaşmaya görə, onlar işləyəcəklər.

Nazirliyin mətbuat xidmətindən verilən açıqlamaya əsasən, dermatovenerologiya və kardiologiya ixtisasları üzrə imtahanlarda 54 həkim iştirak edib. Nəticələrə əsasən, 54 nəfərdən 2-si növbəti mərhələyə keçid üçün tələb olunan 60 balı toplaya bilməyib. Bu həkimlərdən bir nəfər mümkün 100 baldan 55, 1 nəfər 43, 24 nəfər 90-99, 12 nəfər 80-89, 6 nəfər 70-79, 3 nəfər 60-69 bal toplayıb. 5 həkim isə 100 sualın hamısına düzgün cavab verərək maksimum nəticə göstərib.

İmtahanın şərtlərinə əsasən, həkimlər 3 saat ərzində 100 sualdan ən azı 60 suala düzgün cavab verməlidir. Hər sual 1 balla qiymətləndirilir. Bu şərti ödəyən həkimlər növbəti mərhələyə - 5 il müddətinə sertifikat almaq üçün müsahibəyə buraxılır. İmtahanda 60 baldan aşağı nəticə göstərənlər isə yenidən imtahan verməlidir. İkinci imtahanda da tələb olunan keçid balını toplaya bilməyən həkimlər praktik tibb fəaliyyəti göstərə bilməzlər. Onlar yalnız bir müddət də hazırlaşıb yenidən imtahan verməli və sertifikasiya üçün tələb olunan balı toplamalıdırlar.

Bu prosedurda diqqətimizi çəkən o oldu ki, misal üçün, İtaliyada imtahanlarda 100 sualdan 99-na cavab verib, yalnız 1-nə cavab verə bilməyən həkim praktik fəaliyyətə buraxıla bilməz. Orada məsələ bu şəkildə qoyulur: Birdən pasiyentin problemi həmin 1 sualla bağlı oldu, onda necə? Bizdə isə 100 sualdan 40 sualı bilməmək olar və bu hal milli səhiyyəmizdə məqbul sayılır...



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

TQDK son xəbərdarlığını etdi...

Daşqının kədərli statistikası

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək

TQDK-ya 22 Avropa və dünya çempionu müraciət edib

Ali məktəblərə test imtahanları başlayır

Bölmənin digər xəbərləri
 
Hardan biləsən ki, sənin etibar etdiyin məlumat...
Fərdlər barədə məlumat toplayan qurumlara etibar etmək ciddi məsələdir

Kollegiya iclasından nikbin rəqəmlər
Dövlət hesabına bu vaxtadək 3600 mənzil verilib

İş prosesində işçi əlini yaralasa...
və bu hal gizlədilsə, işəgötürənə - 2000 manat cərimə

Parlament və Hüseyn Cavid prospektləri istilikdən məhrum olunub
Bu isə qorxuludur - dəm qazından zəhərlənmələrə səbəb olur

Ramil Usubov: "Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq"
Nazir "hicab problemi"nə münasibət bildirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər