Hal-hazırda Ayna qəzetinin 29.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
İş prosesində işçi əlini yaralasa...
və bu hal gizlədilsə, işəgötürənə - 2000 manat cərimə
Şənbə, 29.01.2011

A.Akif mətn ölçüsü  

Ötən ilin rəqəmləri nədənsə açıqlanmır. Amma inişil - 2009-cu ildə Azərbaycanda istehsalatda 250 bədbəxt hadisə baş verib, 69 nəfər dünyasını dəyişib, 218 nəfər xəsarət alıb. Bu rəqəmi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi İdarəsi bildirir. Dünya üzrə isə hər il 2,3 milyon insan istehsalatda bədbəxt hadisə nəticəsində həyatını itirir. Bundan iki-üç dəfə artığı isə xəsarət alır.

Sirr deyil ki, ölkədə qanundan kənar işəgötürmə, əmək müqavilələrinin olmaması geniş vüsət alıb. Bu şərtlərlə isə cəlb olunanlar isə müdafiəsiz olur. Bu baxımdan "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun aktual sayılır. Bəziləri düşünür ki, yeni qanun vergi siyasətinin bir hissəsidir. Mütəxəssislər isə bildirirlər ki, qanun sosial yönümlüdür və belə olan təqdirdə heç zaman vergi toplamaq məqsədi daşıya bilməz. İşəgötürənlər və işçilər arasında münasibətləri təkmilləşdirmək baxımından bu qanunun tələbləri vacibdir.

Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov deyir ki, qanunla iş prosesində işçi əlini belə yaralasa, Əmək Müfəttişliyinə məlumat verilməlidir. Əks halda, müəssisəyə 2 min manat cərimə tətbiq olunmalıdır. Əgər işçi bir gündən artıq əmək qabiliyyətini itirirsə, tədqiqat aparılmalıdır və dəymiş zərər müəssisə tərəfindən işçiyə ödənilməlidir.

M.Məhərov onu da qeyd etdi ki, tətbiq olunacaq cərimələr hüquqi şəxslərə, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və xarici dövlətin hüquqi şəxs qismində yaradılan bütün müəssisələrinə şamil ediləcək. Sözügedən qanunun qüvvəyə minməsi müəssisəni bu xərclərdən azad edəcək və xərcləri sığorta şirkəti ödəyəcək. Ödəniləcək məbləğ də zərərin dərəcəsindən asılı olacaq.

İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır. Hazırda Azərbaycanda bu sığorta növünü "Atəşgah Həyat" və "Qala Həyat" sığorta şirkətləri tətbiq edir.

Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə müdiri Mahir Abdullayev bildirir ki, normativ hüquqi aktlarda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta tariflərinin müəyyən edilməsi əks olunub. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin müəyyən edilməsi məqsədləri üçün ortaaylıq əməkhaqqı miqdarının hesablanması da nəzərdən qaçırılmayıb. Əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə annuitet haqqının məbləğinin hesablanması və digər qaydalar əksini tapıb.

M.Abdullayevin qeyd etdiyinə görə, 23 maddədən ibarət olan qanun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta sahəsində münasibətləri tənzimləyir, bu münasibətlərin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Qanunun kağız üzərində qalmaması üçün sığorta şirkətlərində və eyni zamanda dövlət orqanlarında peşəkar kadrların olması zəruridir. Sözsüz ki, qanunla bağlı informasiya cəmiyyət tərəfindən düzgün mənimsənilməlidir. Sığorta şirkətlərindən, işəgötürən təşkilatlara lazımi informasiyanı çatdırmaq bacarığından çox şey asılıdır. Burada narazı tərəf ancaq işəgötürən ola bilər. Çünki onlar adətən əlavə vəsait xərcləmək istəyində olmur. Bu baxımdan sığorta şirkətləri düzgün təşviqat işi aparmalıdır ki, onlar bu tədbirlərin mühümlüyünü anlayıb özləri məsələyə başqa prizmadan yanaşa bilsinlər. İşəgötürəni hər dəfə cərimə ilə hədələmək olmaz.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Əmanətlər gələn il də qaytarılmayacaq

Mərasimləri tənzimləməyin yolu tapılmır

Özəl təhsil ocaqları elmi tədqiqatla məşğul olacaqlar

Bölmənin digər xəbərləri
 
Hardan biləsən ki, sənin etibar etdiyin məlumat...
Fərdlər barədə məlumat toplayan qurumlara etibar etmək ciddi məsələdir

Kollegiya iclasından nikbin rəqəmlər
Dövlət hesabına bu vaxtadək 3600 mənzil verilib

Səhiyyə Nazirliyi imtahanların nəticələrini açıqlayıb
Test imtahanı verən 53 həkimdən 2 nəfəri keçid balı toplaya bilməyib

Parlament və Hüseyn Cavid prospektləri istilikdən məhrum olunub
Bu isə qorxuludur - dəm qazından zəhərlənmələrə səbəb olur

Ramil Usubov: "Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq"
Nazir "hicab problemi"nə münasibət bildirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər