Hal-hazırda Ayna qəzetinin 29.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Kollegiya iclasından nikbin rəqəmlər
Dövlət hesabına bu vaxtadək 3600 mənzil verilib
Şənbə, 29.01.2011


İ.Elçin
mətn ölçüsü  

Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2010-cu ilin yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası idi. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan verilən xəbərə görə, nazir Fizuli Ələkbərov bildirib ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, bütün sosial məsələlərin vaxtında və yüksək səviyyədə həllini tapması ilə bağlı prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşması istiqamətində görülən işlər ötən il əzmlə davam etdirilib.

F.Ələkbərov əsas məqsədin dövlət qayğısının aztəminatlı vətəndaşlara daha layiqli səviyyədə, şəffaf və ədalətli, ünvanlılıq prinsipi əsasında çatdırılması olduğunu vurğulayıb.

İclasda ünvanlı dövlət sosial yardımının təyinatı, qeyri-məşğul vətəndaşların məşğulluğunun təminatı, əlillərin tibbi-sosial reabilitasiyası, iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə dövlət nəzarəti və s. işlər geniş müzakirə olunub və struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Bildirilib ki, 01 yanvar 2011-ci il tarixinə olan məlumata əsasən, ölkəmizdə 552 514 nəfər ailə üzvünü əhatə edən 122 781 aztəminatlı ailə dövlətdən ünvanlı sosial yardım alır. Hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 108,54 manat, bir ailə üzvünə düşən orta aylıq yardımın məbləği isə 24,12 manat təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 48 675 mini tərkibində 3 və daha çox uşaq olan ailələrdir ki, bu da yardım alanların 39,6%-ni təşkil edir. Ünvanlı sosial yardım təyin olunan ailələrdən 95,8%-i vəsaiti plastik kart vasitəsilə alır.

2010-cu ildə əvvəlki illə müqayisədə orta hesabla 899 nəfər və ya 0,2 faiz çox vətəndaşa, yəni orta hesabla 397 388 nəfərə aylıq və birdəfəlik sosial müavinət təyin olunaraq ödənilib. Dövlət başçısının "Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" fərmanına əsasən, ölkəmizdə 340 405 nəfərin aylıq və birdəfəlik sosial müavinətlərinin məbləği 1 sentyabr 2010-cu il tarixdən orta hesabla 12 faiz artırılıb. Ümumiyyətlə, görülən tədbirlər nəticəsində sosial müavinətlərin orta aylıq məbləği 2006-cı illə müqayisədə 2,2 dəfə artırılaraq 46,2 manata çatdırılıb.

Ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşu uğrunda fiziki sağlamlığını itirmiş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə nazirlik tərəfindən 2008-ci ildə 396 mənzil, 2009-cu ildə bundan təxminən iki dəfə artıq - 707 mənzil inşa etdirilib. 2010-cu ildə mənzil tikintisi yüksək templə davam etdirilib və tikinti planı üzrə 715 mənzil inşa olunub. Nəticədə bu vaxtadək dövlət hesabına mənzillə təmin olunmuş əlil və şəhid ailələrinin sayı 3600-ü ötüb.

Əlillərin minik avtomobilləri ilə təminatı işləri davam etdirilib, 1998-ci ildən 2010-cu ilin sonuna kimi ölkəmizə əlillər üçün 2940 ədəd "OKA" və "Slavuta" markalı avtomaşınlar gətirilib və növbədə olan müharibə əlillərinə təqdim olunub. O cümlədən bu avtomobillərin 352 ədədi ötən il gətirilərək Qarabağ müharibəsi və Böyük Vətən müharibəsi əlillərinə paylanıb. Cari ildə də əlillər üçün avtomaşınlar gətirmək planlaşdırılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır

Baş Prokurorluqda müşavirə

Gəln ilin büdcə layihəsi hazırlanıb

Yoxsulluğun səbəbi - ailələrin çoxuşaqlı olması

Bölmənin digər xəbərləri
 
Hardan biləsən ki, sənin etibar etdiyin məlumat...
Fərdlər barədə məlumat toplayan qurumlara etibar etmək ciddi məsələdir

İş prosesində işçi əlini yaralasa...
və bu hal gizlədilsə, işəgötürənə - 2000 manat cərimə

Səhiyyə Nazirliyi imtahanların nəticələrini açıqlayıb
Test imtahanı verən 53 həkimdən 2 nəfəri keçid balı toplaya bilməyib

Parlament və Hüseyn Cavid prospektləri istilikdən məhrum olunub
Bu isə qorxuludur - dəm qazından zəhərlənmələrə səbəb olur

Ramil Usubov: "Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq"
Nazir "hicab problemi"nə münasibət bildirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər