Hal-hazırda Ayna qəzetinin 29.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 29.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Hardan biləsən ki, sənin etibar etdiyin məlumat...
Hardan biləsən ki, sənin etibar etdiyin məlumat...
Fərdlər barədə məlumat toplayan qurumlara etibar etmək ciddi məsələdir
Şənbə, 29.01.2011

Eldəniz mətn ölçüsü  

"İnsanlar haqqında fərdi məlumatların toplanılması ilə məşğul olan özəl tibb, turizm şirkəti, ictimai qurum, qeyri-hökumət təşkilatının bu fəaliyyəti mütləq lisenziyalaşdırılmadır. Artıq bu istiqamətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi lazımi iş aparır". Bunu MEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev deyib. O bildirib ki, Azərbaycanda bazar iqtisadiyyatı inkişaf edir, insanlar üçün yaxşı biznes mühiti yaradılıb:

"Bu isə o deməkdir ki, yerli vətəndaşlar, ölkəyə gələnlər, gedənlər haqqında məlumatlar biznes qurumlarında cəmləşir. Məsələn, turist kimi gəlirsənsə, məlumatlar turist şirkətində toplanır. Özəl klinikalar da kifayət qədərdir. Sən onlara bütün məlumatları etibar edib deyirsən. Haradan biləsən ki, sənin etibar etdiyin məlumatlar sabah harada olacaq və sənin əleyhinə istifadə edilməyəcək?"

R.Əliquliyevin fikrincə, bu kimi məsələlərin həlli üçün prosesin dövlət tərəfindən tənzimi vacibdir: "Fərdi məlumatlarla bağlı informasiya sistemlərinin lisenziyalaşdırılması, həm də bu proseslərin sertifikatlaşdırılması, standartlaşdırılması kimi məsələləri dövlət tənzimləməlidir. Artıq Azərbaycanda bu proses başlayıb. Müəyyən sənədləri Nazirlər Kabineti təsdiqləyib".

İnstitut direktoru hesab edir ki, fərdi məlumatları toplayan şirkətlərlə bir sıra məsələləri də aydınlaşdırmaq lazımdır. İlk növbədə məlumatların toplanıldığı sistemin tələblərə cavab verib-vermədiyi, sistemlə işləyən insanların psixoloji durumunun hansı vəziyyətdə olmasına aydınlıq gətirilməlidir. Axı həmin sistemlə işləyən şəxs fərdi məlumatlara çıxış əldə edərək onları yaya bilər:

"Dövlət də bilməlidir ki, insanlarla bağlı məlumatlar hansı sistemdədir, bu məlumatlara kim sahiblik edir, şirkət fəaliyyət göstərirmi? Şirkət fəaliyyətini dayandırdığı təqdirdə topladığı bütün məlumatları dövlətə təqdim etməlidir. Çünki bu məlumatlarla ehtiyatla davranmaq lazımdır".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Kollegiya iclasından nikbin rəqəmlər
Dövlət hesabına bu vaxtadək 3600 mənzil verilib

İş prosesində işçi əlini yaralasa...
və bu hal gizlədilsə, işəgötürənə - 2000 manat cərimə

Səhiyyə Nazirliyi imtahanların nəticələrini açıqlayıb
Test imtahanı verən 53 həkimdən 2 nəfəri keçid balı toplaya bilməyib

Parlament və Hüseyn Cavid prospektləri istilikdən məhrum olunub
Bu isə qorxuludur - dəm qazından zəhərlənmələrə səbəb olur

Ramil Usubov: "Azərbaycan qadını öz seçimini edib: azad və müstəqil olmaq"
Nazir "hicab problemi"nə münasibət bildirib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər