Hal-hazırda Ayna qəzetinin 22.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
2 qızıl, 2 gümüş
2 qızıl, 2 gümüş
"World Masters" turniri Azərbaycan cüdoçuları üçün düşərli oldu
Şənbə, 22.01.2011


İlham
mətn ölçüsü  

Ötən həftə Bakıda keçirilən cüdo üzrə "World Masters" turniri Azərbaycan yığması üçün uğurla başa çatıb. 41 ölkədən gəlmiş ən güclü idmançının mübarizə apardığı turnirdə ölkəmizi 7 idmançı təmsil edib. Yarışın ilk günü 2 bürünc medal qazanan Azərbaycan yığması turnirin son günündə daha 2 qızıl medala sahib olub. Belə ki, Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) və dünya çempionatının bürünc mükafatçısı Elxan Məmmədov (90 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

1/8 finalda rusiyalı Siracuddin Maqamedovu, 1/4 finalda Safuan Attafı (Mərakeş) məğlub edən Elnur Məmmədli yarımfinalda böyük britaniyalı Euan Bartona qalib gəlib. Cüdoçumuz həlledici görüşdə isə Leandoro Quylheyro (Braziliya) üzərində tamiz qələbə qazanaraq, 2011-ci ilə uğurla başlayıb.

Elxan Məmmədov isə 1/8 finalda Daiki Nişiyamadan (Yaponiya), 1/4 finalda Varlam Lipartelianidən (Gürcüstan) və yarımfinalda Takaşi Onodan (Yaponiya) güclü olub. Həmyerlimiz finalda dünya çempionu İlias İliadis (Yunanıstan) üzərində ipponla qələbə qazanıb. Fəxri kürsünün ən yüksək pilləsində yer alan Elnur Məmmədli və Elxan Məmmmədov qızıl medalla yanaşı, London-2012-yə 400 lisenziya xalı da qazanıblar. Bu yarışdakı qazandıqları uğurlu nəticədən sonra Elxan dünya reytinqində 3-cü, Elnur isə 12-ci pilləyə qalxıb.

İlqar Muşkiyev (60 kq) və Tərlan Əhmədov isə bürünc medallara sahib olublar.

Elmar Qasımov (100 kq) 1/4 finalda, Emil Tahirov (100 kq) isə ilk görüşdəcə uduzaraq mükafatçıar sırasına düşə bilməyiblər. Beləliklə, 2 gün davam edən usta cüdoçular arasında turnirin yekununa əsasən, kişilərdən ibarət Azərbaycan yığması 2 qızıl və 2 bürünc medalla Rusiya, Koreya, Monqolustan, Çin və Özbəkistanı qabaqlayaraq, 41 ölkə arasında III olub. Ümumi komanda hesabında Yaponiya (3 qızıl, 5 gümüş və 6 bürünc) birinci, Fransa isə (3,1,0) ikinci yeri tutub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Uzun yolun başlanğıcında

Londonda lisenziya xalı paylanır

Abu-Dabidə uğursuzluq

Bölmənin digər xəbərləri
 
"İnter" finala çıxdı!
"Zenit" də böyük hesabla yenildi - 5:0

Toni Adams: "Mənim futbolçularım peşəkardır"
Ölkəmizin bir çox klubları kimi "Qəbələ" də qış hazırlığı üçün Türkiyənin Antalya şəhərini seçib.

Çexiya çempionu Bakıya gəlir
Bakının "Rabitə" voleybol klubunun Çempionlar Liqasında növbəti matçının tarixi dəqiqləşib.

Qalib Avropa çempionatına gedəcək
Ağır atletika üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix dəqiqləşib.

"Srvena Zvezda"nın qapıçısı "Qarabağ"da
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Ağdamın "Qarabağ" klubu baxışa yeni legioner dəvət edib.

"Qəbələ" holland futbolçuları sınayır
Qəbələnin eynadlı klubu da hazırlıq məqsədilə Antalyaya yola düşüb. Komanda Antalyanın Belek bölgəsində "Riksos" otelində məskunlaşıb. Komanda hazırlığını yanvarın 28-dək davam etdirəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər