Hal-hazırda Ayna qəzetinin 22.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
"İnter" finala çıxdı!
"İnter" finala çıxdı!
"Zenit" də böyük hesabla yenildi - 5:0
Şənbə, 22.01.2011


İ.Kərimov
mətn ölçüsü  

Sankt-Peterburqda keçirilən "Birlik Kuboku" turniri davam edir. Sayca 19-cu olan ənənəvi yarışda Azərbaycanı son ölkə çempionu "İnter" klubu təmsil edir.

Yarışda iştirak edən 16 komanda mübarizəyə qrup mərhələsindən başlayıblar. "İnter" bu mərhələdə Qırğızıstanın "Neftçi", Tacikistanın "İstiqlol" və Moldovanın "İskara-Stal" klubları ilə üz-üzə gəlib. Kaxaber Sxadadzenin başçılıq etdiyi "İnter" "Birlik Kuboku"na darmadağınla başladı.

Azərbaycan çempionu Sankt-Peterburq İdman Kompleksində baş tutan ilk matçda "Neftçi"nin qapısından 3 cavabsız top keçirib. Bakı klubu II turda "İstiqlol"la qarşılaşıb. Bu oyun da komandamızın böyük hesabla qələbəsi ilə başa çatıb - 3:0. Son turda Moldovanın "İskara-Stal" klubu ilə qarşılaşan Kaxaber Sxadadzenin komandası rəqibə 1:0 hesabı ilə qalib gəlib. Bunanla da 1/4 finala vəsiqəni matçdan əvvəl təmin edən "İnter" qrup mərhələsini 100 faizli nəticə ilə və qol buraxmadan başa vurub.

19-cu "Birlik Kuboku"nun ilk mərhələsini qrup birincisi kimi başa vuran "İnter" 1/4 finalda Ermənistan təmsilçisi "Mika" ilə üz-üzə gəlib. Turnirdə keçirdiyi ilk 3 oyunda rəqiblərini "quru hesab"la məğlub edən "İnter" qələbə seriyasını prinsipial matçda da davam etdirib. Azərbaycan çempionu "Neftçi" və "Xəzər-Lənkəran"ın əsasını qoyduğu ənənəni davam etdirib. Qeyd edək ki, "Neftçi" Sankt-Peterburda keçirilən yeganə turnirin qalibi olmaqla, bu şəhərin Azərbaycan komandası üçün uğurlu olduğunu göstərmişdi. "Neftçi" isə "Birlik Kuboku"nda ermənilərin dərsini verməkdə ixtisaslaşıb. Yanvarın 19-da keçirilən matç Azərbaycan çempionlarının "Birlik Kuboku"nda ermənilərlə 3-cü görüşü idi. Həmin qarşılaşmaların qəhrəmanı isə "Neftçi" olmuşdu. Xatırladaq ki, 2005-ci ildə "Neftçi" və "Pünik" qarşılaşmışdı. Bakılılar həmin il 2:0 hesabı ilə qalib gəlsələr də, 2006-cı ildə təkrar dueldə İrəvan klubu meydana çıxmaqdan imtina etdi. Həmin vaxt texniki qələbəyə sevinən "Neftçi" sonradan kubokun sahibi oldu. Əslində "Mika"nın turnirə gəlməsində elə "Neftçi"nin də əməyi var. "Flaqman" Ermənistan çempionunun başına elə oyun açıb ki, onlar çempion olsa da, Rusiyaya gəlməkdən qorxurlar. "Pünik"in qorxusu digər mükafatçılar "Banans"la "Uliss"ə də siyarət edib. Onlar da yarışdan imtina etdiklərindən turnirə 4-cü pillənin sahibi olan "Mika" göndərilib.

"Mika" ilə görüşdə son Azərbaycan çempionu yalnız 30 dəqiqə rəqibin müqaviməti ilə üzləşib. Bundan sonra rəqibin qapısından 2 top keçirən "İnter" fasiləyə üstün vəziyyətdə çıxıb. Bakı klubu fasilədən sonra da yaxşı oyun göstərərək, Ermənistan komandasını darmadağın edib - 4:0. Beləliklə, yarımfinala vəsiqə qazanan "İnter" növbəti rəqibini gözləməli olub.

Komandamızın rəqibi "Zenit" (Rusiya) və HİK (Finlandiya) görüşündən sonra məlum olub. 2:1 hesabı ilə HİK-ə qalib gələn Rusiya komandası yarımfinalda "İnter"ə rəqib olub.

"İnter" və "Zenit" arasında görüş dünən Bakı vaxtı ilə 18:00-da başlandı. Qələbə paradını uğurla davam etdirən "İnter" "Zenit"i böyük hesabla darmadağın etdi - 5:0!

Beləliklə, "İnter" finaldadır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Eldar Mikayılzadənin fərdi sərgisi təşkil ediləcək

Rəqib bəlli, qalır qalib gəlmək

"Bakı"nın ikinci cəhdi

Birlik kuboku qazanılmasa da...

Futbol klublarımız: kim, harda, necə?

Bölmənin digər xəbərləri
 
Toni Adams: "Mənim futbolçularım peşəkardır"
Ölkəmizin bir çox klubları kimi "Qəbələ" də qış hazırlığı üçün Türkiyənin Antalya şəhərini seçib.

2 qızıl, 2 gümüş
"World Masters" turniri Azərbaycan cüdoçuları üçün düşərli oldu

Çexiya çempionu Bakıya gəlir
Bakının "Rabitə" voleybol klubunun Çempionlar Liqasında növbəti matçının tarixi dəqiqləşib.

Qalib Avropa çempionatına gedəcək
Ağır atletika üzrə Azərbaycan çempionatının keçiriləcəyi tarix dəqiqləşib.

"Srvena Zvezda"nın qapıçısı "Qarabağ"da
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən Ağdamın "Qarabağ" klubu baxışa yeni legioner dəvət edib.

"Qəbələ" holland futbolçuları sınayır
Qəbələnin eynadlı klubu da hazırlıq məqsədilə Antalyaya yola düşüb. Komanda Antalyanın Belek bölgəsində "Riksos" otelində məskunlaşıb. Komanda hazırlığını yanvarın 28-dək davam etdirəcək.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər