Hal-hazırda Ayna qəzetinin 22.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Azərbaycanlı və fransız fiziklər əməkdaşlıq edəcəklər
Buna zəmin var
Şənbə, 22.01.2011

mətn ölçüsü  

Akademiyanın Fizika İnstitutu ilə Fransanın CNRS-IRDEP (Centre national de la recherche scientifique - Institute of Research and Develorment of Photovoltaic Energy) Elmi Araşdırmalar Mərkəzi arasında Memorandum imzalanıb. Bu barədə Fizika İnstitutunun mətbuat xidmətinin rəhbəri Yusif Alıyev bildirir. Bilgiyə görə, Memorandumu institutun direktor müavini Nazim Məmmədov və CNRS-IRDEP Elmi Araşdırmalar Mərkəzinin direktor müavini Yean-Fracois Guillemoles imzalayıb. Altı bənddən ibarət olan Memorandum qarşılıqlı elmi əlaqələrin qurulması və kadr hazırlığına imkan verəcək. Bu mərkəz dünyada Günəş elementlərinin tətbiqi və hazırlanması sahəsində yüksək potensiala malikdir. Fizika İnstitutunun alimlərinin nazik təbəqəli Günəş elementləri sahəsində tədqiqat aparmaq qabiliyyəti və elmi potensialı bu institutlar arasında birgə əməkdaşlığı zəruri edib. Memorandumun müddəalarında ikiqat və üçqat halkogenid birləşmələri əsaslı Günəş elementləri üçün nanostrukturlu pəncərə laylarının, Günəş elementlərinin müdafiəsi üçün almazabənzər örtüklərin hazırlanması və xarakteristikalarının müəyyən edilməsi öz əksini tapıb. Gələcəkdə Azərbaycanda yüksək effektli nazik təbəqəli Günəş batareyalarının yaradılması və istehsalı baxımından Memorandum önəm daşıyır.

Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Ölkədə narkomanların sayı artır
Hüquq müdafiəçilərindən alternativ yanaşma tələbi

Avtomobil sahibləri sərnişinləri də sığortalamalı olacaqlar
Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərərə görə 50 min manat təklif olunur

"İpək yolu"na düşən torpaqlar uğrunda mübarizə
Bir sot - 20 min manata rəsmiləşdirilib?

Naxçıvanda jurnalistlərə məlumat verilmir
İnformasiya sorğuları cavabsız qalır

Təhsil İdarəsi bağçaları geri istəyir
Söhbət 65 bağçadan gedir

Daşqın bölgəsinin problemləri həllini gözləyir
Hökumət isə daha 3 min ailəni köçürməyə hazırlaşır

"Haqqında cinayət işi olan müstəntiq vəzifəyə təyin edilib"
Hüquq müdafiəçisi ciddi ittihamlar səsləndirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər