Hal-hazırda Ayna qəzetinin 22.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Naxçıvanda jurnalistlərə məlumat verilmir
İnformasiya sorğuları cavabsız qalır
Şənbə, 22.01.2011


Səlimə
mətn ölçüsü  

Naxçıvan Muxtar Respublikasının (NMR) dövlət idarələri jurnalistlərin informasiya sorğularına cavab vermir. "Turan"ın məlumatına görə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı Rəsul Cəfərov "Jurnalistlərin NMR-də informasiya əldə etmək təşəbbüsləri" mövzusunda araşdırma aparıb.

Cəfərovun sözlərinə görə, NMR dövlət qurumları sorğulara cavab vermir və buna görə layihəni başa çatdırmaq və yekun hesabat hazırlamaq mümkün olmur.

O qeyd edib ki, layihə çərçivəsində iki hesabat hazırlanması nəzərdə tutulur. Birinci hesabat noyabrın əvvəllərində hazırlanıb və burada NMR dövlət orqanlarının veb-saytlarının olub-olmaması ilə bağlı keçirilən monitorinqin nəticələri əksini tapıb. Aşkar olunub ki, NMR-in 40 dövlət idarəsindən cəmi 5-nin veb-saytı var.

Mövcud veb-saytlardan ən normal fəaliyyət göstərən NMR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet-resursudur.

İnformasiya sorğularında saytların olmamasının səbəbləri, sayt varsa, ondan istifadə fəallığının səviyyəsi barədə məlumat istənilib.

Bundan başqa, NMR Ədliyyə Nazirliyinə də məhbusların vaxtından əvvəl azad edilməsi ilə bağlı sorğu göndərilib. Naxçıvan şəhər İcra Hakimiyyətindən kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulan yerlər barədə məlumat istənilib.

Lakin üç ay ərzində 25 sorğuya bir cavab belə gəlməyib. "Bu, layihənin tamamlanmasını gecikdirir, belə ki, yekun hesabat hazırlamağa imkan vermir", - deyə Cəfərov bildirib.

O, informasiya əldə etmək hüququnun təmin edilmədiyi üçün NMR dövlət orqanlarına qarşı məhkəmə iddiaları qaldırmağa hazırlaşır. İlk növbədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə qarşı iddia qaldırılacaq. Belə ki, nazirlik digər idarələrin veb-saytlarının yaradılmasını təmin etmir. İkinci iddia NMR Ədliyyə Nazirliyinə qarşı veriləcək. Hazırda məhkəmə iddiaları hazırlanır, - deyə Cəfərov qeyd edib. O, bu məhkəmənin Naxçıvanda deyil, Bakıda keçirilməsini vacib sayır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı"na başlanır

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib

Naxçıvanda döyülənlərə qarşı sərt ittihamlar

Məhkəmə barışıqla başa çatdı

DBX rəisi vəzifədən uzaqlaşdırıldı

Bölmənin digər xəbərləri
 
Ölkədə narkomanların sayı artır
Hüquq müdafiəçilərindən alternativ yanaşma tələbi

Avtomobil sahibləri sərnişinləri də sığortalamalı olacaqlar
Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərərə görə 50 min manat təklif olunur

"İpək yolu"na düşən torpaqlar uğrunda mübarizə
Bir sot - 20 min manata rəsmiləşdirilib?

Azərbaycanlı və fransız fiziklər əməkdaşlıq edəcəklər
Buna zəmin var

Təhsil İdarəsi bağçaları geri istəyir
Söhbət 65 bağçadan gedir

Daşqın bölgəsinin problemləri həllini gözləyir
Hökumət isə daha 3 min ailəni köçürməyə hazırlaşır

"Haqqında cinayət işi olan müstəntiq vəzifəyə təyin edilib"
Hüquq müdafiəçisi ciddi ittihamlar səsləndirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər