Hal-hazırda Ayna qəzetinin 22.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 22.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Ölkədə narkomanların sayı artır
Ölkədə narkomanların sayı artır
Hüquq müdafiəçilərindən alternativ yanaşma tələbi
Şənbə, 22.01.2011

İ.Telmanoğlu mətn ölçüsü  

Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti "Narkotik istifadəçilərinin müdafiəsinə alternativ yanaşma və ictimai fikrin formalaşması" layihəsini başa çatdırıb və bu işin yekunlarına dair "Park İNN" otelində mətbuat konfransı keçirdi.

Layihə ölkənin bir sıra şəhər və rayonlarını əhatə edib, tədbirlərə polis, prokurorluq, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri qatılıblar. "Həbsxanalarda apardığımız monitorinqlər zamanı məhkumların 40%-ə qədərini narkotik istifadəçilərinin təşkil etdiyini aşkarladıq. Vətəndaşın başqa cinayəti yoxsa, təkcə narkotik istifadəçisi olmasına alternativ yanaşma lazımdır. Narkotikdən istifadəyə görə CM-də cəza nəzərdə tutan 234.1 maddənin tətbiqi insan haqlarının pozulmasıdır. Bu maddə ilə verilən cəza yüngülləşdirilməlidir", - deyə cəmiyyətin sədri Novella Cəfəroğlu bildirib.

Nazirlər Kabineti yanında narkotik vasitələrə qarşı mübarizə komissiyasının üzvü Araz Əliquliyev narkotik istifadəçiliyinə qarşı mübarizədə hüquqi mübarizəni yetərli saymayıb, bu bəlanın dünyanı təhlükəyə atdığını deyib.

234.1 maddənin ləğvinə gəlincə, Əliquliyev buna alternativ olaraq ölkədə tibbi-sosial strukturun olmamasını əsas gətirərək, bu addımı atmağın zərərli olacağı barədə xəbərdarlıq edib.

Ölkədə ümumi narkomanların sayına gəlincə, DİN təmsilçisi Tanrıverdi Aydınov bildirib ki, hazırda bu məsələ üzərində iş gedir və yanvarın 28-də bu say açıqlanacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycanda 24 min narkoman qeydiyyata alınıb

Deputatlığa namizədə qarşı cinayət işi

Hərbi komissarın ölümü araşdırılır

İslamçılara terror maddəsi ilə cinayət işi açıldı

Ölkədə QİÇS-dən 318 ölüm

Bölmənin digər xəbərləri
 
Avtomobil sahibləri sərnişinləri də sığortalamalı olacaqlar
Bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5 min manat, əmlaka dəyən zərərə görə 50 min manat təklif olunur

"İpək yolu"na düşən torpaqlar uğrunda mübarizə
Bir sot - 20 min manata rəsmiləşdirilib?

Naxçıvanda jurnalistlərə məlumat verilmir
İnformasiya sorğuları cavabsız qalır

Azərbaycanlı və fransız fiziklər əməkdaşlıq edəcəklər
Buna zəmin var

Təhsil İdarəsi bağçaları geri istəyir
Söhbət 65 bağçadan gedir

Daşqın bölgəsinin problemləri həllini gözləyir
Hökumət isə daha 3 min ailəni köçürməyə hazırlaşır

"Haqqında cinayət işi olan müstəntiq vəzifəyə təyin edilib"
Hüquq müdafiəçisi ciddi ittihamlar səsləndirir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər