Hal-hazırda Ayna qəzetinin 15.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Söz və ifadə azadlığına dair toplantı
İştirakçılar bu sahədə vəziyyətin yaxşı olmadığını deyirlər
Şənbə, 15.01.2011

İ.Telmanoğlu mətn ölçüsü  

Media Hüquqları Mərkəzi women-aorum.net saytı ilə birgə dünən "Landmark" biznes mərkəzində "Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti - ölkədə bloggerlik" mövzusunda onlayn konfrans keçirib. Tədbir qurumun sentyabr ayından başlayaraq Bakı, Zaqatala və Şəki şəhərlərində həyata keçirdiyi fəaliyyətin davamı olaraq təşkil olunub.

Bakı - Şəki - Zaqatala online konfransında paytaxtdan və regiondan dəvət olunan bloggerlər, bu sahəni araşdıran ekspertlər, hüquqşünaslar və jurnalistlər iştirak edib. Konfransda Azərbaycanda söz və ifadə azadlığının vəziyyəti, bloggerliyin ənənəvi mediaya verdiyi töhfələr, yeni medianın müxtəlif tərəflərdən ortaya qoyduğu nəticələr, bu fəaliyyətdə media mənsublarının qarşılaşdıqları problemlər, ölkədə sözügedən sahədə vəziyyət, jurnalistlərin hüquqlarının pozulması, eyni zamanda, müdafiə olunması istiqamətində ictimai müzakirə təşkil edilib.

Tədbirdə çıxış edən RATİ-nin nümayəndəsi Rəsul Cəfərov ölkədə söz və ifadə azadlığında ciddi problemlərin hələ də qaldığını qeyd edib. Media FM radiosunun redaktoru Teymur Əliyev bildirib ki, istənilən halda azad fikrin söylənilməsi alqışlanmalıdır, jurnalistin təşəbbüsü olmalıdır.

Media Hüququ İnstitutunun hüquqşünası Fariz Namazov isə Azərbaycanda azad medianın ən böyük problemlərindən biri kimi müstəqil məhkəmə sisteminin, ədalətli məhkəmə araşdırmasının olmamasını vurğulayıb.

Bakı auditoriyasında konfransa qatılan qonaqlar əsasən medianın problemləri, jurnalistlərin qarşılaşdıqları çətinliklər ətrafında fikirlərini iştirakçılarla bölüşüblər. Siyasi yazar Aygün Muradxanlı və bloggerlər Qan Turalı, Rövşən Nəsirli ölkədə tənqidi jurnalistikadan söz açıblar. Vəkil Anar Qasımov söz və ifadə azadlığının müdafiəsində problemlərin olduğunu söyləyib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Cənub Media Hüquq Mərkəzi bölgə jurnalistləri arasında sorğu keçirib

ABŞ-dan bloggerlərə azadlıq tələbi

Türkiyə-Ermənistan sərhədləri üç ay ərzində açıla bilər

Ədliyyə Nazirliyi RATİ-də yoxlamalara başlayır

Azərbaycan-Amerika Şurası bloggerlər barəsində hökmü pisləyir

Bölmənin digər xəbərləri
 
Barrzuonun Bakı səfəri ümidverici notlarla bitdi
Avropa Komissiyası sədri: "Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsi çox vacibdir"

"Cəbhə"çiyə ağır cəza tələb edilir
Söhbət Əli Kərimlinin oğurluqda adı keçən sabiq müşavirindən gedir

Ötən il Gəncədə 4300 sahibsiz it vurulub
Əməliyyat quduzluğa qarşı profilaktik tədbir kimi izah edilir

Lənkəran rayonunda ötən il 8 nəfər QİÇS-dən ölüb
Bölgə üzrə 426 nəfər yoluxmuş xəstə var

Ucar sakini şərləndiyini iddia edir
Fasiləsiz aclığa başlayan Fuad Hüseynov 12 kq arıqlayıb

Hacı Məmmədov unudulmaq istəyir
Qatil məhbus heç kimlə görüşmür və şəkərdən əziyyət çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər