Hal-hazırda Ayna qəzetinin 15.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"Cəbhə"çiyə ağır cəza tələb edilir
Söhbət Əli Kərimlinin oğurluqda adı keçən sabiq müşavirindən gedir
Şənbə, 15.01.2011

Səid mətn ölçüsü  

Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AXCP sədri Əli Kərimlinin keçmiş müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Hüseyn Qurbanovun 13 il 6 ay, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayevin 13 il, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bundan əlavə, zərərçəkmiş şəxsin mənzilindən götürülən pulların geri qaytarılması tələb olunub. Prosesdə iştirak edən vəkillər isə prokurorun çıxışına etiraz edib, çıxış üçün vaxt istəyiblər.

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvana basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.

Təqsirləndirilən şəxslər CM 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir

Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır

SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi

ADNA-da qırğının istintaqı uzana bilər

Blogerlər azad edilmədi

Bölmənin digər xəbərləri
 
Barrzuonun Bakı səfəri ümidverici notlarla bitdi
Avropa Komissiyası sədri: "Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsi çox vacibdir"

Ötən il Gəncədə 4300 sahibsiz it vurulub
Əməliyyat quduzluğa qarşı profilaktik tədbir kimi izah edilir

Söz və ifadə azadlığına dair toplantı
İştirakçılar bu sahədə vəziyyətin yaxşı olmadığını deyirlər

Lənkəran rayonunda ötən il 8 nəfər QİÇS-dən ölüb
Bölgə üzrə 426 nəfər yoluxmuş xəstə var

Ucar sakini şərləndiyini iddia edir
Fasiləsiz aclığa başlayan Fuad Hüseynov 12 kq arıqlayıb

Hacı Məmmədov unudulmaq istəyir
Qatil məhbus heç kimlə görüşmür və şəkərdən əziyyət çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər