Hal-hazırda Ayna qəzetinin 15.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Barrzuonun Bakı səfəri ümidverici notlarla bitdi
Barrzuonun Bakı səfəri ümidverici notlarla bitdi
Avropa Komissiyası sədri: "Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsi çox vacibdir"
Şənbə, 15.01.2011

İ.Abbasov mətn ölçüsü  

Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun srağagündən başlanan Azərbaycan səfəri dünən dolanbac dar küçələri olan İçərişəhər gəzintisi ilə yekunlaşdı. Bu gəzintidə rəmzi məna axtarılsa da, əslində avropalı diplomatın səfəri xalis diplomatik ruhda keçdi.

Barrozunun səfərinin ilk günü prezident İlham Əliyev tərəfindən qəbul edildi və bu qəbuldan sonrakı mətbuat konfransında diqqətçəkən bəyanatlar səsləndi.

"Müstəqilliyimizin ilk günlərindən biz Avropa Birliyinin dəstəyini hiss etmişik və indi də hiss edirik" (APA). Bunu Azərbaycan prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Joze Manuel Barrozu ilə keçirdiyi birgə mətbuat konfransında deyib. Prezident bildirib ki, Avropa Komissiyası sədrinin səfəri tərəfdaşlığın bugünkü səviyyəsinin göstəricisidir və təbii ki, bu səfər Azərbaycan-AB münasibətlərinin inkişafına yönəlib. Prezident deyib:

"Biz bu münasibətləri çox yüksək dəyərləndiririk. Biz uzun illər ərzində müxtəlif formatlarda ümumi nəticələri əldə etmək üçün birgə çalışırıq. Hazırda Azərbaycanın da üzvü olduğu "Şərq tərəfdaşlığı" proqramı var. Bu da bizim əməkdaşlığımız üçün yeni üfüqlər açır. Bizim ikitərəfli münasibətlərimizə aid geniş gündəliyimiz mövcuddur və burada bir çox sahələr əhatə olunub".

Aparılan müzakirələrdən danışan prezident qeyd etdi ki, ikitərəfli əlaqələrin hər bir aspekti nəzərdən keçirilib. Dövlət başçısı bildirdi ki, imzalanan birgə bəyannamənin yaxşı gələcəyi var. Prezident vurğuladı:

"Əminəm ki, gələn aylar ərzində biz bir çox mühüm hadisələrin şahidi olacağıq. Bu baxımdan enerji tərəfdaşlığı, Avropa Birliyi, Avropa təsisatları ilə Azərbaycan arasında olan bu əməkdaşlıq uğurla davam edəcək. Bu gün biz Azərbaycanda siyasi və iqtisadi islahatlara aid vəziyyəti də müzakirə etdik və bu, çox açıq, səmimi və dostluq şəraitində keçdi. Bu söhbət dostlar arasında idi və biz bir-birimizi etibarlı tərəfdaş və dost hesab edirik. Biz, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsini müzakirə etdik.

REKLAM

Fakt ondan ibarətdir ki, artıq uzun illərdir Azərbaycanın əraziləri Ermənistanın işğalı altındadır. Təbii ki, bu, Azərbaycanda bir çox narahatlıqlar doğurur. Bu, regional təhlükəsizliyə potensial hədədir. Biz beynəlxalq təsisatlara, xüsusən də Avropa Parlamentinə çox minnətdarıq ki, ötən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid qətnamə qəbul etdi. Bu qətnamə əvvəl qəbul olunmuş qətnamələrə tamamilə uyğundur. BMT-nin, Avropa Şurasının və ATƏT-in qətnamələrinə uyğundur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli nəinki bizim qaçqın və məcburi köçkünlərimizi öz yerlərinə qaytaracaq, həm də bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyümüzü bərpa etməyə gətirib çıxaracaq, habelə regiona proqnozlaşdırma, təhlükəsizlik gətirəcək", - deyə prezident vurğulayıb.

"Prezident Əliyevlə görüş çox açıq və səmimi, dostluq, mehribanlıq şəraitində keçdi və biz olduqca strateji əhəmiyyət daşıyan məsələləri müzakirə etdik". Bunu isə Avropa Komissiyasının sədri Joze Manuel Barrozo Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib. Joze Manuel Barrozu:

"Bildiyiniz kimi, bu məsələlər həm Avropa Birliyi, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Biz Azərbaycan ilə Avropa Birliyi arasında olan tərəfdaşlığı əhatə etdik və bir meyil kimi bu tərəfdaşlıq artıq reallıqdır. Eyni zamanda, mən bizə göstərilmiş səmimi qonaqpərvərliyə görə minnətdaram". Barrozu qeyd edib ki, Avropa Birliyi prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatları dəstəkləyir.

"Bu gün prezident bildirdi ki, o, Avropa Birliyinin "Şərq tərəfdaşlığı"nda üstün tutulmuş dəyərlərini ölkəsinin inkişafı üçün bir ilhamverici amil kimi qəbul edir. Bu, əlbəttə, həm də bizim prinsiplərimizin aliliyini nəzərdə tutur. Biz bunu açıq şəkildə cənab prezidentlə müzakirə etdik və bildirdik ki, demokratiya, qanunun aliliyi, insan hüquqlarına hörmətlə yanaşma - bunlar da bizim münasibətlərimizdə vacib bir məqamdır", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Avropa Birliyi siyasi və iqtisadi islahatların aparılmasında Azərbaycanı dəstəkləməkdə əzmlidir. "Hesab edirik ki, gələn illər ərzində münasibətlərimizdə bu kimi məsələlər də vacib hesab olunacaqdır. Bu baxımdan Azərbaycan öz töhfəsini verir".

Barrozo vurğulayıb ki, təhlükəsizlik və enerji təchizatının şaxələndirilməsi məsələsi olduqca vacibdir. Bu, həm də tələblə bağlıdır: "Eyni zamanda, Azərbaycan istəyir ki, öz ixracını daha da şaxələndirsin və Avropa Birliyinə idxala öz töhfəsini verir. Məhz Cənub dəhlizi sayəsində Azərbaycan çox etibarlı bir çıxış olacaqdır. Bu da bizim inkişafımız üçün uzunmüddətli perspektiv açır. Eyni zamanda, biz çox istəyirik ki, "Şahdəniz" qaz yatağı da yaxın vaxtlarda işlənsin. Ümidvaram, bu bizə elə bir imkan verəcək bəyan edək ki, Azərbaycan 21-ci əsrdə bu sahədə ən ilkin addımlar atan bir ölkə olacaq".

Barrozo qeyd edib ki, prezident İlham Əliyevlə bir çox məsələləri də müzakirə ediblər, regional vəziyyəti nəzərdən keçiriblər. O xüsusi olaraq Azərbaycanın Əfqanıstanda sülhün təmin edilməsində, İraq və Kosovoda oynadığı rola yüksək qiymət verərək bildirib ki, bunu Avropa Birliyi də çox yüksək dəyərləndirir.

Qonaq Dağlıq Qarabağ münaqişəsində irəliləyişin olmaması ilə bağlı narahatlığını ifadə edib:

"Mən həm ailələrə, həm də icmalara üzümü tutaraq deyirəm ki, bəli, siz münaqişələrdən çox əziyyət çəkmisiniz. Amma artıq vaxt çoxdan yetişib ki, bu məsələnin həlli sülh yolu ilə təmin edilsin. Buna görə də ATƏT Minsk Qrupu öz fəaliyyətini davam etdirməlidir. Bildiyiniz kimi, Avropa Birliyi da öz səylərini göstərir. Mən, eyni zamanda, bu fürsətdən istifadə edərək prezident Əliyevə və sizə demək istəyirəm: bu münaqişədən əziyyət çəkmiş bütün ailələrə və icmalara öz narahatlığımı bildirirəm. Eyni zamanda, əmin etmək istəyirəm ki, bu baxımdan Avropa Birliyi öz səylərini davam etdirəcək. Biz ərazi bütövlüyü prinsipini dəstəkləyəcəyik və bu baxımdan istəyirik ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilsin. Biz ATƏT Minsk Qrupu həmsədrlərinin fəaliyyətini də dəstəkləyirik. Çox ümidvar olduğumuzu bildirmək istəyirik ki, tərəflərin razılaşdırdığı hər hansı bir variant ortaya çıxarsa, biz bunu dəstəkləməyə hazır olacaq və ondan sonra da bərpa işlərini görəcəyik".

Barrozu jurnalistlərə müsahibəsində də bir sıra əlavə maraqlı tezislər səsləndirib.

"Nabucco" layihəsinin reallaşması, "Şahdəniz" qazının bu layihə əsasında çəkiləcək kəmərlə ötürülməsi məsələsinə gəldikdə, Joze Manuel Barrozu bildirib ki, bütün bunlar kommersiya qərarlarıdır və qərarlar kommersiya səviyyəsində qəbul olunmalıdır. O deyib: "Lakin bu qərarlara siyasi səviyyədə də dəstək vermək olar. "Nabucco" ilə bağlı qərarı biznes şirkətləri verməlidir, bir daha təkrar edirəm, bu, kommersiya qərarıdır. Dünən prezident İlham Əliyev aydın şəkildə ifadə etdi ki, Azərbaycan bu prosesi dəstəkləyir. Türkiyəyə gəldikdə, bu ölkə də layihəni dəstəkləyir. Ona görə də söz şirkətlərindir. Biz şirkətlərin əvəzinə qərar qəbul edə bilmərik, biz yalnız siyasi dəstək verə bilərik".

Habelə Barrozu Azərbaycan hökumətinə çağırışlar da edib: "Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə riayət etməsi çox vacibdir". Azərbaycanda demokratiyanın durumu ilə bağlı sualı cavablandıran Barrozu bloggerlərin azadlığa buraxılmasını alqışlayıb. Habelə o, Eynulla Fətullayevin də tezliklə həbsdən azad olunmasını gözlədiklərini bildirib:

"Demokratiya qanunlarına və qanunun aliliyinə riayət etmək çox mühüm əhəmiyyətə malikdir. Bloggerlər və həbsdə olan jurnalistlərin məsələsini dünən prezident Əliyevlə görüşdə də müzakirə etdik. Görüş çox səmimi və açıq şəkildə keçdi".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Hərbi səneye müəssisələrinin açılışı olub

Bu il maaş və pensiyalar artacaq

Maaşlar artırılacaq

Milli mətbuatımızın 135 illik yubileyi qeyd olunacaq

Prezident Lənkəranda və Lerikdə idi

Bölmənin digər xəbərləri
 
"Cəbhə"çiyə ağır cəza tələb edilir
Söhbət Əli Kərimlinin oğurluqda adı keçən sabiq müşavirindən gedir

Ötən il Gəncədə 4300 sahibsiz it vurulub
Əməliyyat quduzluğa qarşı profilaktik tədbir kimi izah edilir

Söz və ifadə azadlığına dair toplantı
İştirakçılar bu sahədə vəziyyətin yaxşı olmadığını deyirlər

Lənkəran rayonunda ötən il 8 nəfər QİÇS-dən ölüb
Bölgə üzrə 426 nəfər yoluxmuş xəstə var

Ucar sakini şərləndiyini iddia edir
Fasiləsiz aclığa başlayan Fuad Hüseynov 12 kq arıqlayıb

Hacı Məmmədov unudulmaq istəyir
Qatil məhbus heç kimlə görüşmür və şəkərdən əziyyət çəkir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər