Hal-hazırda Ayna qəzetinin 15.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
"Qara bazar"da çek alğı-satqısı davam edir
"Qara bazar"da çek alğı-satqısı davam edir
Əhalidə çeklərin istifadə müddətinin uzadılacağına inam var
Şənbə, 15.01.2011

Banu mətn ölçüsü  

Özəlləşdirmə paylarının istifadə müddəti başa çatdı. Artıq özəlləşdirmə prosesində çeklərdən istifadə mümkünsüzdür. Lakin özəlləşdirmə paylarının istifadə müddəti başa çatsa da, qəribədir ki, "qara bazar"da çeklərin alğı-satqısı davam edir. İqtisadçılar hesab edir ki, çeklərdən istifadə müddətinin uzadılma ehtimalı kifayət qədər azdır. Çünki adətən belə qərarlar dekabr ayında qəbul edilir.

Dövriyyədə isə 6 milyona yaxın çek var. İstər özəlləşmə paylarının alğı-satqısı ilə məşğul olanlar, istərsə də çek sahibləri hesab edirlər ki, hər 5 özəlləşmə payından biri istifadə edilmədiyindən 2011-ci ildə yeni mexanizmlər tətbiq ediləcək. Lakin bir qrup ekspert fərqli düşünür, Əmlak Məsələləri Dövlət Komitəsinin hər hansı mexanizm hazırlayacağını güman etmirlər. Onların qənaətincə, "qara bazar"da çeklərin alğı-satqısının dayanması müşahidə ediləcək.

Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri müəyyənləşdirib. Komitədən bildirirlər ki, prezidentin "Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi barədə" 22 iyun 2010-cu il tarixli fərmanına əsasən, yaradılan yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin) müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edəcək. Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilmə prosesini əhatə edir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspertləri vurğulayır ki, çeklərin istifadə müddəti uzadılmadığından, indiki halda özəlləşdirmə paylarından istifadə mümkün deyil. Artıq həmin hərraclarda səhmlərin pulla alınması həyata keçiriləcək.

Ekspertlər onu da bildirirlər ki, çeklərin alğı-satqısının hələ də davam etməsi əhalidə özəlləşdirmə paylarından istifadə müddətinin uzadılacağı ilə bağlı inamın olması və eləcə də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dövlət proqramına hər hansı əlavə və dəyişikliyin olunmaması ilə əlaqədardır: "Əmlak Məsələləri Dövlət Komitəsi cari ildə çek hərraclarının keçirilməyəcəyi barədə açıqlama yayıb. Əslində, komitə uzun müddət az sayda çek hərracları təşkil edib. Təşkil olunan çek hərraclarının əksəriyyəti isə Bakıda deyil, rayonlarda keçirilib. O baxımdan dövriyyədə olmasına baxmayaraq, 2010-cu ildə də özəlləşmə paylarından geniş şəkildə istifadə etmək mümkün olmayıb. Bu isə birbaşa çek hərraclarının keçirilməməsi ilə bağlı idi".

Qeyd edək ki, 1996-cı ildən bəri özəlləşdirmə prosesində 25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib. Bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80 faizini təşkil edib. Hazırda 6 milyona yaxın özəlləşdirmə çekinin dövriyyədə olduğu söylənilir.

Dövlət tərəfindən ümumilikdə vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddətini bir neçə dəfə uzadıb. Belə ki, ölkə prezidentinin müvafiq fərmanları ilə 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalanan fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti uzadılıb. 2010-cu il isə son tarix kimi qeydə alınıb.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Azərbaycanla Ermənistan arasındakı problem həll olunmadan sərhəd açılmayacaq"

Suat Kınıklıoğlu: "Ermənistanla münasibətlərin normallaşması ikitərəfli səviyyədə ola bilməz"

Özəlləşdirmə çeklərinin vaxtı bu ay bitir

Maykl Ceksonun keçmiş həyat yoldaşı valideynlik hüququndan imtina etdi

Maykl Ceksonun daha bir oğlunun varlığı iddia edildi

Bölmənin digər xəbərləri
 
Avro yenə mövqeyini itirməkdə
Dollar isə güclənməkdədir

Büdcə hesabatları məzmunlu və əhatəli yazılmır
Odur ki, "Açıq Büdcə İndeksi"ndə yerimiz daha da aşağı düşəcək

"Cənub dəhlizi" üzrə birgə işçi qrupu yaradılır
Azərbaycanla AB arasında sənəd imzalandı

Bu il üçün inflyasiya proqnozu - 11,2 faiz
Ötən ilin son ayında ən çox bahalaşan məhsulların siyahısı açıqlandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər