Hal-hazırda Ayna qəzetinin 15.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Büdcə hesabatları məzmunlu və əhatəli yazılmır
Büdcə hesabatları məzmunlu və əhatəli yazılmır
Odur ki, "Açıq Büdcə İndeksi"ndə yerimiz daha da aşağı düşəcək
Şənbə, 15.01.2011

A.Əhmədova mətn ölçüsü  

Hesablama Palatasının veb səhifəsində dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə qanun layihələrinə rəylər intensiv şəkildə yerləşdirilməyib. Büdcə zərfində dövlət büdcəsinin izahatı hissəsi isə bir qədər detallaşdırılıb, vergi daxilolmalarında neft və qeyri-neft sektoru bölgüsü aparılıb. Milli Büdcə Qrupunun ekspertlərinin sözlərinə görə, Azərbaycanın "Açıq Büdcə İndeksi 2010" üzrə 100 mümkün baldan 43 balla 94 ölkə arasında 52-ci yerdə qərarlaşmasının əsas səbəbləri bunlardır.

Xatırladaq ki, ölkəmiz 2008-ci ildə 85 ölkə arasında 50-ci yer, 2006-cı ildə 59 ölkə arasında 45-ci yeri tutmuşdu.

Milli Büdcə Qrupu 2011-ci ilin dövlət büdcəsi barədə rəy hazırlayıb. Qrupun eksperti Kənan Aslanlı deyir ki, rəy bu sahədə artıq yekunlaşmış tədqiqata əsaslanır. Sənəddə "Açıq Büdcə İndeksi"ndə yaxşı nəticə göstərməyin yolları da açıqlanıb. Kənan Aslanlı deyir ki, Hesablama Palatasının rəyləri və audit hesabatları bütün büdcədənkənar fondları əhatə etməli, Hesablama Palatası Dövlət Neft Fondunun büdcəsinə dair rəylər hazırlamalı və açıqlamalıdır. Eyni zamanda, büdcə prosesində ictimai iştirakçılığı genişləndirmək məqsədilə hər il "Vətəndaş büdcəsi" və "Büdcə öncəsi bəyanat" hazırlanmalı və yayılmalıdır. Dövlət büdcəsi üzrə qanun layihələrinin, aralıq büdcə hesabatlarının və icra olunmuş büdcə üzrə hesabatların məzmunu və əhatəliliyi daha da zənginləşdirilməlidir.

2011-ci ilin dövlət büdcəsi haqqında qanuna əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri 12,061 milyard manat nəzərdə tutulur ki, bu da həmin ilin ÜDM-nin 30 faizini təşkil edəcək. Bu, 2010-cu ilin proqnozu ilə müqayisədə 4,8 faiz çoxdur. Dövlət büdcəsinin mədaxil hissəsində vergi gəlirlərinin 2010-cu ilin proqnoz göstəriciləri ilə müqayisədə 2011-ci ildə 2,5 faiz bəndi azalmasına paralel olaraq Neft Fondundan dövlət büdcəsinə transfertlər 9,6 faiz artaraq 6,480 milyard manatla büdcənin əsas gəlir mənbəyinə çevrilib. 2011-ci ilin dövlət büdcəsinin xərcləri isə 12,748 milyard manat nəzərdə tutulub ki, bu da 2010-cu ilə nisbətən 3,9 faiz çoxdur.

Hesablamalar göstərir ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-lə müqayisədə xüsusi çəkisində də azalma meyli var. 2011-ci il üçün büdcə hesablamaları zamanı neft gəlirləri 1 barel üçün 60 ABŞ dolları ilə, manatın məzənnəsi isə 0,8 manat olmaqla aparılıb.

Büdcənin formalaşmasında Neft Fondu transfertlərinin hesabına yaranan təminat fiskal dayanıqlılıq riskini getdikcə artırmaqdadır. K.Aslanlı deyir ki, cari ildə əhəmiyyətli vergi növləri üzrə daxilolmalarda azalma, eləcə də vergi borclarının çoxalması büdcə gəlirlərinin təminatında birbaşa vergi gəlirlərinin yığım əmsalını aşağı salıb. Belə ki, hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmalar dövlət büdcəsinin vergi dəyərlərinin formalaşmasında əvvəlki mövqeyini itirməkdədir. Digər tərəfdən, Vergilər Nazirliyi üzrə proqnozlaşdırılan daxilolmaların 40 faizə yaxınının neft sektorunun payına düşməsi, eləcə də Neft Fondunun büdcə gəlirlərindəki xüsusi çəkisinin artımı qeyri-neft sektoru ilə əlaqəli ödəmələri arxa plana keçirməkdədir. Əgər 2008-ci ildə büdcə gəlirlərinin formalaşmasında Vergilər Nazirliyinin töhfəsi 52,9 faiz təşkil edirdisə, 2011-ci ildə bu mənbədən qoyuluşun 36,6 faizə enməsi, əksinə, müqayisə olunan dövr ərzində Neft Fondunun büdcə gəlirlərindəki payının 35,3 faizdən 53,7 faizə qədər artması proqnozlaşdırılır.

Dövlət büdcəsinin Neft Fondundan asılılığı artdığı kimi, Dövlət Sosial Müdafiə Fondunun da dövlət büdcəsindən asılılığı tendensiya halına çevrilir. Milli Büdcə Qrupu bu narahatlığı bölüşərək, Neft Fondundan dövlət büdcəsinə transfert limiti tətbiq olunmaqla yanaşı, sığorta-pensiya sisteminin tətbiqi ilə əlaqədar olaraq dövlət proqramının icrasında nəzərdə tutulan islahat xarakterli tədbirlərin sürətləndirilməsini təklif edir. Dövlət Sosial Müdafiə Fondunun növbəti il üçün gözlənilən gəlirlərinin 35,1 faizi dövlət büdcəsinin transfertləri üzərində formalaşacaq ki, bu da cari ilin müvafiq göstəricisindən 4,7 faiz bəndi çoxdur.

Büdcə xərclərinin tətbiqi təhlili göstərir ki, büdcə təsnifatı üzrə məzmunu tam açılmayan istiqamətlərə yönəlmiş və ya təyinatsız qalan xərclərin payı artmaqdadır. K.Aslanlı deyir:" Bu qrupa "sənaye-tikinti və faydalı qazıntılar", "müdafiə", əsas bölmələrə aid edilməyən xərclər və digərləri daxildir ki, onların da ümumi yekunda payı 51,9 faiz təşkil edir. Bu o xərc maddələridir ki, 2011-ci ilin dövlət büdcəsində onların hara və necə xərclənməsi ilə bağlı yalnız ümumi məlumatlarla tanış olmaq mümkündür. Müqayisəli təhlil göstərir ki, 2011-ci ilin büdcəsində iqtisadi və funksional təsnifatlar vasitəsilə tərkibi açılmayan xərclərin payı əvvəlki illərə nisbətdə artmaqdadır. Bu isə həmin istiqamətlər üzrə detallı büdcə informasiyalarına çıxış imkanlarını məhdudlaşdırır".

Tədqiqatdan bəlli olub ki, 2011-ci ilin büdcə zərfində təsnifatı və təyinatı bilinməyən "əsas bölmələrə aid edilməyən xərclər" 2010-cu il üzrə dürüstləşdirilmiş büdcə ilə müqayisədə 78 faiz artırılıb. Bölmə üzrə xərclərin növbəti ilin dövlət büdcəsində xüsusi çəkisi 15 faizə qədər artırılıb. Milli Büdcə Qrupu bunun ikinci böyük xərc maddəsinə çevrilməsi praktikasının büdcə vəsaitlərinin gizlədilərək mənimsənilməsinə yol açacağından narahatlığını bildirir və bu bölmə üzrə xərcləmələrin istiqamətlərinin Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilməsini təklif edir.

Qrup hökuməti dövlət büdcəsi daxilində məqsədli fondlar yaradılarkən onların təyinatını büdcə sənədlərində dəqiq ifadə etməyə çağırır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Prezident 2011-ci il dövlət büdcəsini təsdiq edib

Ordunun şəxsi heyətində ixtisar istisna edilir

Parlament debatlarında sensasion mülahizələr

Azərbaycan və Ermənistan: 2010-cu il nə vəd edir?

Büdcə dəyişdirilib qəbul edildi

Bölmənin digər xəbərləri
 
Avro yenə mövqeyini itirməkdə
Dollar isə güclənməkdədir

"Cənub dəhlizi" üzrə birgə işçi qrupu yaradılır
Azərbaycanla AB arasında sənəd imzalandı

"Qara bazar"da çek alğı-satqısı davam edir
Əhalidə çeklərin istifadə müddətinin uzadılacağına inam var

Bu il üçün inflyasiya proqnozu - 11,2 faiz
Ötən ilin son ayında ən çox bahalaşan məhsulların siyahısı açıqlandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər