Hal-hazırda Ayna qəzetinin 15.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Avro yenə mövqeyini itirməkdə
Avro yenə mövqeyini itirməkdə
Dollar isə güclənməkdədir
Şənbə, 15.01.2011

Aynurə mətn ölçüsü  

Avropa Birliyi ölkələrinin əsas valyutası olan avro mövqeyini itirməkdədir. Dollar isə güclənməkdə davam edir. Əgər avronun zəifləməsi İrlandiyanın müstəqil borc reytinqinin aşağı düşməsi ilə bağlıdırsa, dolların möhkəmlənməsi Koreya yarımadasındakı getdikcə artan gərginliklə əlaqədardır. Mütəxəssislər qeyd edirlər ki, investorlar Avropa liderlərindən regiondakı borc problemləri ilə mübarizədə daha sərt qərarlar gözlədikləri üçün avro yeni ilin əvvəlində həssaslığını saxlayacaq.

Yaponiyanın iri banklarından olan Mizuho Corporate Bankın ekspertləri 2011-ci ildə avronun ucuzlaşacağını proqnozlaşdırır."Reuters" agentliyinin xəbərinə görə, ekspertlər Avropa valyutasının martın sonuna 1,29 dollara, dekabrda isə 1,18 dollara düşəcəyini ehtimal edirlər.

Bankın analitikləri hesab edir ki, avronun dəyərsizləşməsinə avroməkanda mövcud olan borc problemi təkan verəcək. Çünki bu problem Avropa Mərkəzi Bankını monetar siyasətini zəiflətməyə məcbur edəcək. Görünür, avrozonanın borc problemi 2010-cu ilin əsas mövzusu olub. Hazırda diqqət mərkəzində olan Portuqaliya, İtaliya, Yunanıstan və İspaniyada baş verən istənilən kiçicik problem Avropanın maliyyə bazarına mənfi təsir göstərir. Ekspertlərə görə, borc problemlərinin həlli üçün avropalılar il boyu çalışmalı olacaqlar. Əgər borc böhranı dərinləşərsə, bu, avronun ucuzlaşmasına gətirib çıxaracaq.

Beynəlxalq Valyuta Fondunun keçmiş baş iqtisadçısı, hazırda Massacusets İnstitutunda professor Simon Johnson "Azadlıq" radiosuna müsahibəsində bildirib ki, böhranın iki dibi olmayacaq. Yəni böhranın ən pis vəziyyətini artıq gördük:

"Avrozona salamat çıxa biləcək. Ancaq indiki tərkibdə qala biləcəyinə şübhələrim var. İndi Avrozonada 17 ölkə var. Yanvarda Estoniya da qoşuldu. Mən ona da şübhə edirəm ki, bir Avropa ölkəsi borca düşən kimi hamının onun borcuna kömək etməsi siyasəti davam edəcək. Ona görə tərkib, quruluş və siyasət baxımından dəyişiklik olmalıdır. Ancaq prinsipial baxımdan Avrozona qalacaq. Məncə, Avropada vəziyyət 5 ildən sonra aydınlaşacaq. Amma yeni struktur Avrozona ölkələrinin heç də hamısını qane etməyəcək".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Azərbaycan məhkəmələrinin qərarları ləğv edilib

Avropa Məhkəməsi Eynulla Fətullayevlə bağlı qərar verdi

Avropa Məhkəməsindən Azərbaycana qarşı daha iki qərar

Avropa Məhkəməsinin qərarından apellyasiya şikayəti

Məhkəmənin vaxtı müəyyən olundu

Bölmənin digər xəbərləri
 
Büdcə hesabatları məzmunlu və əhatəli yazılmır
Odur ki, "Açıq Büdcə İndeksi"ndə yerimiz daha da aşağı düşəcək

"Cənub dəhlizi" üzrə birgə işçi qrupu yaradılır
Azərbaycanla AB arasında sənəd imzalandı

"Qara bazar"da çek alğı-satqısı davam edir
Əhalidə çeklərin istifadə müddətinin uzadılacağına inam var

Bu il üçün inflyasiya proqnozu - 11,2 faiz
Ötən ilin son ayında ən çox bahalaşan məhsulların siyahısı açıqlandı



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər