Hal-hazırda Ayna qəzetinin 15.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Zahid Xəlilov anıldı
Zahid Xəlilov anıldı
Böyük riyaziyyatçının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi
Şənbə, 15.01.2011

İ.Umudlu mətn ölçüsü  

Böyük riyaziyyatçı, milli riyaziyyat məktəbinin yaradıcısı, akademik Zahid Xəlilov anıldı. Onun 100 illik yubileyi münasibətilə Milli Elmlər Akademiyasında beynəlxalq konfrans keçirildi. AMEA prezidenti Mahmud Kərimov öz çıxışında onu "ziyalılığın simvolu" adlandırıb.

Deyim ki, Zahid Xəlilovun Azərbaycanda riyaziyyat elminin inkişafındakı rolu, onun necə alicənab bir insan olduğunu ilk dəfə 90-cı illərin sonlarında mərhum riyaziyyatçı professor Şamil Vəkilov - onun sabiq tələbəsi danışmışdı. İş elə gətirdi ki, 2000-ci ildə MEA Riyaziyyat və Mexanika İnstitutuna ad qoyulması üstündə yaranmış fikir ayrılığı zamanı bu böyük riyaziyyatçının fəaliyyəti və irsi ilə maraqlandıqda mərhum Zahid Xəlilov barədə təsəvvürlərim daha da genişlənmişdi. O vaxt riyaziyyatçı alimlər deyirdilər ki, institut adsız daha yaxşıdır, lakin ad qoyulacaqsa - buna daha çox Zahid Xəlilovun haqqı var.

Akademik Zahid Xəlilov dünyada tanınan nüfuzlu riyaziyyatçı, dünya şöhrətli Bakı funksional analiz məktəbinin təməlini qoyan, Azərbaycan nəzəri mexanikasının yaradıcısı kimi tanınır və qeyd-şərtsiz qəbul olunur. İndi BDU və Riyaziyyat və Mexanika İnstitutunun yerləşdiyi küçə onun adını daşıyır.

Ona ehtiram bəsləyənlənlərin tərtib etdikləri bioqrafiyasından öyrənirik ki, Zahid İsa oğlu Xəlilov Tiflisdə 1911-ci il yanvarın 14-də doğulub, əslən Borçalının Saraclı kəndinə bağlıdır. Ailə əsrin əvvəllərində kənddən şəhərə köçmüşdü. Tiflisdə rus məktəbini və Türk Pedaqoji Texnikumunu bitirdikdən sonra 1929-cu ildə Azərbaycan Dövlət Universitetinin riyaziyyat şöbəsinə daxil olub. Ali təhsilini başa vurub Tiflisə qayıdır, burada Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunda çalışır. 1937-ci ildə Tiflisdə Riyaziyyat İnstitutunun aspiranturasına daxil olur, 1940-cı ilin aprelində burada professor S.Berqmanın rəhbərliyi altında "Kleb məsələsi və onun ümumiləşməsi" mövzusunda elmi işini müdafiə edərək riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır. Elə həmin vaxtlar Bakıya dəvət olunur və onun ömrünün sonrakı dönəmi Bakı ilə bağlıdır.

1945-ci ildə respublika Elmlər Akademiyası yarandıqda onu fizika və riyaziyyat sektorunun müdiri təyin etmişdilər. 1946-cı ildə "Sərhəd məsələlərinin parametrdən asılılığının tədqiqi" mövzusunda doktorluq işini müdafiə edir. Onda onun 35 yaşı vardı. Zahid Xəlilov Qafqaz türkləri arasında ilk fizika-riyaziyyat elmləri doktorudur.

Artıq 1950-ci illərin əvvəllərindən onun elmi əsərləri Moskva, Sankt-Peterburq, Kiyev, Tbilisi kimi elmi mərkəzlərdə, hətta Birləşmiş Ştatlarda dərc olunaraq ona böyük şöhrət qazandırır. Bu gün Zahid Xəlilov nəinki Bakı funksional analiz məktəbinin banisi, həm də keçmiş SSRİ-də bu sahənin yaradıcılarından biri kimi qəbul olunur. SSRİ-də ilk "Funksional analiz" dərsliyinin müəllifidir.

Zahid Xəlilov 1950-ci ildə Riyaziyyat və Mexanika İnstitutuna direktor təyin edilir. 1955-ci ildə EA-nın həqiqi üzvü seçilir. 1957-59-cu illərdə akademiyanın vitse-prezidenti, 1962-67-ci illərdə EA prezidenti, 1967-ci ildən vəfat edənə qədər (1974) bir vaxt özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.

Riyaziyyat elitar elm sayılır. Zahid müəllim isə bu sferada böyük işlərə imza atmışdı. Əsas tədqiqatları funksional analiz, onun inteqral və differensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir. Bundan başqa, poliharmonik tənliklər sistemi üçün ümumi sərhəd məsələsini həll etmiş, Furye sıralarının analoqunu və qarışıq tipli model tənlikləri üçün şəbəkə üsulunu verib. Mücərrəd sinqulyar operatorlar nəzəriyyəsini yaradıb və s.

Zahid Xəlilov 63 il - peyğəmbər ömrü yaşayıb. Bu gün onun 100 illiyi riyaziyyatçıların bu münasibətlə toplaşdıqları beynəlxalq məclisdə anıldı. O hələ çox yaşayacaq.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türk Dünyası riyaziyyatçılarının növbəti konqresi Bakıda keçiriləcək

Fizika və riyaziyyatda gəldiyimiz nöqtə

Məmməd Bayramoğlu: "Türkiyədə azərbaycanlı riyaziyyatçıların səviyyəsi etiraf olunur"

AMEA prezidenti:

Doktoranturaya qəbul planı dəyişə bilər

Bölmənin digər xəbərləri
 
Yuxarı siniflər üçün də məktəbli forması müəyyənləşdi
Geyimlərin tikilişinə martdan başlanır

Elmə daha çox vəsait ayrıla bilər
Bir şərtlə ki, vacib layihələr irəli sürülsün

Coyadların növbəti seçim sistemi tövsiyə edildi
Yenə də aşkar yarımçıqlıq...



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər