Hal-hazırda Ayna qəzetinin 15.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 15.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Coyadların növbəti seçim sistemi tövsiyə edildi
Coyadların növbəti seçim sistemi tövsiyə edildi
Yenə də aşkar yarımçıqlıq...
Şənbə, 15.01.2011

İ.Balıoğlu mətn ölçüsü  

Azərbaycanlıların dünya xalqları arasında etnik identifikasiyasının göstəricisi olan soyadlar məsələsi 1920-ci ildən bu yana bir problemə çevrilib və ölkənin müstəqilliyə qovuşmasından 20 il keçsə də, bu məsələ hüquqi həllini tapmır ki, tapmır. Baxmayaraq ki, Azərbaycan üçün 1934-cü ilin Türkiyə təcrübəsi var. Nə isə, bu günlərdə AMEA Rəyasət Heyəti Terminologiya Komissiyasının nəzdində adlar və soyadlar üzrə komissiyası Azərbaycan soyadlarının yeni seçim sisteminin təsdiq edilməsi haqqında tövsiyə qərarı verdiyi məlum oldu. Bu barədə APA-ya komissiyanın sədr müavini Sayalı Sadıqova bildirib. Onun sözlərinə görə, soyad sonluqları ilə bağlı qərar 6 bənddə əksini tapıb. Soyadların yeni seçim sisteminin tətbiqi barədə qərara əsasən, soyad sonluqları aşağıdakı yollarla düzələ bilər: 1. Valideynin mövcud soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı bir tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə hansı cinsə mənsub olmasından asılı olaraq -oğlu və -qızı soyad sonluğunun artırılması vasitəsilə: məsələn, Ağaoğlu Rəşid Ağa oğlu. 2. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -lı, -li, -lu, -lü şəkilçisinin artırılması vasitəsilə. Məsələn, Aydınlı Cəfər Şair qızı. 3. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə heç bir leksik və qrammatik vasitə artırılmadan. Məsələn, Bəhruz Soltan Baxış oğlu. 4. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -gil və ya -soy şəkilçisinin artırılması vasitəsilə.

REKLAM

Məsələn, Azərsoy Turab Əhməd oğlu. Bəhramgil Diləfruz Ziya qızı. 5. Valideynin soyadını bildirən sözün kökünə və ya soyad tərkibinin hər hansı tərkib hissəsinə, soyad üçün seçilmiş hər hansı bir sözə -zadə soyad sonluğunun artırılması vasitəsilə. Belə sözlər bir vurğu ilə deyilir və mürəkkəb söz kimi bitişik yazılır. Məsələn, Dadaşzadə İlqar Dadaş oğlu. 6. Soyad seçimi zamanı titul bildirən xan, bəy, eləcə də hacı, əfəndi kimi sözlərdən soyad yaratma vasitəsi kimi istifadə tövsiyə edilmir. Qərara əsasən, soyadların yeni seçim sisteminin təsdiq edilməsi və təklif olunan tövsiyələrin 2011-ci il yanvarın 1-dən başlayaraq yeni doğulanların soyad seçimi zamanı nəzərdə tutulması haqqında müvafiq dövlət qurumları qarşısında vəsatət qaldırılıb.

Qərarı AMEA prezidenti Mahmud Kərimov imzalayıb. AMEA prezidenti deyib ki, Terminologiya Komissiyasının adlar və soyadlarla bağlı qərarı tövsiyə xarakteri daşıyır. Bu, bizim qərarımızdır. AMEA-nın qərarı əsasında hansı qərarın qəbul ediləcəyini mən deyə bilmərəm. Bu, Ədliyyə Nazirliyinin işidir. Onu əsas götürüb öz fəaliyyətində istifadə edəcək. İnanmıram ki, soyadlarla bağlı qanun və ya fərman olsun".

Mahmud Kərimov bildirib ki, AMEA-nın qərarı əsasən yanvarın 1-dən sonra doğulan uşaqlar üçün nəzərdə tutulub: "Ancaq hər bir şəxs istəsə, könüllü şəkildə soyadını dəyişə bilər".

Eyni zamanda bildirilir ki, tövsiyələr etnik azərbaycanlılara şamil olunur. Məsələn, ruslara və ya ermənilərə aid deyil.

Fəqət fikir verdik ki, elm adamlarımızın hazırladığı bu tövsiyədə bir yarımçıqlıq görünməkdədir. Məsələn:

a) azərbaycanlılarda "Əfəndiyev" və "Əfəndizadə" kimi bölgələrdə çoxlu soyadlar var. Onlara nə tövsiyə edilir? Açıq deyil.

b) azərbaycanlılarda "...bəyov", "...xanov" tipli tarixi soyadlar da az deyil. Axı onlar tam haqla "...bəyli", "...xanlı", "...bəyoğlu", "...xanoğlu" kimi formalara keçə bilərlər. Türkiyədə buna örnəklər var. Niyə tövsiyə olunmasın?

c) azərbaycanlılarda Oğuzun 24 boyuna və onların ayrı-ayrı tirələrinə mənsub çoxlu sayda ellər, konkret nəsillər var. Onlara aid insanlara nə üçün öz nəsil adlarını soyad kimi qəbul etmək tövsiyə edilməsin? Axı, bu həm də etnik mənsubiyyət tarixini yaşatmaq naminə vacibdir.

Bundan başqa, dünya ad-soyad ifadəsi praktikasında birinci yazılan - adı, ikinci yazılan - ata adını, üçüncü yazılan - soyadı bildirir. Bizlərdə də bu qaydaya riayət edilməsi tövsiyə olunurmu? Görmürük.

Millətin öz milli soyadlar ənənəsinə qayıdışında rəhbər şəxslər örnək olaraq qabağa düşməlidirlər. Bunu da görmürük. Eynilə latın əlifbasına qayıdışda olduğu kimi, bir qeyri-müəyyənlik havasını isə görürük.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Soyadlar milliləşdiriləcək

Azərbaycanlıların adqoyma fantaziyası zəifdir

AMEA prezidenti:

AMEA prezidenti Mahmud Kərimov:

Nizami Cəfərov: "Mədəniyyətin inkişaf konsepsiyası tamamlanmaq üzrədir"

Bölmənin digər xəbərləri
 
Yuxarı siniflər üçün də məktəbli forması müəyyənləşdi
Geyimlərin tikilişinə martdan başlanır

Elmə daha çox vəsait ayrıla bilər
Bir şərtlə ki, vacib layihələr irəli sürülsün

Zahid Xəlilov anıldı
Böyük riyaziyyatçının 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər