Təhsil Nazirliyinin Lisenziya Komissiyası paytaxtda fəaliyyət göstərən Xəzər Universiteti, bu ali təhsil ocağının tərkibindəki "Dünya" orta məktəbi və Bakı Biznes Universitetinin fəaliyyətinə verilmiş lisenziyasının müddətini uzatmaq barədə qərar verib. Komissiya apardığı araşdırmadan sonra Xəzər Universiteti və Bakı Biznes Universitetinin maddi-texniki bazası, tədris şəraiti, pedaqoji heyəti, beynəlxalq əlaqələri, ixtisaslar üzrə hazırlıq səviyyəsi barədə qənaətbəxş fikrə gəlib.
|