Hal-hazırda Ayna qəzetinin 08.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Baş Prokurorluqda müşavirə
Baş Prokurorluqda müşavirə
2010 - uğurlu hesabat ili sayılıb
Şənbə, 08.01.2011


İlkin
mətn ölçüsü  

Dünən Baş Prokurorluqda 2010-cu hesabat ilində prokurorluğun Mərkəzi Aparatı tərəfindən görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. Prokurorluğun rəsmi saytında yerləşdirilmiş məlumata görə, müşavirə 2010-cu hesabat ilində prokurorluğun Mərkəzi Aparatı tərəfindən görülmüş işlərin nəticələri və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Əməliyyat müşavirəsində məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov 2010-cu ilin Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olduğunu bildirib. Hesabat dövründə yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində görülən işlər sırasında Elm-Tədris Mərkəzi tərəfindən "İmtahan" informasiya sistemində test üsulu ilə prokurorluq əməkdaşlarının nəzəri bilik və peşə hazırlığı səviyyəsinin yoxlanılmasına başlanmasının əhəmiyyəti qeyd edilmiş və bu prosedurun prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsinin əhəmiyyətli dərəcədə artırılması üçün möhkəm stimul yaratdığı diqqətə çatdırılıb.

Prokurorluğun istintaq fəaliyyətinin daha da təkmilləşdirilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, dövlət ittihamının müdafiəsi sahəsində işin yenidən təşkili ilə əlaqədar görülmüş işlər, "Prokurorluq haqqında" qanunla müəyyənləşdirilmiş digər fəaliyyət istiqamətləri üzrə işin düzgün təşkili, prokurorluğun fəaliyyətində aşkarlığın təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər də öz nəticələrini verib.

Eyni zamanda, əməliyyat müşavirəsində 2011-ci ildə korrupsiya cinayətlərinə qarşı səmərəli mübarizənin təşkili və "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi haqqında" dövlət başçısının 22 iyun 2009-cu il tarixli fərmanının və bu barədə Baş Prokurorluq üzrə müvafiq əmrin səmərəli icrasının təmin olunması, yaranmış vakansiyalara təyinatların aparılması yolu ilə kadr tərkibinin gənc mütəxəssislər hesabına komplektləşdirilməsi məqsədilə 2011-ci ildə 100 ştat vahidi üzrə elan edilmiş qulluğa qəbulun mütəşəkkil şəkildə həyata keçirilməsi, 2010-cu ilin yekunlarının təsdiq edilmiş qrafikə uyğun olaraq Baş Prokurorluğun struktur qurumlarında müzakirələrinin aparılması, Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar zəruri təşkilati tədbirlərin görülməsi barədə konkret göstərişlər verilib.

Əməliyyat müşavirəsində baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən 2010-cu ildə cinayətkarlığa qarşı mübarizənin, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili, cinayət təqibi çərçivəsində insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində görülmüş işlər barədə, Baş Prokurorluğun Təşkilat-Analitik İdarəsinin rəisi Əzizağa Həsənov tərəfindən 2011-ci ilin birinci yarımili üçün Baş Prokurorluğun iş planı barədə məlumatlar verilib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ramil Usubov polis əməkdaşlarını maariflənməyə çağırır

Dondurma saxta, sular saxta...

Bölmənin digər xəbərləri
 
Bəzi telekanallar üzərində bağlanma təhlükəsi
Bu il kanalların çoxunun lisenziya müddəti bitir. Kimlərinsə lisenziyaları uzadılmaya bilər

"AZAL" ölkədaxili pulsuz uçuşlara başlayıb
Güzəştlər yalnız Azərbaycan vətəndaşlarına aiddir

Vahid məktəbli forması yenidən müəyyənləşib
Məktəbli forması I-VI və VII-XI siniflər koteqoriyasına bölünüb

Ötən il 29 717 406 kvadratmetr ərazi minadan təmizlənib
64 448 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib

İki universitetin lisenziyası uzadılıb
Xəzər və Bakı Biznes universitetləri tələblərə cavab verib

ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək
Azərbaycan və türk əsilli amerikalılar Xocalı qətliamının 19-cu ildönümü ilə bağlı gələn ay ABŞ-da Xocalı Anım Həftəsi keçirəcək.

Amerikalı hərbi ekspert qrupu Azərbaycana gəlir
Fevralın ortalarında Azərbaycan və ABŞ silahlı qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət ekspert qrupunun görüşü planlaşdırılır (APA).

Fövqəladə jurnalistikanın çətinlikləri
Ölkə qanunvericiliyində KİV əməkdaşlarının fövqəladə hal elan olunmuş ərazilərdə, qəza zonalarında, təbii fəlakətlər zamanı, kütləvi iğtişaşlarda üzləşə biləcəkləri məhdudiyyətlərlə bağlı dəqiq və birmənalı müddəalar yox dərəcəsindədir.

Magistrlərə möhlət verilməlidir
"Azərbaycanda kifayət qədər insan resursu var və müxtəlif istiqamətlərdə beyin potensialını inkişaf etdirmək üçün çağırış qaydalarında bir sıra dəyişikliklərə ehtiyac yaranıb".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər