Hal-hazırda Ayna qəzetinin 08.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Ötən il 29 717 406 kvadratmetr ərazi minadan təmizlənib
Ötən il 29 717 406 kvadratmetr ərazi minadan təmizlənib
64 448 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib
Şənbə, 08.01.2011


E.İlkin
mətn ölçüsü  

Ötən il Azərbaycanda 29 717 406 kvadratmetr ərazi mina və hərbi sursatdan təmizlənib, əməliyyatlar zamanı 64 448 mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Əməliyyatlar aparılan ərazilər təhlükəsiz vəziyyətdə yerli icra orqanlarına təhvil verilib. Əməliyyatlar Füzuli, Ağcabədi, Tərtər, Xocavənd, Ağdam, Tovuz və Ağstafa rayonlarında və Bakı şəhərində aparılıb.

Ötən ilin dekabr ayı ərzində isə agentlik tərəfindən 3 072 171 kvadratmetr ərazi təmizlənib. 6 306 PHS və 6 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 480 nəfər minaaxtaran mütəxəssis və 120 nəfər yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 37 minaaxtaran it iştirak edib.

Ümumilikdə ANAMA tərəfindən indiyədək 151 820 465 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 640 589 olub.

2010-cu ilin dekabr ayı ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb. Ümumilikdə ötən il mina və mərmi partlayışları ilə bağlı 4 hadisə qeydə alınıb, nəticədə 4 nəfər zərər çəkib, 1 nəfər isə həlak olub. Həlak olan 1 nəfər hərbçi, zərərçəkənlərdən isə 2-si hərbçi, 2-si isə mülki şəxs olub.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Tacikistan minaaxtaranlarına sertifikat verildi

Mina partlaması nəticəsində traktorçu xəsarət alıb

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb

Üç hərbçi minaya düşüb

Bir əsgər minaya düşüb, digəri qayadan yıxılıb

Bölmənin digər xəbərləri
 
Bəzi telekanallar üzərində bağlanma təhlükəsi
Bu il kanalların çoxunun lisenziya müddəti bitir. Kimlərinsə lisenziyaları uzadılmaya bilər

"AZAL" ölkədaxili pulsuz uçuşlara başlayıb
Güzəştlər yalnız Azərbaycan vətəndaşlarına aiddir

Vahid məktəbli forması yenidən müəyyənləşib
Məktəbli forması I-VI və VII-XI siniflər koteqoriyasına bölünüb

Baş Prokurorluqda müşavirə
2010 - uğurlu hesabat ili sayılıb

İki universitetin lisenziyası uzadılıb
Xəzər və Bakı Biznes universitetləri tələblərə cavab verib

ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək
Azərbaycan və türk əsilli amerikalılar Xocalı qətliamının 19-cu ildönümü ilə bağlı gələn ay ABŞ-da Xocalı Anım Həftəsi keçirəcək.

Amerikalı hərbi ekspert qrupu Azərbaycana gəlir
Fevralın ortalarında Azərbaycan və ABŞ silahlı qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət ekspert qrupunun görüşü planlaşdırılır (APA).

Fövqəladə jurnalistikanın çətinlikləri
Ölkə qanunvericiliyində KİV əməkdaşlarının fövqəladə hal elan olunmuş ərazilərdə, qəza zonalarında, təbii fəlakətlər zamanı, kütləvi iğtişaşlarda üzləşə biləcəkləri məhdudiyyətlərlə bağlı dəqiq və birmənalı müddəalar yox dərəcəsindədir.

Magistrlərə möhlət verilməlidir
"Azərbaycanda kifayət qədər insan resursu var və müxtəlif istiqamətlərdə beyin potensialını inkişaf etdirmək üçün çağırış qaydalarında bir sıra dəyişikliklərə ehtiyac yaranıb".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər