Hal-hazırda Ayna qəzetinin 08.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
"AZAL" ölkədaxili pulsuz uçuşlara başlayıb
"AZAL" ölkədaxili pulsuz uçuşlara başlayıb
Güzəştlər yalnız Azərbaycan vətəndaşlarına aiddir
Şənbə, 08.01.2011


E.İlkin
mətn ölçüsü  

Bu ildən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) Dövlət Konserninin beynəlxalq istiqamətlərdəki uçuşlarına "ora və geriyə" bir aviabilet əldə edən Azərbaycan vətəndaşları əlavə olaraq ölkənin regionlarına pulsuz bilet ala biləcəklər.

"AZAL"dan verilən məlumata görə, pulsuz aviabiletlərin rəsmiləşdirilməsi Bakı-Naxçıvan-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Zaqatala-Bakı və Bakı-Lənkəran-Bakı istiqamətlərinə aiddir. Başqa sözlə, "AZAL"ın beynəlxalq reysləri vasitəsilə xaricə və ya əks istiqamətə uçan ölkə vətəndaşları regionlara pulsuz uçacaqlar. Bir şərtlə ki, beynəlxalq və yerli uçuşlar arasında 24 saatdan çox vaxt keçməsin. Pulsuz biletdə uçuş tarixinin dəyişdirilməsinə yalnız o vaxt icazə verilir ki, beynəlxalq istiqamətə alınan biletin də uçuş tarixi dəyişdirilsin.

APA-nın məlumatına əsasən, "AZAL" şirkətində güzəştlərin yalnız Azərbaycan vətəndaşları üçün tətbiq edildiyini və çox əlverişli olduğunu bildirirlər. Bu yenilikdən sonra regionda yaşayan vətəndaş, məsələn, Parisə uçmaq istəyirsə, "AZAL"dan Bakı-Paris-Bakı bileti alarkən pulsuz olaraq Gəncə-Bakı-Gəncə reysi ilə də təmin olunacaq:

"Yəni o, pulsuz olaraq Gəncədən Bakıya, aldığı biletlə Bakıdan Parisə uça biləcək, geri qayıdanda da eyni formada Parisdən Bakıya biletlə, Bakıdan Gəncəyə isə pulsuz uça biləcək. Bir şərtlə ki, Gəncə-Bakı reysi ilə Bakı-Paris reysinin, eləcə də Paris-Bakı reysi ilə Bakı-Gəncə reysinin arasındakı müddət 24 saatdan çox olmasın".

Tamamilə eyni qaydada bu güzəştdən xaricdən Bakıya uçan Azərbaycan vətəndaşları da istifadə edə bilərlər:

"Məsələn, hansısa vətəndaşımız Moskvadan Bakıya, ordan da Zaqatalaya uçmaq istəyirsə, o, AZAL-ın xaricdəki nümayəndəliyinə müraciət etməklə Moskva-Bakı-Moskva bileti əldə edir, eyni zamanda həmin şəxsə elə oradaca pulsuz olaraq Bakı-Zaqatala-Bakı bileti yazılır. Bu üsulla həmin şəxs Bakıya, ordan da pulsuz olaraq regiona uça biləcək".

"AZAL" nümayəndəsi yeniliyin kampaniya xarakterli olmadığını və qeyri-məhdud müddətə tətbiq edildiyini bildirib.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Jurnalistlər pulsuz müayinə ediləcək

"Obyektiv" TV: hər namizədə 10 dəqiqə pulsuz vaxt

Gələn il büdcə gəlirləri və xərcləri azalacaq

İran - Qərb casus mübadiləsi

Azərbaycan kuboku: 1/16 mərhələ arxada qaldı

Bölmənin digər xəbərləri
 
Bəzi telekanallar üzərində bağlanma təhlükəsi
Bu il kanalların çoxunun lisenziya müddəti bitir. Kimlərinsə lisenziyaları uzadılmaya bilər

Vahid məktəbli forması yenidən müəyyənləşib
Məktəbli forması I-VI və VII-XI siniflər koteqoriyasına bölünüb

Ötən il 29 717 406 kvadratmetr ərazi minadan təmizlənib
64 448 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib

Baş Prokurorluqda müşavirə
2010 - uğurlu hesabat ili sayılıb

İki universitetin lisenziyası uzadılıb
Xəzər və Bakı Biznes universitetləri tələblərə cavab verib

ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək
Azərbaycan və türk əsilli amerikalılar Xocalı qətliamının 19-cu ildönümü ilə bağlı gələn ay ABŞ-da Xocalı Anım Həftəsi keçirəcək.

Amerikalı hərbi ekspert qrupu Azərbaycana gəlir
Fevralın ortalarında Azərbaycan və ABŞ silahlı qüvvələrinin yüksək rütbəli zabitlərindən ibarət ekspert qrupunun görüşü planlaşdırılır (APA).

Fövqəladə jurnalistikanın çətinlikləri
Ölkə qanunvericiliyində KİV əməkdaşlarının fövqəladə hal elan olunmuş ərazilərdə, qəza zonalarında, təbii fəlakətlər zamanı, kütləvi iğtişaşlarda üzləşə biləcəkləri məhdudiyyətlərlə bağlı dəqiq və birmənalı müddəalar yox dərəcəsindədir.

Magistrlərə möhlət verilməlidir
"Azərbaycanda kifayət qədər insan resursu var və müxtəlif istiqamətlərdə beyin potensialını inkişaf etdirmək üçün çağırış qaydalarında bir sıra dəyişikliklərə ehtiyac yaranıb".



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər