Hal-hazırda Ayna qəzetinin 08.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Əmək müfəttişlərinin potensialı artırılacaq
Əmək müfəttişlərinin potensialı artırılacaq
Cəmiyyətin məlumatlılıq səviyyəsini yüksəltmək nəzərdə tutulur
Şənbə, 08.01.2011

A.Akif mətn ölçüsü  

Dövlət Əmək Müfəttişliyi (DƏM) beynəlxalq tələblərə cavab verən strategiya həyata keçirir. Bununla bağlı Fəaliyyət Planına dəstək məqsədi ilə hazırlanmış "Dövlət əmək müfəttişliyinin potensialının artırılması" layihəsinin icrasına başlayıb. 3 illik layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin Azərbaycanda toplanacağı, müfəttişliyin potensialını gücləndirməyə dəstək məqsədi ilə bəzi işlər görüləcəyi nəzərdə tutulur.

Söhbət peşə qəzaları və xəstəliklərinin azaldılması, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlər, işçilər və ictimaiyyətin məlumatlandırılma səviyyəsinin artırılması və iş yerlərində qəzaların qarşısının alınma məsələsinə sosial tərəfdaşların (işəgötürənlər birlikləri və həmkarlar ittifaqları) cəlb olunmasından gedir.

Sözügedən layihədə məqsəd əməyin mühafizəsi üzrə norma və standartları inkişaf etdirmək, sosial dialoq üçün şərait yaratmaqdır. Eyni zamanda, hərtərəfli və qarşılayıcı yanaşmalar üzrə imkanların artırılması, laboratoriyaların müasirləşdirilməsi, iş yerlərində əməyin mühafizəsi üzrə standartların tətbiqi və cəmiyyətin məlumatlandırılma səviyyəsinin yüksəldilməsi ilə Dövlət Əmək Müfəttişliyinin potensialının artırılması nəzərdə tutulub.

Bu ilin avqust ayınadək əməyin mühafizəsinə dair qanunvericilik aktları, Dövlət Əmək Müfəttişliyinin (DƏM) əsasnaməsi və təşkilati strukturu üzrə qaydalarla bağlı təkliflər hazırlanacaq. Ölkə səviyyəsində (əməyin mühafizəsi üzrə Milli Şura), regional səviyyədə, sənaye və istehsal sektorları səviyyəsində əməyin mühafizəsi üzrə sosial dialoqun (dövlət, işəgötürənlər və həmkarlar ittifaqları arasında müzakirə) təşkili strukturu nəzərdən keçiriləcək. Əmək müfəttişlərinin təlim ehtiyacları təhlil olunacaq və iş yerləri haqqında məlumat bazası işlənib hazırlanacaqdır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

6 ayda istehsalatda 92 bədbəxt hadisə

Xarici hərbi siyasət: 2009-cu ilin yekunları

Bakının hərbi-siyasi prioritetləri şimala dəyişir

Fizika və riyaziyyatda gəldiyimiz nöqtə

Temperatur 40 dərəcəni ötərsə

Bölmənin digər xəbərləri
 
Bank sistemi böhrandan az itki ilə çıxdı
Səbəb - dünya bank sisteminə tam bağlı deyilik

Bayramda ərzaq 50 faiz bahalaşıb
Ümumilikdə isə ötən ay 0,3 faiz ucuzlaşma qeydə alınıb

MB pul-kredit siyasətini müəyyənləşdirib
Makroiqtisadi sabitlik təmin olunacaq

Neft satışında uğurlu il
Ölkə xeyli vəsait əldə edib

Hacıəmi Atakişiyev:
"Reklam qiymətlərini bazar tənzimləməlidir,
nazirlik yox"


Bir çox səhmdar cəmiyyəti səhmdarları aldadır
Əsasən gəlirlər gizlədilir və ya xərclər qəsdən şişirdilir

Siqaret bahalaşdı
Dünya bazarında tütünün qiyməti artıb

Vergilər nazirindən yeni vəzifə təyinatı
İki rəisin yer mübadiləsi baş verib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər