Hal-hazırda Ayna qəzetinin 08.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İdman  
 
 
Antalya klublarımızın yolunu gözləyir
Antalya klublarımızın yolunu gözləyir
Qış hazırlığı üçün yenə turizm bölgəsi seçildi
Şənbə, 08.01.2011

Kərim mətn ölçüsü  

Klubların və futbolçuların, eləcə də futbol fanatlarının səbirsizliklə gözlədiyi qış transfer dövrü 14 yanvardan başlayacaq. AFFA-nın məlumatında deyilir ki, komandalar transfer etdikləri futbolçuların siyahısını 11 fevral 2011-ci il tarixinədək Peşəkar Futbol Liqasına təqdim edə bilərlər.

Qış transfer dövrü hələ başlamasa da, çempionatın iddialı klubları fəallığıyla seçilir. Bu da anlaşılandır. Çünki ehtiyat oyunçular skamyası nə qədər geniş olarsa, klub mövsümü bir o qədər yaxşı nəticə ilə başa vura bilər.

Klubların bir çoxu fevralın 12-dən davam edəcək çempionatın ikinci hissəsinə hazırlıqla bağlı planlarını gerçəkləşdirməyə başlayıblar. Klublarımız qış fasiləsi zamanı hazırlıq üçün ənənəvi olaraq yaxın xaricə üz tuturlar. Bu il də istisna olmayacaq. Komandalarımızın əksəri hazırlıq üçün Türkiyənin şöhrətli turizm mərkəzi - Antalyaya üz tutacaq.

Azərbaycan çempionu "İnter" hazırlığa digərlərindən daha tez başlayıb. Bu, Bakı komandasının ölkəmizi "Birlik Kuboku"nda təmsil etməsi ilə bağlıdır. "İnter" Antalyada artıq məşqlərə başlayıb. Gündə iki dəfə olmaqla məşq edən çempionumuz toplanış dövründə 3 yoxlama oyunu keçirəcək. Kaxaber Sxadadzenin başçılıq etdiyi komanda dünən axşam saatlarında Türkiyənin Super Liqasında çıxış edən "Manisaspor" klubu ilə yoxlama oyununda qüvvəsini sınayıb. Yanvarın 9-da Türkiyənin "Altay" klubu ilə qarşılaşacaq "İnter" son yoxlama oyununu yanvarın 11-də Albaniyanın "Skenderbeu" klubuna qarşı keçirəcək.

"Qış çempionu" "Neftçi" və fasiləyə ikinci pillədə çıxan "Xəzər-Lənkəran" klubları da təlim-məşq toplantılarını Antalyada keçirəcəklər. Çempionatda rəqib olan bu komandalar yanvarın 10-da Antalyaya eyni təyyarədə uçacaqlar.

"Xəzər-Lənkəran"ın Türkiyədə hazırlığı çərçivəsində ilk yoxlama görüşünün tarixi də dəqiqləşib. Mirça Rednikin komandası 4 gün sonra həmyerlimiz Ramiz Məmmədovun baş məşqçi olduğu Qazaxıstanın "Atırau" klubu ilə qarşılaşacaq. Lənkəran komandasının növbəti oyunu yanvarın 24-də hələlik adı dəqiqləşməyən Ukrayna Premyer Liqa təmsilçisinə qarşı olacaq. Lənkəran klubunun Antalya hazırlığı yanvarın 26-dək davam edəcək.

"Qarabağ" da qış hazırlığı üçün Antalya bölgəsini seçib. Yanvarın 9-dan fevralın 5-dək Antalyanın Belek bölgəsində hazırlıq keçəcək Qurban Qurbanovun komandası "AS Santai" mehmanxanasında məskunlaşacaq. Toplantı dövründə Ağdam təmsilçisi dörd yoxlama oyunda qüvvəsini sınayacaq. 28 gün ərzində qardaş ölkədə çempionatın ikinci yarısına hazırlıqlarını davam etdirən komanda burada 4 yoxlama oyun da planlaşdırır. Komandanın yoxlama oyunlarında rəqibləri də məlumdur. "Qarabağ" yanvarın 22-də ilk yoxlama oyunda Qazaxıstanın əsas dəstə komandası "Ordabası" ilə üz-üzə gələcək. Yanvarın 26-da isə komandamız Ukraynanın "İlyiçevest" klubu ilə qarşılaşacaq. Yanvarın 30-u isə komanda Rumıniyanın "Qaz Metan Medias" futbolçuları ilə qarşılaşacaq. Komandamızın sonuncu qarşılaşması isə fevralın 3-də və ya 4-də baş tutacaq.

Qış tətilinə çıxan "Bakı" yaxın günlərdə yenidən bir araya gələcək. Klubdan verilən məlumata görə, yanvarın ikinci hissəsindən etibarən Bakıda hazırlıqlarına start verəcək komanda 15 yanvar - 4 fevral aralığında Türkiyənin Antalya şəhərində təlim-məşq toplantısı keçirəcək. "Su sesi" mehmanxanasında məskunlaşan paytaxt təmsilçisi toplanışı ərzində 3 yoxlama oyunda qüvvəsini sınayacaq.

Çempionatın mükafatlarına iddialı olan klublardan sayılan "Qəbələ" də Antalyada hazırlıq keçəcək. Toni Adamsın komandası hazırlıq zamanı iki yoxlama oyunda qüvvəsini sınamağı planlaşdırır. Klubdan verilən məlumata görə, 18-28 yanvar tarixlərində Belek bölgəsinin "Riksos" otelində məskunlaşan "Qəbələ" yanvarın 22-də Rusiyanın "Lokomotiv", 27-də isə Avstriyanın "Şturm" komandaları ilə qarşılaşacaq. Hazırlıq dövründə komandanın heyətinə bir neçə yeni futbolçunun cəlb olunması planlaşdırılır.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

ABŞ-da Xocalı Anım Həftəsi keçiriləcək

ABŞ Rusiyanı Qəbələ RLS-dən çıxartmaq istəyir

Professor Uilyam Martel: "Rusiya müəyyən vaxta qədər səssiz qalacaq"

Qəbələ RLS-in taleyi necə olacaq?

Bakıda Türkiyə Cümhuriyyətinin 87-ci ildönümü qeyd olunub

Bölmənin digər xəbərləri
 
Starkov bu gün Bakıya gəlir
Latviyalı baş məşqçi "Bakı"nın sükanı arxasına keçir

2011-ci ilin ilk qalibi
İtaliyanın Recio-Emilya şəhərində ənənəvi 53-ci beynəlxalq şahmat turniri başa çatıb.

"Everton" "Neftçi" ilə yoldaşlıq oyununa gəlir
İngiltərənin məşhur "Everton" klubu Bakıya gələ bilər.

Adrian Mutu rəsmən "Qalatasaray"da!
"Qalatasaray" dövrələrarası fasilədə üçüncü transferini rəsmiləşdirib.



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər