Hal-hazırda Ayna qəzetinin 08.01.2011 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 08.01.2011
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Təhsil: texniki dəyişikliklər islahatmı?
Bu sahədə informasiyaların əlçatanlığı da məhdudlaşıb
Şənbə, 08.01.2011

A.Akif mətn ölçüsü  

Ali məktəbə hazırlaşan bir şagirdin məktəbdənkənar hazırlığı üçün ailələrin illik xərci dövlət büdcəsindən bir şagirdə çəkilən illik xərcdən təxminən 3 dəfə çoxdur. Bu rəqəm İqtisadi Təşəbbüslərə Yardım Birliyinin "Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqat"ında yer alır. Tədqiqatçılar yazır ki, hökumət orta təhsil sistemində heç bir institusional dəyişiklik addımı atmadığı halda, bir sıra texniki dəyişiklikləri "islahat" adı ilə cəmiyyətə təqdim etməyə müvəffəq olub:

"Məsələn, 15 illik müzakirələrdən sonra hökumət yeni "Təhsil haqqında" qanun qəbul etdi. Nəinki hökumət adamları, hətta opponent siyasi institutların təmsilçiləri, peşəkar ekspertlər kimi cəmiyyətdə qəbul olunan şəxslər də yeni qanunun orta təhsildə hansı dəyişikliklərə səbəb olacağı, bunun hansı fərqli mexanizmlərlə baş tutacağı üzərindən sükutla keçirlər. Halbuki yeni qanunda nə məktəblərə inzibati-maliyyə muxtariyyəti verilməsi, nə müəllimlərin statusu və pedaqoji kadrların maddi təminat sisteminin dəqiq prinsipləri, nə məktəblərin fəaliyyətinə vətəndaş nəzarəti, nə də orta təhsilin maliyyə ehtiyaclarının hesablanması üçün dəqiq çərçivələrin cızılması ilə bağlı hər hansı mexanizm və prinsip var".

Yeni qanunun bəzi müddəalarını mütərəqqi addım kimi qiymətləndirmək çətindir. Məsələn, 11 illik icbari təhsilin müddəti 9 ilə endirilib. Halbuki 17-18 yaşlı uşaqların az qala 40 faizinin orta təhsildən yayındığı ölkədə belə bir qərarın qəbulunu arqumentləşdirmək asan deyil. Doğrudur, inkişaf etmiş ölkələrin əksəriyyətində yalnız əsas təhsil icbaridir. Amma həmin ölkələrdə Azərbaycandan fərqli olaraq mükəmməl orta ixtisas və peşə təhsili sistemi mövcuddur. Yəni orta məktəblərdə oxumaq istəməyən 15-16 yaşda uşaqların təhsilini davam etdirməsi üçün alternativ və zəmanətli təhsil sistemləri mövcuddur. Eyni zamanda iqtisadiyyatın işçi qüvvəsinə tələbatı və əmək bazarı elə dinamik inkişaf edir ki, orta ixtisas və peşə təhsili məktəbləri oxumaq istəyən bütün şagirdləri qəbul edə bilir. Azərbaycanda isə bu kimi məktəblər son illər əsas təhsili bitirdikdən sonra məktəb həyatından kənarlaşmağa üstünlük verən 55-60 min 15-16 yaşlı gəncin ən yaxşı halda 12-13 min nəfərini (21-22%-ni) qəbul etmək iqtidarında olub.

Tədqiqatda qeyd edilir ki, orta təhsil sistemində şəffaflıq və ictimai nəzarət imkanlarının təmin olunması sahəsində ciddi problemlər var. Rəsmi statistikada regionlar üzrə müəllimlərin sayı, rayonlar üzrə təhsil xərcləri, ayrı-ayrı məktəblərin büdcəsi, məktəblər və rayonlar üzrə müəllimlərin peşə-ixtisas səviyyəsi və profili ilə bağlı məlumatları tapmaq mümkün deyil.

Tədqiqatın müəlliflərindən biri Azər Mehtiyev deyir ki, hətta informasiya sorğuları əsasında belə məlumatları əldə etmək vətəndaş cəmiyyəti institutlarına da müyəssər olmur:

"Orta məktəblərdə ailələrin ianələri hesabına fondlar yaradılır, amma əksər hallarda həmin fondların istifadəsi barədə valideynlərə hesabat verilmir. Direktorlar məktəbin nə tədris, nə maliyyə fəaliyyəti barədə ictimaiyyətə, yaxud pedaqoji heyətə hesabat verir. Təhsil Nazirliyinin özünün hesabatları formal xarakter daşıyır və orta təhsil sisteminə effektiv ictimai nəzarətin təmin olunmasına imkan vermir.

Yuxarıda qeyd olunan məlumatlardan hər hansına nazirliyin yüzlərlə səhifədən ibarət çoxlu sayda hesabatlarında rast gəlmək mümkünsüzdür. Əksinə, son illərdə TN saytında məlumatların əlçatanlığının məhdudlaşmasına yönəlik bəzi dəyişikliklər edilib. Məsələn, hər il məktəb tikintisinə ayrılan vəsaitlərin rayonlar və məktəblər üzrə bölgüsü artıq 2 ildir saytdan yığışdırılıb. Yaxud 11-ci siniflərdə təşkil olunan mərkəzləşdirilmiş imtahanların nəticələri 2008-ci ildə həm məktəblər, həm fənlər üzrə təqdim olunmuşdu. Amma sonrakı il üzrə imtahanların nəticələrinə dair hesabatda nazirlik ayrı-ayrı məktəblərdə şagirdlərin imtahanda iştirak və imtahandan kəsilmə faizini əks etdirməklə kifayətlənib, hər bir məktəbin şagirdlərinin ayrı-ayrı fənlər üzrə əldə etdiyi nəticələr hesabatdan çıxarılıb".

Halbuki TQDK ali məktəblərə qəbulun nəticələrini bu prinsip əsasında dərc edir və bu cür unifikasiya olunmuş statistika eyni məktəbin hər iki imtahanda göstərdiyi nəticələri müqayisə etməyə imkan verirdi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Müsavatçı gənclər etiraz aksiyasına hazırlaşır

Məhkəmə barışıqla başa çatdı

Qaliblər ali məktəblərə imtahansız qəbul olunacaq

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək

"Borçalı dünən, bu gün və sabah"

Bölmənin digər xəbərləri
 
Doktoranturaya qəbula aydınlıq gəlir
Bəzi imtahanları mərkəzləşdirilmiş qaydada AMEA-da aparılacaq

Avtomobil yollarının kanalizasiya dərdi
Yağıntılar isə əsl üzünü bu yaxınlarda göstərəcək

Təranə Şərifova: "Məktəbə universitetə hazırlıq mərhələsi kimi baxacağıqsa, problemlər qalacaq"
Qərb məktəblərində keyfiyyətli vətəndaş, bizdə isə universitet tələbəsi yetişdirilir

20 Yanvar şəhidlərini anma mərasimləri başlanır
Təhsil nazirinin əmrinə əsasən, bu mərasimlər on gün sürəcək



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər