Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Qadın polislərə əlavə hüquqlar verildi
Qadın polislərə əlavə hüquqlar verildi
Bu addım müsbət qiymətləndirilir
Cümə, 31.12.2010


F.Əliyeva
mətn ölçüsü  

Parlamentin dünənki iclasında "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə əlavələr edildi. Dəyişikliklərə görə, qadın polis əməkdaşları hamiləlik və doğuşa görə ödənişli, uşağın 3 yaşı tamam olanadək ona bilavasitə qulluq etmək üçün qismən ödənişli sosial, habelə həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyi olan uşağa qulluq etmək üçün 4 yaşına çatanadək əlavə ödənişsiz məzuniyyət almaq hüququna malikdir. Bu məzuniyyətlər doğuşdan 70 gün əvvəl və doğuşdan 56 təqvim günü müddətində verilir.

Məsələ ilə bağlı çıxış edən Çingiz Qənizadə qadınlara qarşı bu cür humanist addımı müsbət qiymətləndirdi: "Amma layihəyə görə, 4 yaşına qədər ananın uşağa qulluq üçün işləməməsi və staja hesablanması ananın öz arzusu ilə deyil, həkim rəyi əsasında ola bilər. Fikrimcə, bu aradakı 1 illik müddətdə qadın üçün olan digər imtiyazları da özündə saxlamalıdır".

Layihə ilə bağlı sualları cavablandıran Əli Hüseynli bildirdi ki, əslində, bu müddəalar Əmək Məcəlləsində var və təcrübədə tətbiq edilir: "Qadın polis əməkdaşları pensiyaya çıxanda bu 3-4 illik stajdan faydalana bilirlər. Sadəcə, qanunverici müddəaları tətbiq edən sosial orqanlar sahə qanununa müraciət edirlər. Ona görə də bu müddəanı "AR daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə salmağa ehtiyac yarandı".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
AMEA vitse-prezidenti:
"Doktoranturaya qəbul iki dəfə aparıla bilər"

Onun Azərbaycan elmi üçün xidmətləri danılmazdır
Cəmil Quliyevin 100-dən çox əsəri nəşr olunub

Dam.az saytının jurnalist şəbəkəsi böyüyür
27 ölkədə azərbaycanlılar tərəfindən idarə edilən 64 KİV var

Dünya azərbaycanlılarının növbəti qurultayının vaxtı müəyyən edilib
Martın birinci yarısı - Bakıda

Hüquq müdafiəçiləri əfv fərmanından razı qalmayıblar
Onların fikrincə əhatə geniş olmalı idi

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 23 qəzetə yardım ayırıb
Yardımın ümumi həcmi 596 min manat təşkil edib

Məmurları qiymətləndirməyə yeni üsul
Bu - gələn ildən olacaq

Müsavatçı müəllim və arvadı aclığa başlayıb
Səbəb - müəllim və onun müəllim oğlu işdən qovulub

Ölkədə "quş qripi" müəyyən edilməyib
Növbəti monitorinq yanvarın 10-da keçiriləcək

Hakimlər üçün - vergi güzəştləri
Qüdrət Həsənquliyev: "Hökumət elə etməlidir ki, insanlar Bakıdan rayonlara axışsın"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər