Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Hüquq müdafiəçiləri əfv fərmanından razı qalmayıblar
Hüquq müdafiəçiləri əfv fərmanından razı qalmayıblar
Onların fikrincə əhatə geniş olmalı idi
Cümə, 31.12.2010


İ.Abbasov
mətn ölçüsü  

"Prezident İlham Əliyevin imzaladığı son əfv fərmanı da Azərbaycanda siyasi məhbuslar problemini həll etmir". "Turan"ın məlumatına görə, azərbaycanlı hüquq müdafiəçiləri bu fikirdədir.

Qanunçuluq və İnsan Hüquqlarına Riayət Edilməsi Bürosunun rəhbəri Səidə Qocamanlı deyib ki, hüquq müdafiə təşkilatlarının monitorinq qrupunun siyahısından üç nəfər - Rövşən Yusifov (keçmiş baş nazir Surət Hüseynovun işi üzrə keçib) və XTPD-nin keçmiş iki üzvü - Rövşən Əliyev və Mənsur Quliyev əfv olunub. Onların hər ikisi bir neçə il əvvəl 1990-cı illər hadisələrinə bağlılıqda ittiham olunaraq həbs ediliblər.

Jurnalist Eynulla Fətullayevin siyahıya daxil edilmədiyinə gəlincə, S.Qocamanlı ümidvar olduğunu bildirib ki, Fətullayevin adı Novruz bayramında əfv olunacaq şəxslərin siyahısında olacaq. Qocamanlının sözlərinə görə, həbsxanalarda hələ daha 20 siyasi məhbus var.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə deyib ki, indiki fərman siyasi məhbuslar problemini həll etmədi. Onun fikrincə, "qızıl amnistiya" elan etməklə problemi köklü həll etmək olar. "Bu zaman təkcə siyasi məhbusları deyil, səhv iş tutan digərlərini də azad etmək olardı", - deyə M.Qəhrəmanlı vurğulayıb.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus bildirib ki, Hüquq Müdafiə Təşkilatları Federasiyasının siyahısından yalnız bir siyasi məhbus - Rövşən Əliyev azad edilib. Həbsxanalarda ən azı 50 siyasi məhbus da var.

L.Yunus təəssüflə bildirib ki, əfv olunanlar arasında mübahisəsiz siyasi məhbuslar - Ruslan Bəşirli və Eynulla Fətullayev yoxdur. "Bəşirli 7 illik cəza müddətinin 5 ildən çoxunu çəkib. Fətullayev isə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına zidd olaraq həbsdə saxlanır", - deyə qeyd edən L.Yunus siyasi məhbusların sayına gəlincə, deyib ki, onların sayı azalmır, çünki əfv olunan və cəzasını çəkənlərin yerinə yeniləri gəlir.

Qeyd edək ki, dekabrın 29-da prezident İlham Əliyev 92 məhbusun əfv olunması barədə fərman imzalayıb. Fərmana əsasən, 71 nəfər həbs cəzasından azad edilib. Bir məhbus şərti cəzadan azad edilib.

Eyni zamanda, azadlığın məhdudlaşdırılması kimi cəza çəkən 15 nəfər əfv edilib. Daha 5 nəfər isə pul cəriməsindən azad olunub.

Azad olunanlar arasında 4 nəfər Banqladeş, 2 Pakistan, 2 Əfqanıstan vətəndaşı var. Əfv olunanların arasında siyasi məhbus yoxdur. Onların əksəriyyəti 2008-2009-cu illərdə mühakimə edilənlərdir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Qarabağ həqiqətləri" adlı xüsusi buraxılış

Müxalifət "Siyasi partiyalar haqqında" yeni qanundan əlini üzüb

"Cırtdan partiyalar" paradı, yoxsa...

NATO ilə bağlı prioritetlər dəyişib?

Seçkilərdə şəffaflıq qorunacaq

Bölmənin digər xəbərləri
 
AMEA vitse-prezidenti:
"Doktoranturaya qəbul iki dəfə aparıla bilər"

Onun Azərbaycan elmi üçün xidmətləri danılmazdır
Cəmil Quliyevin 100-dən çox əsəri nəşr olunub

Dam.az saytının jurnalist şəbəkəsi böyüyür
27 ölkədə azərbaycanlılar tərəfindən idarə edilən 64 KİV var

Dünya azərbaycanlılarının növbəti qurultayının vaxtı müəyyən edilib
Martın birinci yarısı - Bakıda

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 23 qəzetə yardım ayırıb
Yardımın ümumi həcmi 596 min manat təşkil edib

Məmurları qiymətləndirməyə yeni üsul
Bu - gələn ildən olacaq

Müsavatçı müəllim və arvadı aclığa başlayıb
Səbəb - müəllim və onun müəllim oğlu işdən qovulub

Qadın polislərə əlavə hüquqlar verildi
Bu addım müsbət qiymətləndirilir

Ölkədə "quş qripi" müəyyən edilməyib
Növbəti monitorinq yanvarın 10-da keçiriləcək

Hakimlər üçün - vergi güzəştləri
Qüdrət Həsənquliyev: "Hökumət elə etməlidir ki, insanlar Bakıdan rayonlara axışsın"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər