Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Dam.az saytının jurnalist şəbəkəsi böyüyür
27 ölkədə azərbaycanlılar tərəfindən idarə edilən 64 KİV var
Cümə, 31.12.2010

Fərəh mətn ölçüsü  

Müxtəlif ölkələrdə işləyən azərbaycanlı jurnalistləri ilk dəfə olaraq Dam.az (Dünya Azərbaycan Mediası) saytı bir araya gətirdi. "Yeni Nəsil" Jurnalistlər Birliyinin təşəbbüsü ilə yaradılan bu saytın əsas məqsədi dünya ölkələrinin media qurumlarında səlahiyyət sahibi olan azərbaycanlı jurnalistləri vahid kommunikasiya şəbəkəsində birləşdirmək idi.

Dam.az saytının yaratdığı jurnalist şəbəkəsinin özəyini dünya azərbaycanlılarının qurduğu, yaxud mühüm mövqe tutduqları media vasitələri təşkil edir. Onlar sırasında müstəqil jurnalist kimi fəaliyyət göstərənləri də az deyil. Saytın yaradılmasına hazırlıq prosesi zamanı dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan media vasitələri müəyyənləşdirilib və onların vahid xəritəsi yaradılıb. İlk olaraq xaricdəki azərbaycanlı media mənsubları və jurnalistlər barədə Diaspor ilə iş üzrə komitənin, jurnalist təşkilatlarının malik olduqları informasiya toplanıb. Nəticədə 450 ünvanlıq bir siyahı alınıb. Lakin sonradan bəlli oldu ki, bu ünvanların 55 faizi artıq mövcud deyil.

Hazırda Dam.az saytında "Xaricdəki azərbaycanlı media mənsublarının və jurnalistlərin informasiya bankı" yaradılıb. Bu məlumatlara çıxmaq üçün Dam.az saytındakı xəritədə istənilən ölkənin üzərinə basmaq lazımdır. Burada 27 ölkədə azərbaycanlılar tərəfindən idarə olunan 64 KİV və 40 fəal azərbaycanlı jurnalist barədə informasiya daxil edilib. Ümumilikdə isə şəbəkəyə 300-ə yaxın media mənsubunun məlumatları daxil edilib. Xəritədəki məlumatlar daim yenilənir.

Dam.az-ın şəbəkəsində birləşən azərbaycanlı jurnalistlər hər ay saytın təşkil etdiyi forumların mövzusu ilə bağlı müzakirələr aparırlar. Sayta dünyada yaşayan azərbaycanlılar üçün maraqlı ola biləcək informasiyalar yerləşdirilir. Bundan əlavə, hər həftə tanınmış ictimai, siyasi xadim saytın qonağı olur və onlardan alınan video-müsahibələr sayta yerləşdirilir. Bu vaxta qədər millət vəkili Rasim Musabəyov, siyasi xadim Eldar Namazov, politoloq Hikmət Hacızadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyevlə video müsahibələr qoyulub. Avrointeqrasiya məsələləri üzrə ekspert Vahid Qazi, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, İsveçdə yaşayan soydaşımız, tanınmış rejissor Rahim Sadıqbəyli ilə video müsahibələr sayt izləyiciləri tərəfindən daha çox maraqla qarşılanıb. Dam.az-da azərbaycanlı jurnalistlərin xaricə səfərlərinə dair fotomateriallar yenilənir.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
AMEA vitse-prezidenti:
"Doktoranturaya qəbul iki dəfə aparıla bilər"

Onun Azərbaycan elmi üçün xidmətləri danılmazdır
Cəmil Quliyevin 100-dən çox əsəri nəşr olunub

Dünya azərbaycanlılarının növbəti qurultayının vaxtı müəyyən edilib
Martın birinci yarısı - Bakıda

Hüquq müdafiəçiləri əfv fərmanından razı qalmayıblar
Onların fikrincə əhatə geniş olmalı idi

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 23 qəzetə yardım ayırıb
Yardımın ümumi həcmi 596 min manat təşkil edib

Məmurları qiymətləndirməyə yeni üsul
Bu - gələn ildən olacaq

Müsavatçı müəllim və arvadı aclığa başlayıb
Səbəb - müəllim və onun müəllim oğlu işdən qovulub

Qadın polislərə əlavə hüquqlar verildi
Bu addım müsbət qiymətləndirilir

Ölkədə "quş qripi" müəyyən edilməyib
Növbəti monitorinq yanvarın 10-da keçiriləcək

Hakimlər üçün - vergi güzəştləri
Qüdrət Həsənquliyev: "Hökumət elə etməlidir ki, insanlar Bakıdan rayonlara axışsın"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər