Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Xəbərlər  
 
 
Onun Azərbaycan elmi üçün xidmətləri danılmazdır
Onun Azərbaycan elmi üçün xidmətləri danılmazdır
Cəmil Quliyevin 100-dən çox əsəri nəşr olunub
Cümə, 31.12.2010

mətn ölçüsü  

Görkəmli tarixçi alim, akademik Cəmil Quliyev dekabrın 27-də 83 yaşında vəfat edib. Mərhumla vida mərasimi onun bir zamanlar çalışdığı Azərbaycan Ensiklopediyasının binasında keçirildi. Vida mərasimində çıxış edən AMEA prezidenti Mahmud Kərimov onun vəfatını Azərbaycan elmi üçün ağır itki adlandırıb. M.Kərimov C.Quliyevin Azərbaycan elminə xidmətlərindən danışıb və onun həyat yolundan söz açıb.

AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov isə Cəmil Quliyevin mərd insan olduğunu və heç bir çətinlikdən qorxmadığını bildirib: "Onun Azərbaycan elmi üçün xidmətləri danılmazdır. Bu gün hər birimiz onunla son dəfə görüşürük. Cəmil Quliyev insanlığı ilə də hər zaman öndə olmağı bacarıb. Bu gün tək Azərbaycan elmi üçün deyil, bütün xalqımız üçün ağır bir gündür". Vida mərasimi başa çatdıqdan sonra mərhum II Fəxri Xiyabanda dəfn olunub.

Cəmil Bahadur oğlu Quliyev 1927-ci ildə Şuşa şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb. 100-dən çox elmi əsəri nəşr olunub. Bakı Dövlət Universitetinin müəllimi, professoru (1952-1972), rektoru (1989-1990), Partiya Tarixi İnstitutunda elmi işlər üzrə direktor müavini (1958-1972), Azərbaycan SSR EA-nın Tarix İnstitutunun direktoru (eyni zamanda Azərbaycan Sovet Ensiklopediyasının baş redaktoru və EA vitse-prezidenti vəzifəsini icra edən (1972-1978), Azərbaycan SSR EA-nın vitse-prezidenti (1981-1990), AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi (1997-2001), "Naxçıvan Ensiklopediyası"nın redaktoru (1999-2002), AMEA Rəyasət Heyətinin üzvü (2001-2007) olub.

1972-ci ildə EA-nın müxbir üzvü, 1980-ci ildə isə hüquqi üzvü seçilib. Tarix elmləri doktoru, professor, dövlət mükafatı laureatı (1974), əməkdar elm xadimi (1979) idi. "Şöhrət" ordeni ilə təltif edilib (2000).



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Kino ensiklopediyasının hazırlıqları başa çatır

Bölmənin digər xəbərləri
 
AMEA vitse-prezidenti:
"Doktoranturaya qəbul iki dəfə aparıla bilər"

Dam.az saytının jurnalist şəbəkəsi böyüyür
27 ölkədə azərbaycanlılar tərəfindən idarə edilən 64 KİV var

Dünya azərbaycanlılarının növbəti qurultayının vaxtı müəyyən edilib
Martın birinci yarısı - Bakıda

Hüquq müdafiəçiləri əfv fərmanından razı qalmayıblar
Onların fikrincə əhatə geniş olmalı idi

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu 23 qəzetə yardım ayırıb
Yardımın ümumi həcmi 596 min manat təşkil edib

Məmurları qiymətləndirməyə yeni üsul
Bu - gələn ildən olacaq

Müsavatçı müəllim və arvadı aclığa başlayıb
Səbəb - müəllim və onun müəllim oğlu işdən qovulub

Qadın polislərə əlavə hüquqlar verildi
Bu addım müsbət qiymətləndirilir

Ölkədə "quş qripi" müəyyən edilməyib
Növbəti monitorinq yanvarın 10-da keçiriləcək

Hakimlər üçün - vergi güzəştləri
Qüdrət Həsənquliyev: "Hökumət elə etməlidir ki, insanlar Bakıdan rayonlara axışsın"



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər