![]() |
çap et |
|
|||
2010-cu ilin son günlərində, dekabrın 29-da ABŞ prezidenti Barak Obama Senatın işində fasilə yarandığı üçün öz sərəncamı ilə Metyu Brayzanı Azərbaycana səfir təyin edib. Senat artıq necə aydır ki, onun təsdiqlənməsinə mane olurdu və Azərbaycanda səfir yeri boş qalırdı.
Brayza karyeralı diplomatdır və Dövlət Departamentində, ABŞ-ın xaricdəki nümayəndəliklərində yüksək vəzifəli postlar tutub. Bu barədə Ağ evin Azərbaycana səfir təyinatı ilə bağlı yayılan məlumatında deyilir. Məlumatda həmçinin bildirilib ki, Obama ABŞ-ın Türkiyədə, Suriyada və Çexiyada səfirlərini təyin edib. Belə ki, onlar da Senatda təsdiq olunmalarını gözləyirdilər. ![]() Bu kimi təyinatlar Senatın işində fasilə olduğu halda mümkündür. İndiki halda təyinatlar bir il ərzində qüvvədə olacaq. Bu müddətdə səfirlərin namizədlikləri təkrarən Senatın təsdiqinə çıxarıla bilər. Bunu "Turan"a Senatdakı mənbə deyib. Dekabrın 23-də ABŞ Senatı Metyu Brayzanın namizədliyi daxil olmaqla, təsdiqlənməmiş səfirlərin namizədliklərinə dair sənədləri Ağ evə qaytarmışdı. "Başqa namizədlər kimi, Brayzanın da namizədliyi Senatın iş təqvimində qalır və təsdiqlənməyənlərin sənədləri ölkə prezidentinə qaytarılacaq. Bütün bu işlər gələn il Senatın yeni heyətinə təqdim olunacaq", - deyə ABŞ Senatından şərhdə bildirilirdi. Metyu Brayza bu ilin mayında ABŞ prezidenti tərəfindən Azərbaycana səfir təyin olunub. Senatda onun təsdiqlənmə proseduru Brayzanı Azərbaycanpərəst mövqedə və Azərbaycan hökuməti ilə əlaqələrdə ittiham edən erməni lobbisinin əngəl törətməsi üzündən çətinə keçib və uzun vaxt aparıb. Lakin buna baxmayaraq, Senatın Xarici Məsələlər üzrə Komitəsi Brayzanın namizədliyini təsdiqləmişdi. Ancaq məsələ Senatın ümumi heyətində səsverməyə çıxarılmamışdı. ABŞ-ın isə Azərbaycandakı səfir postu bir il yarımdan artıqdır boş qalırdı. Brayzanın Milad bayramından sonra Bakıya gələcəyi gözlənilir. |