Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Brayza, nəhayət, Azərbaycana səfir gəlir
Brayza, nəhayət, Azərbaycana səfir gəlir
Prezidentin bu təyinatı bir il qüvvədə qalacaq. Sonra yenidən Senatda təsdiqlənməlidir
Cümə, 31.12.2010

İdrak mətn ölçüsü  

2010-cu ilin son günlərində, dekabrın 29-da ABŞ prezidenti Barak Obama Senatın işində fasilə yarandığı üçün öz sərəncamı ilə Metyu Brayzanı Azərbaycana səfir təyin edib. Senat artıq necə aydır ki, onun təsdiqlənməsinə mane olurdu və Azərbaycanda səfir yeri boş qalırdı.

Brayza karyeralı diplomatdır və Dövlət Departamentində, ABŞ-ın xaricdəki nümayəndəliklərində yüksək vəzifəli postlar tutub. Bu barədə Ağ evin Azərbaycana səfir təyinatı ilə bağlı yayılan məlumatında deyilir. Məlumatda həmçinin bildirilib ki, Obama ABŞ-ın Türkiyədə, Suriyada və Çexiyada səfirlərini təyin edib. Belə ki, onlar da Senatda təsdiq olunmalarını gözləyirdilər.

Bu kimi təyinatlar Senatın işində fasilə olduğu halda mümkündür. İndiki halda təyinatlar bir il ərzində qüvvədə olacaq. Bu müddətdə səfirlərin namizədlikləri təkrarən Senatın təsdiqinə çıxarıla bilər. Bunu "Turan"a Senatdakı mənbə deyib.

Dekabrın 23-də ABŞ Senatı Metyu Brayzanın namizədliyi daxil olmaqla, təsdiqlənməmiş səfirlərin namizədliklərinə dair sənədləri Ağ evə qaytarmışdı. "Başqa namizədlər kimi, Brayzanın da namizədliyi Senatın iş təqvimində qalır və təsdiqlənməyənlərin sənədləri ölkə prezidentinə qaytarılacaq. Bütün bu işlər gələn il Senatın yeni heyətinə təqdim olunacaq", - deyə ABŞ Senatından şərhdə bildirilirdi.

Metyu Brayza bu ilin mayında ABŞ prezidenti tərəfindən Azərbaycana səfir təyin olunub. Senatda onun təsdiqlənmə proseduru Brayzanı Azərbaycanpərəst mövqedə və Azərbaycan hökuməti ilə əlaqələrdə ittiham edən erməni lobbisinin əngəl törətməsi üzündən çətinə keçib və uzun vaxt aparıb.

Lakin buna baxmayaraq, Senatın Xarici Məsələlər üzrə Komitəsi Brayzanın namizədliyini təsdiqləmişdi. Ancaq məsələ Senatın ümumi heyətində səsverməyə çıxarılmamışdı. ABŞ-ın isə Azərbaycandakı səfir postu bir il yarımdan artıqdır boş qalırdı.

Brayzanın Milad bayramından sonra Bakıya gələcəyi gözlənilir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Türkiyə səfirliyi qarşısında aksiya

Vladimir Doroxin: "Bakı şəhəri və Bakı nefti olmadan...

Səfirlərin Xankəndi-İrəvan-Bakı turnesi

ABŞ Senatı Ermənistana maliyyə yardımını azaltdı

ABŞ Senatında "Nabucco" layihəsi üzrə dinləmələr keçirilib

Bölmənin digər xəbərləri
 
Xaricdə yaşayan soydaşlar birliyə çağırıldı
Milli Məclisdən həmrəylik müraciəti

Bişkekdə səfirlik açılacaq
Bu barədə prezidentlər İstanbulda razılaşıblar

Cavaxetiyada ermənilərə bir söz deyə bilmirlər
Amma Borçalıda hər nömrə işə salınır

Bölünmənin Kölgəsində Həmrəylik
Olmayan Həmrəylik Bayramımız mübarək olsun!

İran parlamentinin deputatları danışdı
Deyilir ki, "İran Qarabağ məsələsinin həllində çox maraqlıdır"

Növbəti sakit, qalmaqalsız bir iclas
Qanun qəbul edildi, amma onun barəsində kimsə bir söz demədi

İlin hərbi yekunları
NATO-dan aralanma, Rusiyaya yaxınlaşma nə vəd edir?



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər