Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Növbəti sakit, qalmaqalsız bir iclas
Növbəti sakit, qalmaqalsız bir iclas
Qanun qəbul edildi, amma onun barəsində kimsə bir söz demədi
Cümə, 31.12.2010

Fərəh Sabirqizi mətn ölçüsü  

Dördüncü çağırış Milli Məclis ilk sessiyasını yekunlaşdırdı. Son parlament seçkilərindən sonra növbəti sakit, qalmaqalsız bir iclas keçdi. Hər kəsin yekdilliklə hər məsələdən razı qaldığı, bütün sənədlərə yekdilliklə səs verildiyi növbəti bir iclasdan sonra deputatlar tətilə çıxdılar.

Son iclasın gündəliyinə bir neçə qanun layihəsinə dəyişiklik və əlavələrlə bağlı məsələlər salınmışdı. Spiker Oqtay Əsədov cari məsələlərə vaxt ayırmadan birbaşa gündəliyin müzakirəsinin başlandığını elan etdi. İlk məsələ "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı idi. Bu barədə MM hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dediyinə görə, dəyişikliyə əsasən bundan sonra əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Azərbaycan ərazisində müvəqqəti və ya da daimi yaşamaq üçün icazə vəsiqəsi, müvəqqəti olma müddətinin uzadılması barədə qərar, AR qaçqın statusu almış şəxslərə Qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi üçün də rüsum tutulacaq. Qanunun 14-cü maddəsinə edilən dəyişikliyə görə, AR-da qaçqın statusu almış şəxslərə qaçqın vəsiqəsi və Yol sənədinin verilməsi üçün 5 manat məbləğində rüsum müəyyənləşdirilir.

ABŞ bizə qarşı siyasətinə yenidən baxmalıdır

Amma çıxışa yazılan bir neçə deputat bu sənədin mahiyyətindən danışmadı. Onların demək olar hamısı Oğuz-Qəbələ su kəmərinin açılması ilə bağlı fikirlərini bildirib bu hadisəni bayram kimi qiymətləndirdilər. Qüdrət Həsənquliyev bu məsələ ilə yanaşı, öz çıxışında həm də ABŞ hökumətinin Azərbaycana səfir təyin etmədiyindən danışdı. Deputat ümid etdiyini bildirdi ki, ABŞ Cənubi Qafqazdakı siyasətinə yenidən baxacaq: "Türkiyə və Azərbaycana təzyiq etmək əvəzinə, təcavüzkar Ermənistana təzyiq etməlidir ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun".

Xaricə qaz veririk, Bakının mərkəzində qaz tapılmır

Həsənquliyev hökuməti mənzil bazarındakı qanunsuzluqlara diqqət yetirməyə də çağırdı: "Yeni tikilən binada bir mənzili 5-6 adama satırlar. 4-5 ildir yeni evlərə köçən sakinlərə qaz verilmir. Biz xarici ölkələrə qaz veririk. Amma Bakının mərkəzində insanlar qazsız qalıb. Bu cür güclü dövlətik, amma mənzil bazarında belə özbaşınalıqlar hökm sürür.

REKLAM

Nə vaxt hökumət bu sahəyə diqqət yetirəcək?"

Deputatın fikrincə, bu məsələlərə görə məsuliyyət daşıyan məmurlar parlamentə dəvət olunmalı və onlardan öhdəliklərinin yerinə yetirilməsi tələb edilməlidir.

Heç kim ev aldığı şirkətlə pis olmaq istəmir

Spiker Oqtay Əsədov yeni tikilən binalarla bağlı məsuliyyəti məmurların yox, binanı tikən sahibkarların daşıdığını dedi: "Özəl şirkətlər evləri satır, müqavilə bağlayır. Amma qaz, su məsələləri qalır. Əfsuslar olsun ki, bu binada yaşayan insanlar ancaq İH və dövlətə müraciət edirlər. Bu şirkətləri məhkəməyə versinlər. Heç kim ev aldığı şirkətlə pis olmaq istəmir, hökumətə şikayət edir. Əgər müqavilə varsa, qaz-su da olmalıdır. Kimsə fırıldaqçılıq edirsə, qanun qarşısında cavab verməlidir. Buna Milli Məclis neyləsin?"

Fazil Mustafa 4 kateqoriya insanların xüsusi diqqətə ehtiyacı olduğunu vurğuladı. Bunlar sırasında məcburi köçkünlər, xaricdə miqrasiyada, Naxçıvanda yaşayanlarla yanaşı, Gürcüstanda yaşayan azərbaycanlıların da adını çəkdi: "Bunlar da bizimlə eyni qandan, eyni kökdən gələn insanlardır. Amma bəzən onların qarışıq nikahlardan olan uşaqlarının vətəndaşlıq alması ilə bağlı problem yaranır. Məhkəməyə verilən sənədləri də qəbul etmirlər ki, bu məsələdə nəticə əldə olunmayacaq. Heç olmasa elə bir yol tapmaq lazımdır ki, bəzi insanların hüquqlarını qorumaq mümkün olsun. Bunun bir formasını tapıb tətbiq eləmək lazımdır. Düzdür, ordan axının qarşısını almaq lazımdır. Amma ayrı-ayrı insanların hüquqlarının pozulması ilə bağlı halların sayı da çoxdur".

Oqtay Əsədov isə bunu "mürəkkəb məsələ" adlandırdı. Bu cür güzəştlərin tətbiq ediləcəyi təqdirdə digər ölkələrdə yaşayan azərbaycanlıların da ondan yararlanmaq istəyəcəyini dedi.

YAP-ın təmsilçisi Səyavuş Novruzov isə həmkarların diqqətini bir gün əvvəl Gülüstan sarayında keçirilən təqdimata yönəltdi. O, prezident İlham Əliyevin "Jurnalistlərin dostu" mükafatına layiq görülməsini "böyük hadisə" adlandırdı. Deputat bildirdi ki, prezident mətbuat orqanları üçün yubileylər keçirilməsindən tutmuş, işçiləri üçün ev tikilməsinə qədər söz azadlığının inkişafı üçün çox işlər görür.

Belə getsə, İran və Gürcüstanda azərbaycanlı qalmaz

Gürcüstandakı azərbaycanlılara vətəndaşlıq verilməsi məsələsinə gəlincə, S.Novruzov ordakı soydaşlarımızı yerli cəmiyyətə inteqrasiyaya can atmamaqda ittiham etdi: "Özlərinə əziyyət vermək istəmirlər, dil kurslarına getmir, çıxıb bura gəlirlər. Belə getsə, nə İranda, nə də Gürcüstanda azərbaycanlı qalmaz".

YAP-çı deputat həm də məktəblərdə hicabın qadağası ilə bağlı məsələdən danışdı. Qeyd etdi ki, dünyanın hər yerində məktəbli forması var: "Oksforddan tutmuş, türk liseylərinə kimi hər məktəbin forması olur. Məktəbli forması ilə əlaqədar aidiyyətli strukturların verdiyi qərar tamamilə uyğundur".

Oqtay Əsədov bu çıxışdan sonra müzakirələri saxladı. O, Yeni il bayramı qabağı heç kimin sözünü kəsmək istəmədiyini desə də, buna məcbur olduğunu bəyan etdi: "Hərə bir çıxış elədi, başqa məsələlərdən danışdı. Heç kim dövlət rüsumu haqqında qanundan danışmadı. Yeni il qabağı heç kimin səsini kəsmək istəmirəm. Ona görə də xahiş edirəm, məsələ ilə bağlı danışacaqsızsa, söz verim". Amma heç kim bu məsələyə münasibət bildirmək istəmədiyindən, qanun layihəsi səsə qoyulub qəbul edildi.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Ümumvətəndaşlıq pasportlarının qiyməti 40 AZN

Parlament bu illik işini bitirdi

Parlamentdə yenə də söyüş səsləndi

Seçki Məcəlləsi dəyişildi

Spiker seçkilərin şəffaf və azad keçiriləcəyini deyir

Bölmənin digər xəbərləri
 
Xaricdə yaşayan soydaşlar birliyə çağırıldı
Milli Məclisdən həmrəylik müraciəti

Bişkekdə səfirlik açılacaq
Bu barədə prezidentlər İstanbulda razılaşıblar

Cavaxetiyada ermənilərə bir söz deyə bilmirlər
Amma Borçalıda hər nömrə işə salınır

Bölünmənin Kölgəsində Həmrəylik
Olmayan Həmrəylik Bayramımız mübarək olsun!

İran parlamentinin deputatları danışdı
Deyilir ki, "İran Qarabağ məsələsinin həllində çox maraqlıdır"

İlin hərbi yekunları
NATO-dan aralanma, Rusiyaya yaxınlaşma nə vəd edir?

Brayza, nəhayət, Azərbaycana səfir gəlir
Prezidentin bu təyinatı bir il qüvvədə qalacaq. Sonra yenidən Senatda təsdiqlənməlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər