Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Bölünmənin Kölgəsində Həmrəylik
Olmayan Həmrəylik Bayramımız mübarək olsun!
Cümə, 31.12.2010


Bülənt Gürçəm
mətn ölçüsü  

Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycanın müstəqiliiyə qovuşduğu ilk illərdə milli liderimizin uzaqgörən siyasətinin əsası olaraq həyatımıza girmişdi, gərək ki, Azərbaycan inkişaf etdikcə, gücləndikcə bu birlik də eyni şəkildə inkişaf edib güclənəydi, qüvvətlənəydi, ancaq olmadı, ola bilmədi, olmasına icazə verilmədi. Bilirsiz, mən hər il bu günlərdə eyni narahatlıqla sitəm dolu yazı yazıram, bu işdə günahı olanları açıq-açığa aşkar edirəm, amma deyəcəksiz dəyişən nəsə varmı?! Yox, heç nə dəyişmir, əksinə, tam da pozulma davam edir.

Gəlin indi bu gözəl və anlamlı bayramımız ərəfəsində bu parçalanmanın, bu dağılmanın əsl səbəblərinə bir daha göz ataq, ya da xatırlayaq. Əslində mən Azərbaycan diasporunda bu işi ilk bilən, ya da ilk narahat olan deyiləm, amma bunu ilk deyənəm və axıra qədər də deyəcəm. Gəlin bir az keçmişə qayıdaq, keçmiş deyəndə çox da gerilərə getməyi uyğun görmürəm, 70-ci illərə qayıdaq. Azərbaycan Sovetlər Birliyinə tabe bir ölkədir, səs-səda çıxmır, heç bir düzgün məlumatımız yoxdur, qulaqlarımızla eşitdiyimiz informasiyalarla kifayətlənirdik. Azərbaycanın müstəqilliyə qovuşması üçün mübarizə aparan bir neçə xırda dərnək və o dərnəklərin ətrafına toplaşan bir ovuc İğdırlı gənc insan var idi. Türkiyə çox çətin şərtlər altındadır, yağ, şəkər talonla satılır, imkansızlıq baş alıb gedir, bir yandan daxili savaş addım-addım Türkiyədə hiss edilir, amma bir qism insan bu zor şərtlərdə Azərbaycanın müstəqilliyi üçün mübarizə aparırdı. Bəli, vəziyyət eynən belədir. Bu bir qism insanların adını da çəkmək mümkündür, çoxu yaşayır hal-hazırda. O zaman nə DAK, nə də DAK-lar var idi. Güney azərbaycanlı həmvətənlərimiz də yaşadıqları ölkənin siyasi vəziyyətinin ağır olması və rejim dəyişikliyi səbəbiylə hər biri bir yana dağılıb, ölkə daxilində qalanların isə qohumlarının güvəndə olmaları üçün səsləri tamamilə kəsilirdi. Heç kim bunun əks tərəfini deyə bilməz ki, Azərbaycan diasporu dünyada təməli İğdırdan köçən, əslən azəri türkü olan bir ovuc insanın məhdud gücüylə ayaqda durub. Sonra nə oldu? Azərbaycanımız müstəqilliyə qovuşdu, milli liderimiz 1991-ci ildə Naxçıvandan 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq tarixin səhifələrinə qatdı. Müstəqil Azərbaycanımızın səfirlikləri açılmağa başladı, bəli, elə ilk bölünmənin və parçalanmanın təməlləri də elə o günlərdə atıldı. Harda bir səfirlik açıldısa, o ölkədə, baxmayaraq ki, diaspor təşkilatları vardı, səfirliklər bir-birinin ardınca yeni dərnəklər və diaspor təşkilatları yaratmağa başladı, bir ovuc insanımızın zor yığıldığı dərnəklərimiz parçalanıb üç-beş oldu və hər kəs təkbaşına bir dərnək yaratdı. Sonra nə oldu? Xaricdə yaşayan azərbaycanlılarla bağlı komitə yarandı, çox sevindik, inşallah bölünmənin qarşısı alınacaq deyərkən, əsas bölünmə elə bu dövrdə daha da ciddi hiss edildi. Dərnəklərimiz özlərini çox çətinliklə idarə edərkən, hələ dərnəkçilik tam formalaşmamışkən konqreslər, Avropa mərkəzləri, dünya azərbaycanlıları, bilmirəm daha nələr yaradıldı. Boş hərflərin arxasında bir Azərbaycan diasporu yaradıldı. Baxın, bu gün onun ağrı-acısını çəkirik. İndi isə nəinki ölkələrdə, hətta şəhərlərdə belə konqreslər yaradılır, yerindən qalxan bir ovuc insan Azərbaycan konqresi adı altında nə isə planlaşdırır. Əsas problemimiz qalıb kənarda, ad arxasınca düşüblər. Qatılmadıq, qatılmayacağıq, gücümüz yetdikcə bu süni sistemin qarşısında olacağıq. Çünki indiyə kimi görülən işlərin heç birindən düzgün bir xidmət görmədik. Üç-beş insanın qurduğu qurumlara kəsinliklə üzv olmayacağıq.

Belçika Azərbaycan Evi eyni şəkildə davam edəcək, xidmətimiz göz önündə olacaq.

Olmayan Həmrəylik Bayramımız mübarək olsun!



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İqdır bələdiyyə başqanı tutuldu

Türkiyə-Ermənistan sərhədində Xocalı görüntüləri

İqdır Universitetində erməni dili və ədəbiyyatı bölməsi açılacaq

Vasif Talıbov erməniləri ərköyün uşağa bənzətdi

"Azərbaycan Folkloru və ənənələri" kitabı işıq üzü görüb

Bölmənin digər xəbərləri
 
Xaricdə yaşayan soydaşlar birliyə çağırıldı
Milli Məclisdən həmrəylik müraciəti

Bişkekdə səfirlik açılacaq
Bu barədə prezidentlər İstanbulda razılaşıblar

Cavaxetiyada ermənilərə bir söz deyə bilmirlər
Amma Borçalıda hər nömrə işə salınır

İran parlamentinin deputatları danışdı
Deyilir ki, "İran Qarabağ məsələsinin həllində çox maraqlıdır"

Növbəti sakit, qalmaqalsız bir iclas
Qanun qəbul edildi, amma onun barəsində kimsə bir söz demədi

İlin hərbi yekunları
NATO-dan aralanma, Rusiyaya yaxınlaşma nə vəd edir?

Brayza, nəhayət, Azərbaycana səfir gəlir
Prezidentin bu təyinatı bir il qüvvədə qalacaq. Sonra yenidən Senatda təsdiqlənməlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər