Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasını dəstəkləməyəcəyini bildirən rəsmi Tbilisi bu məsələdə Gürcüstanın mövqeyinin dəyişməz olduğunu bəyan edib. Tbilisi Moskvanı bir-birinə olan bütün iddiaları aradan qaldırmağa və danışıqlar prosesinə başlamağa çağırıb. Bundan başqa Tbilisi bəyan edib ki, sərhədlərin leqallaşdırılması sahəsində Gürcüstanın mövqeyi nəzərə alınacağı təqdirdə məsələ müzakirə predmeti ola bilər.
Lakin Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinin apardığı araşdırmalara əsasən, Tbilisinin bu kimi çağırışlarına məhəl qoymayan Moskva Rusiya - AB və Rusiya-NATO arasında etimad iqlimini yaxşılaşdırmağa nail olub. Bunu ABŞ Prezidenti Barak Obama Rusiyanın ÜTT-nin üzvü olacağını bu yaxınlarda bəyan etməklə nümayiş etdirib. Rusiya-ABŞ münasibətlərinin yaxşılaşması Moskvadan Abxaziya və Cənubi Osetiya ilə sərhədlərdə nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsini tələb edən Gürcüstana mane ola bilər.
Rusiyanın Cavaxetiya rıçağı
Moskva Gürcüstanı yürütdüyü siyasətdən çəkindirmək və öz təsir dairəsində saxlamaq üçün adekvat addımlar atır. Bəzi bilgilərə görə, rəsmi Moskva Gürcüstana qarşı təzyiq vasitəsi kimi Cavaxetiya ermənilərindən yararlanmağı planlaşdırır. Son zamanlar Cavaxetiya ermənilərinin yenidən muxtariyyət tələbi ilə çıxış etməsi Rusiyanın Gürcüstana qarşı təzyiqlərinin işə düşməsinə dəlalət edir. Təbii ki, rəsmi Moskva yerli erməniləri Cavaxetiyada "Daşnaksütyun", "Cavaxk", "Virk" millətçi təşkilatların əli ilə hazırkı hakimiyyətə qarşı təhrik etməklə ölkədə sabitliyi pozmağa çalışır. Bundan başqa Cavax diasporu Gürcüstan Respublikasının konstitusiyasında dəyişiklik edilərək Samsxe-Cavaxeti bölgəsini muxtar vilayət elan edərək "Cavax muxtar vilayəti" adının verilməsini, erməni dilinin bölgə dili olmasını və erməni Apostol kilsəsinə Gürcüstanda hüquqi status verilməsini tələb edir.
Gürcüstan erməniləri Kvemo Kartli (Borçalı) ərazisində xeyli sayda qədim kilsələri də öz adlarına çıxararaq, onları özününküləşdirməyə cəhd edirlər. Məsələn, Arıxlı kəndinin yuxarı hissəsindəki adsız, mənşəyi mübahisəli olan kilsəni təmir etdirən ermənilər ondan istifadə edirlər. Kolayır kəndinin də yaxınlığındakı eyni tipli kilsəni ələ keçirmək üçün çalışan ermənilər hələlik istəklərinə nail ola bilməyiblər. Gürcü qanunlarının təsiri olmayan Cavaxetiya
Ermənilərin kompakt yaşadığı Samsxe-Cavaxetiya bölgəsi de-fakto Ermənistana aid bir ərazi təsiri bağışlayır. Buraya ayağını basan kəs elə zənn edər ki, Gürcüstan deyil, Ermənistan ərazisinə gəlib. Ermənilərin "Gürcüstandan ayrı" olduqlarını göstərmək üçün bütün vasitələrə əl atdıqları aşkar şəkildə görünür. Məsələn, gürcü larisi ilə alver etmək və ya dükanlardan nə isə almaq müşkül məsələdir. Orada ya rus rublu, ya da erməni dramı işləyir. Bundan başqa, dövlət müəssisələri istisna olmaqla, heç bir yerdə gürcü dilində plakatlara və ya reklamlara rast gəlmək mümkün deyil. Əsasən erməni dilində yazılmış həmin plakat və reklamlardan açıq görünür ki, ermənilər Cavaxetiyanı de-fakto Gürcüstandan ayırıblar.
Bir başqa maraqlı fakt da ondan ibarətdir ki, Cavaxetiyada fəaliyyət göstərən QHT-lər də altdan-altdan Gürcüstandan ayrılmağın təbliğatını aparmaqdadır. Erməni diasporu və Ermənistan hakimiyyətindən aldıqları qrantlar hesabına həyata keçirilən bu prosesin qarşısını almaq üçün Tbilisi hökuməti müəyyən addımlar atmağa çalışır. Amma gürcülər orada vəziyyətin daha da gərginləşə biləcəyindən ehtiyat edərək, hələlik sərt tələblər ortaya qoymurlar. Hakimiyyət isə Cavaxetiya ermənilərini neytrallaşdırmaq məqsədilə, həmin regionun sosial və iqtisadi problemlərini həll edəcəyinə söz verib.
Hazırda hökumət Cavaxetiya bölgəsində yeni iş yerlərinin açılması, erməni dilli vətandaşlar üçün təhsil proqramının həyata keçirilməsi kimi bir sıra tədbirlər planlaşdırılır. Bu addımı atmaqla ölkə prezidenti M.Saakaşvili Cavaxetiya ermənilərini Rusiyanın mənfi təsirindən çəkindirmək məqsədi güdür.
Qanunların işlədiyi bölgə - Borçalı
Samsxe-Cavaxetiyadan fərqli olaraq Kvemo-Kartlidə qanunlar işləyir, əhali muxtariyyət-filan tələb etmir, burada Gürcüstan əleyhinə iş yoxdur. Odur ki, onları şovinizmə qonaq edirlər. Məsələn, azərbaycanlıların kompakt yaşadıqları Kvemo-Kartli regionunda Azərbaycan mənşəli toponimlərin gürcüləşdirilməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, həddindən artıq millətçilik nümunəsi göstərən Gürcüstan prezidentinin sərəncamına əsasən, azərbaycanlıların kompakt yaşadıqları Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonlarının ardından Zalka bələdiyyəsinin 12 kəndinin adı da gürcü toponimi ilə əvəz olunub. Adları dəyişdirilən kəndlərin siyahısı: Xadiki - Tbeti, Qunyaqala - Sameba, Tiakilsə - Qantiadi, Yeddikilsə - Sakdrioni, Axlıki - Koxta, Şipiaki - Çrdilisubani, Kvemno Xaraba- Xareba, Kiyariyaki - Axalşeni, Sapar-Xaraba - Samadlo, Çapaevka - Kavta, Cinisi - Artsivani və Qaraqum - Sabecisi ilə əvəz olunub.
|