Bişkekdə səfirlik açılacaq
|
Bu barədə prezidentlər İstanbulda razılaşıblar
Cümə, 31.12.2010
|
|
Azərbaycanda Qırğızıstanın səfirliyi açılacaq. APA-nın "AKİ press"ə istinadən verdiyi məlumata görə, Azərbaycanda işgüzar səfərdə olan Qırğızıstan baş nazirinin birinci müavini Omurbek Babanov bu məsələni Azərbaycanın baş naziri Artur Rəsizadə ilə müzakirə edib. Görüşdə Azərbaycanın Qırğızıstana edəcəyi qrant yardımı, ikitərəfli əlaqələrin inkişafı, qarşılıqlı ticarətin aktivləşməsi, Qırğızıstana imtiyazlı əsaslarla yanacaq-sürtkü materiallarının satılması, sərmayələrin cəlb edilməsi, ikiqat vergidən azad olunma haqqında sazişin ratifikasiyasının tezləşdirilməsi və s. məsələlər müzakirə olunub.
Babanov deyib ki, Qırğızıstan Azərbaycanla qarşılıqlı etimad, hörmət və səmərəli əməkdaşlıq əsasında münasibətlərin inkişafına böyük əhəmiyyət verir. A. Rəsizadə isə Azərbaycanın Qırğızıstandakı ictimai-siyasi vəziyyəti diqqətlə izlədiyini və həyəcan keçirdiyini bildirib:
"Biz öz təcrübəmizi bölüşərək sizə kömək etməyə hazırıq. Yeni il ərəfəsində səfərə gəlməyiniz onu göstərir ki, Qırğızıstan rəhbərliyi fəal çalışmağa başlayıb". Qonaq baş nazirin birinci müavini Yaqub Əyyubovla da görüşüb.
Babanov bildirib ki, Qırğızıstan və Azərbaycan rəhbərlərinin bu günlərdə İstanbulda keçirilən görüşündə hökumət heyətlərinin görüşü barədə razılığa gəlinib və hazırkı səfər həmin razılaşmanın həyata keçirilməsində ilk addım kimi qiymətləndirilə bilər.
|
|
|
Oxşar xəbərlər:
Neft Fondunun 2011-ci il büdcəsi müəyyən edilib
|
|
|