Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
Xaricdə yaşayan soydaşlar birliyə çağırıldı
Xaricdə yaşayan soydaşlar birliyə çağırıldı
Milli Məclisdən həmrəylik müraciəti
Cümə, 31.12.2010


F.Əliyeva
mətn ölçüsü  

Parlamentin 2010-cu ildəki son iclasında 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciət qəbul olundu. Müraciəti Milli Məclisin sədr müavini Bahar Muradova oxudu.

Müraciətdə qeyd olunurdu ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın azərbaycançılıq ideyası əsasında birləşməsinin əsasını qoyub: "Bu gün xalqımızın söz, əqidə, əməl birliyinə nail olunması üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş on milyonlarla azərbaycanlı bu gün birlikdə olmaq həqiqətini daha dərindən dərk edir. Soydaşlarımız arasında bağlar möhkəmlənir, azərbaycanlılar milli hüquqların qorunması işində bir-birinə dayaq dururlar".

Müraciətdə Azərbaycanın böyük inkişaf yolu keçdiyi, Azərbaycanda insan hüquqları və azadlıqlarının etibarlı təmin olunduğu qeyd olunur və bu ilin noyabrında keçirilən parlament seçkilərinin Azərbaycanın demokratik inkişafında yeni mərhələnin başlanğıcı olduğu bildirilir.

Qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü prinsipinin əsas götürülməsi beynəlxalq təşkilatlar və xarici dövlətlər tərəfindən qəbul olunub. Müraciətdə xaricdə yaşayan azərbaycanlılar birliyə çağırılır: "Azərbaycanın dövlət rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində münaqişənin nizama salınmasına nail olacağıq. Bütün azərbaycanlılar səylərini birləşdirməlidir. Bu problemin həllini daha da yaxınlaşdıra bilərlər".



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

"Fatimeyi-Zəhra" məscidinin sökülməməsi üçün müraciət edilib

"Evimizə getmək istəyirik"

Elçibəy ailəsi yardım təklifini qəbul etmir

Milli Məclis ABŞ-a etiraz bildirəcək

Milli Məclis Avropa Parlamentinə etiraz etdi

Bölmənin digər xəbərləri
 
Bişkekdə səfirlik açılacaq
Bu barədə prezidentlər İstanbulda razılaşıblar

Cavaxetiyada ermənilərə bir söz deyə bilmirlər
Amma Borçalıda hər nömrə işə salınır

Bölünmənin Kölgəsində Həmrəylik
Olmayan Həmrəylik Bayramımız mübarək olsun!

İran parlamentinin deputatları danışdı
Deyilir ki, "İran Qarabağ məsələsinin həllində çox maraqlıdır"

Növbəti sakit, qalmaqalsız bir iclas
Qanun qəbul edildi, amma onun barəsində kimsə bir söz demədi

İlin hərbi yekunları
NATO-dan aralanma, Rusiyaya yaxınlaşma nə vəd edir?

Brayza, nəhayət, Azərbaycana səfir gəlir
Prezidentin bu təyinatı bir il qüvvədə qalacaq. Sonra yenidən Senatda təsdiqlənməlidir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər