Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > İqtisadiyyat  
 
 
Avtomobillər yeni qaydalarla sığortalanacaq
Avtomobillər yeni qaydalarla sığortalanacaq
Cümə, 31.12.2010

mətn ölçüsü  

Yanvarın 1-dən avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək. "Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə sığorta Qaydaları" həm sığortaçılar, həm də sığortalılar üçün vahid qayda müəyyən edəcək. Qaydalar kütləsi 3500 kiloqramdan, oturacaq yerləri 8-dən çox olmayan minik avtomobillərinə şamil ediləcək.

Yeni qayda kreditlə avtomobil alanların da sığorta probleminin yumşalmasına səbəb olacaq. Artıq kreditlə maşın alan şəxslər avtomobillərini elə həmin şirkətdə sığortalatmağa məcbur olmayacaqlar. Seçim imkanı onlara daha ucuz və səmərəli paketlərdən istifadə imkanı verəcək.

Beləliklə, sığorta bazarında yaranan problemlərə son qoyulacaq. Çünki sığorta şirkətləri avtomobil sığortası müqaviləsində istədikləri şərtləri diqtə edə bilməyəcək. Xatırladaq ki, hazırda sığorta şirkətlərinin paketlərində müxtəliflik var. Bir sığorta şirkəti nəqliyyat vasitələrinə yalnız yol hadisələrində baş verən zərərlərə təminat verir. Digəri həm nəqliyyat vasitələrinə, həm sürücülərə dəyən zərərlərə təminat verir. Yaxud da müəyyən hadisələrdə baş verən zərərlərdən istisna halları müəyyən edirdi. Lakin bu qaydalarda ən vacib, həm sığortalılar, həm də sığortaçıların mənafeyinə uyğun şərtlər toplanıb, qayda halına salınıb.

Yerli investorlar xarici sərmayəçilərin yerini tutub

Başa çatmaqda olan ildə özəl sektorun kapital bazarı vasitəsilə maliyyələşmə dinamikası nəinki qorunub saxlanıb, hətta bir qədər inkişaf edib. Qiymətli Kağızlar Dövlət Komitəsi bildirir ki, il ərzində korporativ kağızlar bazarındakı əmtəələrin həcmi 14 faizə qədər artıb. Bütövlükdə korporativ kağızların qiymətli kağızlar bazarındakı payı ötən ildəki 11 faizdən bu il 25 faiz artıb. Bu artıq onu göstərir ki, qiymətli kağızlar bazarı daha çox monetar siyasətin alətləri və büdcə kəsirinin maliyyələşməsi deyil, korporativ sektorun özəlləşməsinə xidmət edən klassik missiyanı üzərinə götürməkdədir. Hər halda, dövlət komitəsində belə düşünürlər.

Böhran vaxtı Azərbaycan fond bazarını tərk edən xarici sərmayələr yerli investorlar hasabına bərpa olunub. Belə ki, yerli investorların bazardakı aktivliyi 50 faizdən çox artıb. Başqa sözlə, həmin dövrdə cəmi portfel təxminən 380 milyon manat idisə və bunun 100 milyon manatı xarici investorlar tərəfindən maliyyələşirdisə, bu gün qiymətli kağızların yerləşdirilməsi portfeli 440 milyon manata çatır.

İşəgötürənlərə 1500 manat cərimə

Ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar öz işçilərini "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növü üzrə sığortalamadığı təqdirdə 1500 manat məbləğində cərimə olunacaq. Qayda yanvarın 1-dən qüvvəyə minir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət əmək müfəttişliyinin rəis müavini Məhərrəm Məhərovun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır.

Hazırda Azərbaycanda 400 minə yaxın işəgötürən mövcuddur. Bu müəssisə və təşkilatların hamısı işçilərini icbari qaydada sığortalamalıdır: "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunda hərbi və ya xüsusi rütbəsi olan şəxslər, Azərbaycan və Naxçıvan milli məclislərinin deputatları, "Sosial sığorta haqqında" qanuna uyğun olaraq, məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla, bütün sosial sığorta haqqı ödəyən şəxslər bu sığorta növü üzrə sığortalanacaq".


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Nika Gilauri:Azərbaycan - Gürcüstanın ən vacib strateji tərəfdaşı
və enerji təhlükəsizliyinin təminatçısıdır

Torpağı əkib-becərməyənlərdən hesab soruşulacaq?
Ehtimal ki, torpağı geri qaytarmaq tələb edilsin

Vüqar Bayramov: "Gələn il əmanətlərin qaytarılacağı gözlənilmir"
Bunun heç qanunvericiliyi də formalaşdırılmayıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər