Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Təbriz-Miyana dəmiryolunun bəxti açılmır
Təbriz-Miyana dəmiryolunun bəxti açılmır
Bu xətt 11 ildir yarımçıq qalıb
Cümə, 31.12.2010

S.Sədrəddin mətn ölçüsü  

İran tikinti və nəqliyyat infrastrukturunun inkişafı üzrə şirkətin Şərqi Azərbaycan əyalətindəki təmsilçisi Həmid Əli Məhəmmədzadə İRNA-ya müsahibəsində deyib ki, Təbriz-Miyana dəmiryolunun tikintisi xarici sərmayəçilərin iştirakı ilə başa çatdırılıcaq. Yeri gəlmişkən, "Ayna"nın bir neçə il öncəki sayında bu "saqqallı" tikinti, onun tezliklə başa çatdırılacağı barədə vədlər haqda yazmışdıq. Amma bu müddət ərzində bir relslik belə iş görülmədiyi bəlli olur.

Məhəmmədzadənin sözlərinə görə, ölkənin Ali İqtisad Şurası bu layihə üçün xarici sərmayənin yatırımda iştirakını təmin etmək məqsədi ilə 740 milyon dollara yaxın vəsait ayırıb. Yaxın gələcəkdə tender elan ediləcək.

Güney Azərbaycanda iqtisadi fayda gətirəcək obyektlərə bu kimi ögey münasibətin arxasında siyasi hesablar dayanır. Yerli müşahidəçilərin fikrincə, Tehran hakimiyyəti Azərbaycan vilayətlərində iqtisadi inkişafda maraqlı deyil. Paniranistlər Azərbaycanın İranın tərkibindən çıxma ehtimalının gec-tez gerçəkləşəcəyinin fərqindədirlər.

Güney Azərbaycan ərazilərində radioaktiv maddələrin tullantıları üçün "nüvə qəbiristanlıqları" yaradır, buna pul tapır, amma Azərbaycan əyalətlərində iqtisadi önəm daşıyan inşaat işlərinə pul tapılmır.

İki il öncə Təbriz-Miyana dəmiryol tikintisində inşaat işlərinin gedişi barədə Şərqi Azərbaycan əyaləti icra hakimiyyətinin tikinti işləri üzrə müavini Məhəmməd Əşrəfniya İRNA-ya bildirmişdi ki, iki xətli Təbriz-Miyana dəmiryol xəttinin başa çatması üçün 430 milyon dollara yaxın maliyyə vəsaiti lazımdır. Bu vəsaitin veriləcəyi təqdirdə üç ildən sonra bu dəmiryol xətti istismara verilə bilər. Amma pul tapılmayıb. Görünür, avantürist atom-nüvə proqramı çox böyük pullar yeyirmiş.

Miyana-Təbriz dəmiryolunun uzunluğu 183 kilometrdir. Bu tikinti başa çatdığı halda Tehrandan Təbrizədək olan yol 114 kilometr qısalar, məsafə 5,5 saata qət olunar. Əyalətin icra hakimiyyəti iki il öncə İslam Respublikası hökumətinə Miyana-Tehran dəmiryol xəttinin çəkilməsi üçün də təkliflər paketi təqdim edib. Bu təklifdən də bir xəbər yox...

Yerli mütəxəssislər hesab edir ki, bu layihənin gerçəkləşməsi Şərqi Azərbaycan üçün strateji mahiyyət daşıyır. Bu yol vasitəsi ilə əyalətin iki böyük şəhəri - Təbriz və Miyana bir-birinə bağlanır.

Rəsmi vədlərə görə, yaxın perspektivdə Güney Azərbaycanın bu şəhərində irimiqyaslı iqtisadi layihələr həyata keçiriləcək: qara və əlvan metallurgiya, avtomobil sənayesi, kənd təsərrüfatı maşınqayırma zavodu və s. müəssisələrin inşa olunacağı planlaşdırılıb. Lakin bu bir vəddir və vəd olaraq qala bilər.

Xatırladaq ki, Miyana-Bostanova-Təbriz dəmiryol xəttinin tikintisinə 2001-ci ildə başlanıb. Amma maliyyə çatışmazlığı ucbatından işlər ləng gedib. Hazırda bütün işlərin 45 faizi görülüb. Mütəxəssislərin hesablamasına görə, bu layihəyə ildə 90 milyon dollara yaxın sərmayə qoyulmalıdır. Son iki ildə isə bu məbləğdən xeyli az vəsait ayrılıb.

Onu da yada salmaq istərdik ki, prezident Mahmud Əhmədinejadın bu əyalətlərdə keçirdiyi səyyar toplantılar zamanı bölgənin iqtisadi və s. inkişafına diqqəti artıracağına boyun olmuşdu. 2006-cı ilin məlum may etiraz aksiyalarından sonra əlüstü Təbrizə səfər edən Əhmədinejad haqqında bəhs etdiyimiz tikintinin də adını çəkmişdi. İranda baş verənlərdən göründüyü kimi, Azərbaycan əyalətləri İslam Respublikası rəhbərliyinin yadına işləri çətinə düşəndə, bir də seçkilər ərəfəsində yada düşür.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Bakı-Tiflis-Qars dəmir yol layihəsi təxirə düşə bilər

Bakı-Rostov dəmir yolunda bomba aşkarlanıb

Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək

"Qədim xalq"ın qorxuları və hesabları

İran parlamentinin deputatları danışdı

Bölmənin digər xəbərləri
 
Füruqinin Azərbaycan barədə "proqnozu"
Amma yaxşı olardı ki, İran gerçəkliyinə göz yetirəydi



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər