Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Güney  
 
 
Füruqinin Azərbaycan barədə "proqnozu"
Füruqinin Azərbaycan barədə "proqnozu"
Amma yaxşı olardı ki, İran gerçəkliyinə göz yetirəydi
Cümə, 31.12.2010

S.Soltan mətn ölçüsü  

İranın bir sıra din xadimləri Azərbaycan Respublikasının daxili işlərinə dair camaat qarşısında "fikir" söyləmək fürsətini əldən vermirlər. Dolayısı ilə buna daxili işlərə qarışmaq da demək olar. Doğrudur, Tehran rəsmiləri artıq ayətulla Xomeyninin "İran İslam inqilabı doktrinasının yayılması" ideyasından imtina etdiklərini bildirsə də, bunun heç də belə olmadığı açıq görünür. Məsələn, ötən həftənin sonunda İranın tanınmış din adamlarından ayətulla Məhəmmədəli Füruqi Ərdəbildə Cümə Namazı xütbəsində Azərbaycan Respublikasında "islamın inkişafına" da toxunub. Ermənipərəst agentlik kimi tanıdığımız "Regnum"un İran mənbələrinə istinadən bildirdiyi kimi, Füruqi deyib:

"Azərbaycan xalqının mənəvi sahədə inqilabı çox sürətlə inkişaf edir. Mən inanıram ki, yaxın gələcəkdə dünyanın İslam mərkəzi məhz Azərbaycan olacaq. Fikrimcə, Azərbaycan hakimiyyəti də əvvəl olduğu kimi, bu prosesdə layiqincə iştirak edəcək. O öz xalqını incidib, hicabı yasaqlamamalıdır".

Cənaba xatırlatmağı vacib bilirik ki, Azərbaycanda baş örtüyü yasaq deyil, kim istəyir örtə bilər. Amma ümumtəhsil məktəblərində şagirdlər müvafiq məktəbli formasında olmalıdırlar. Belə bir qanun var və qanuna əməl olunmalıdır.

Bir də İran ruhaniləri yaxşı olar ki, öz gözlərində tiri görsünlər və İran toplumuna, onun daxilində mövcud olan fəsadlara diqqət yetirsinlər. Biz bu ölkədə bu xəbərləri oxuyanda, sadəcə, dəhşətə gəlirik ki, 21-ci yüzildə belə-belə şeylər baş verə bilərmiş. Məsələn, "Miqnyus" agentliyinin məlumatına görə, İran Ali Məhkəməsi ötən həftə "sulfat turşusu ilə məhkumun kor edilməsi haqda" yerli məhkəmələrin çıxardığı qərarı təsdiqləyib.

Hadisə bir müddət əvvəl baş verib. 25 yaşlı Müctəba adlı bir gənc həyat yoldaşı ilə intim əlaqədə şübhəli bildiyi taksi sürücüsünün üzünə sulfat turşusu atıb. İrandakı mövcud cinayət məcəlləsindəki qisas almağın "gözə-göz" prinsipinə görə, Müctəbaya bəraət verilib. Bu olayla bağlı ilk qərarı Qum şəhərindəki məhkəmə çıxarıb.

Xatırladaq ki, sifətə "sulfat turşusu" atmaq hadisəsi əvvələr də baş verib. 2009-cu ildə evlənmək təklifindən imtina etdiyinə görə bir gənc qızın da gözləri sulfatın "qurbanı" olmuşdu.

2008-ci ildə 27 yaşlı Məcid adlı İran vətəndaşı barəsində məhkəmə "turşu vasitəsi ilə görməkdən məhrum edilsin" qərarı çıxarmışdı. Məhkum xanımdan özünə qarşı "sayğı" görmədiyinə görə bu addımı atdığını bildirmişdi. İstintaq materialarına əsasən, zərərçəkən, gözü və bədəni sulfat turşusundan "yanmış" Əminə Bəhrami adlı iranlı məhkəmədə "qisas" tələb edib.

"Euronews"un məlumatına görə, İranda ibnələr (homoseksualistlər) və başqa cinsi azlıqlar təqib edilir, zorakılığa məruz qalır, hətta öldürülür. "Numan Rights Watch" və başqa hüquq müdafiəçilərinin hesabatında bu məsələ vurğulanıb. Sənəddə qeyd olunub ki, İranda cinsi azlıqlar hakimiyyət, eləcə də onlara bağlı çeşidli qruplar tərəfindən təqib edilir. 100 səhifədən artıq yer tutan bu hesabat onlarca fakta əsasən hazırlanıb.

İbnələrdən biri deyib ki, Tehran kafelərindən birində ona ETTELAAT-ın mülki geyimli əməkdaşı hücum edib. Onun sözlərinə görə, həmin məmurlar sonra kafenin yiyəsini də döyərək zorlayıblar.

Atalar sözüdür: "Dəyirman bildiyini edər, çax-çax baş ağrıdar". Odur ki, Tehran hakimiyyətinin çeşidli sərt tədbirlərinə baxmayaraq, hicaba əməl edərək, çadraya bürünüb, məğnə (İranda rəsmi baş örtüyü) örtənlər "qədim peşəyə" əməl etdiklərini ustalıqla gizlədirlər. İranlı sosioloq doktor Əmanullah Qərayi-Müqəddəm bir müddət öncə ABŞ-dan yayımlanan "Fərda" radiosuna müsahibəsində deyib ki, İranda fahişəliyin yaş həddi 10-a enib. Müqəddəm pozğunluğun gənc və yeniyetmə qızlar arasında genişlənməsinin yoxsulluq, savadsızlıq, narkomanlıq, boşanmanın çoxalması, mühacirət və fərdi azadlıqların olmamasından irəli gələn problemlərdən doğduğunu söyləyib. Onun sözlərinə görə, ölkədə bu sayaq problemlərlə ciddi şəkildə məşğul olan qurumların yoxluğu ucbatından bu və oxşar hallar gün-gündən artıb, genişlənməkdədir. Doktorun fikrincə, "küçə qızları" və pozğunların dəqiq sayı bəlli olmasa da, ötən illərlə müqayisədə bu istiqamətdə "sürətli inkişaf" gözə çarpır.

İran Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı təşkilatının statistik rəqəmlərinə görə, ölkədə boşanmaların sayı ötən illə müqayisədə 2,13 faiz artıb, evlənənlərin sayı isə 5,2 faiz azalıb. Bu barədə İranın "İLNA" xəbər agentliyi məlumat yayıb. Ailə qurmuş şəxslərin yaş həddi kişilər və qadınlarda 20-24, boşananların yaş həddi isə qadınlarda 29-30, kişilərdə 34-35 təşkil edir.

Rəsmi məlumata əsasən, ötən il İranda bir milyon 240 min 259 uşaq dünyaya gəlib, 359 min 723 ölüm faktı qeydə alınıb, 804 min 628 min nəfər evlənib və 114 min 674 nəfər isə boşanıb.

Yəni İranda islam rejimi - sərt yasaqlar 30 yaşını adlamış olsa da, toplumda ictimai fəsadlar azalmaq bilməyib. Beləliklə, Tehran hakimiyyəti mövcud olduğu bu müddət ərzində ölkədə tətbiq edilən "hicab qaydaları" insanların "sümüyündə olanın səyriməsinin" qarşısını ala bilməyib. Bu baxımdan hicabın mütləqliyini müdafiə edib, bütün bəlaların ona əməl edilmədiyindən irəli gəldiyini iddia edənlər çağdaş İran gerçəkliyinə diqqət yetirsələr, pis olmaz.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Xocəsən məktəbinə hücum

Xamneyinin koma xəbəri: varis kimdir?

Misir Mərdanov:"Hər bir şagird məktəbdə yalnız məktəbli geyimində olmalıdır"

Xatirə İslam hicablanmaq fikrində deyil

Tehran hakimiyyətinin fitvasını verən olacaqmı?

Bölmənin digər xəbərləri
 
Təbriz-Miyana dəmiryolunun bəxti açılmır
Bu xətt 11 ildir yarımçıq qalıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qarabağa ədalət vəd edən "şər üçbucağı"

Qarabağa ədalət vəd edən "şər üçbucağı"


Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var

Avropa Məhkəməsində Azərbaycandan 1692 şikayət var


Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir

Dünyada ərzağa ən çox azərbaycanlılar pul xərcləyir


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər