Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Astroloq Səbuhi Rəhimli: "Qulağımız dinc olacaq"
Astroloq Səbuhi Rəhimli:
"Qulağımız dinc olacaq"
Həlimlik və diplomatiklik tələb olunur - Pişik münaqişə sevmir
Cümə, 31.12.2010

Aynurə mətn ölçüsü  

Astroloqlar deyirlər ki, 2011-ci il insanlara uğur və xoşbəxtlik gətirəcək. Çünki pişik həmişə yerə dörd ayağı üstə düşür, onun bəxti gətirir. Odur ki, Pişik ilinin hər bir yeni günündə insanların həyatında şəxsi və psixoloji baxımından dəyişikliklərlə yadda qalacaq. Münasibətlərdə sevgi, məhəbbət, hörmət, rəğbət ön plana keçəcək.

Artıq 2-3 ildir astroloq Səbuhi Rəhimli proqnozlarını "Ayna" qəzetinin oxucuları ilə bölüşür. Astroloqun proqnozlarının əksəriyyətinin özünü doğrultduğu da bir faktdır. Bu il də ənənəmizə sadiq qalaraq astroloqla müsahibəni diqqətinizə təqdim edirik.

- Pələng ilində dünya insanları çox gərgin dövr yaşadı. İqtisadi böhran, məhəlli münaqişələr, müdhiş miqyas almış təbii fəlakətlər, siyasi və hərbi gərginlik, epidemiyalar və s. 2011-ci ilin proqnozları nikbin olmağa əsas verirmi?

- Cəsarətlə deyə bilərəm ki, qarşıdakı ildə bu hallar çox aşağı faiz göstəricisinə düşəcək. El dilimizlə desək, qulağımız dinc olacaq. Bundan irəli gələrək yaxşı istirahət etməyə, təbiət qoynunda doğma və yaxınlarla dincəlməyə də şərait olacaq. Onu da deyim ki, əslində Pişik ili fevralın 3-də başlayır. O vaxta qədər Pələng ili hakim olduğu üçün ötməkdə olan ildə baş verən gərginlik hələ də davam edəcək. Bir neçə dövlətdə hakimiyyət dəyişikliyi gözlənir. Qarşıdurmalar davam edəcək. Xüsusən də yanvarın birinci yarısında dünya ölkələrində, xüsusilə Avropada sensasion hadisələr olacaq.

Qarşıdan gələn Metal ünsürlü Ağ Pişik ilində isə (3 fevral 2011-ci ildə başlayır) vəziyyət kəskin surətdə dəyişəcək.

REKLAM

Çünki Pişik illəri bir qayda olaraq sakit keçir. Təbii ki, söhbət ümumi atmosferdən, qarşılıqlı münasibətlərdən və cəmiyyətin inkişaf prosesindən gedir. Bütün çağların astroloqları Pişik illərini "ümidlər ili" adlandırıblar və bunu əsaslandırmaq üçün kifayət qədər əsasları olub. Gələn ilin bu aylarında özünüz də görəcəksiniz ki, proqnozlar özünü doğruldub. Məsələn, əgər Pələng ilində siyasi müstəvidə böyük hərc-mərclik olur, ailə-sevgi zəminində ayrılıqlar, boşanmalar baş verirdisə, Pişik ilində bunun tam əksi olacaq. Ümumiyyətlə, bütün astroloji mənbələr göstərir ki, belə illərdə insanlar özlərini, öz enerjilərini daha çox münasibətlərə, ailə və dostlara sərf etməlidir. Yalnız bu halda ilin "oyun qaydaları"na riayət etmiş olarlar. Yeri gəlmişkən, Pişik yalanı və xəyanəti bağışlamır, daha dəqiq desək, bu yolu tutanları möhkəm cəzalandırır. Bu dövr heç əyyaşları, narkomanları da sevmir. Bu isə öz-özlüyündə cəmiyyətin sağlamlaşmasına öz töhfəsini verməkdir. Axı Pişik həm də şəfaverici, sabitliyin himayədarı, cəsarətli insanların qoruyucusudur.

Pişik istedadlı, qabiliyyətli insanlara geniş imkanlar yaradacaq, onları məşhurlaşdıracaq. Amma bütün göstəricilər bəyan edir ki, ailə və qohumluq zəminində olduğu kimi, yaradıcılıq müstəvisində də hər bir mübahisəni həlim və diplomatik şəkildə həll etmək lazımdır. Hər hansı münaqişə Pişiyin xoşuna gəlmir.

- İlin adı barədə fərqli fikirlər var. 2011-ci il Pişik, yoxsa Dovşan ili olacaq?

- Oxucularınıza bir informasiyanı da çatdıraq ki, ilin əsl adı Pişikdir. Çünki bütün qədim mənbələrdə bu illər başqa adla çağırılmayıb, bu ilin xarakterik cizgiləri, reaksiya və davranışları pişiyə daha çox uyğundur. Dovşan adı isə son üç yüzildə çəkilməyə başlayıb. Amma bizlər üçün bu, mübahisə predmeti deyil - qoy kim necə istəyir desin, təki ümumi mənfəətdən hamı yararlansın.

Ağ Pişik ilinin müddəti belədir: 03.02.2011-12.12.2012. İlin planeti Yupiterdir. Uğurlu ayları - mart və dekabrdır. İlin uğursuz ayları isə iyun və sentyabr olacaq. İlin düşərli günü cümə axşamı, cümə, ağır günü - çərşənbə axşamıdır. İlin düşərli təqvimləri bunlardır: 3, 4, 6, 7, 9, 11. İlin numeroloji rəqəmi: 4. İlin aparıcı bürcləri: Oxatan, Balıqlar. İlin aparıcı işarələri: Pişik, Keçi, Qaban.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

2010: gözlənən siyasi və hərbi hadisələr

"Hakimiyyət daxilində dəyişiklik gözlənilir"

2010 bahalaşma ilə yadda qalacaq

Gəln ilin büdcə layihəsi hazırlanıb

Astroloq Səbuhi Rəhimli: "Azərbaycanda baş verəcək hadisələr...

Bölmənin digər xəbərləri
 
ADU-da ərəbşünaslıq tədris ediləcək
Ərəb ölkələrinin səfirləri universitetdə olublar

Keyfiyyətsiz məhsullar - bəzəkli qutularda...
Uşaqlara hədiyyə alarkən diqqətli olun!

Lerik sakini - Lənkəran polisindən şikayətçi
"Məni cibimə narkotik atıb həbs etməklə, öldürməklə hədələyirlər"

Təhsil nazirindən İranlı ruhaniyə cavab: "Hicabla bağlı qəbul edilmiş qərar həyata keçiriləcək"
Nazir vətəndaşları qanuna hörmət etməyə çağırır

Gələn il təbii qaz bahalaşmayacaq
"Azəriqaz" bununla bağlı hökumətə müraciət etməyib



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər