Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Təhsil nazirindən İranlı ruhaniyə cavab: "Hicabla bağlı qəbul edilmiş qərar həyata keçiriləcək"
Təhsil nazirindən İranlı ruhaniyə cavab:
"Hicabla bağlı qəbul edilmiş qərar həyata keçiriləcək"
Nazir vətəndaşları qanuna hörmət etməyə çağırır
Cümə, 31.12.2010

İ.Umudlu mətn ölçüsü  

Azərbaycan məktəblərində şagirdlər məktəbli formasında olmalıdır. Dünyəvi dövlətlərin hamısında bu qayda mövcuddur və bu - normaldır. Bizdə bu qayda sovet dönəmində də vardı və son üç ildə yenidən - aradakı müəyyən fasilədən sonra - bu qaydaya qayıdılmışdır. Əlbəttə, bu doğru bir addımdır. Amma son zamanlar müəyyən şəxslər bu qaydaya qarşı çıxmaqdadırlar. Müəyyən media orqanları da onların dəyirmanına su tökür. İş hətta İran mollalarının da diqqətini cəlb edib və onlar ictimai çıxışlarında ölkəmizin ünvanına yersiz ifadələrə yol verib, daxili işlərimizə qarışmağa cəhdlər ediblər. Təhsil naziri Misir Mərdanov birbaşa olmasa da, bu kimi cəhdlərə, nəhayət, qəti cavab verib:

"Hicabla bağlı qəbul olunmuş qərar yerinə yetiriləcək. Heç kəs buna şübhə etməsin". Təhsil naziri bu sözləri İran ruhanisi ayətulla Nasir Mikarim Şirazinin Azərbaycan orta ümumtəhsil məktəblərində hicab məsələsi ilə bağlı fikirlərinə münasibət bildirərkən jurnalistlərə açıqlamasında deyib (APA).

Nazir vətəndaşları Azərbaycan qanunlarına hörmət etməyə çağırıb: "Biz hamını buna dəvət edirik. Əminəm ki, işimiz uğurlu olacaq. Bu iş heç kəsə, o cümlədən İslam dininə qarşı qoyulmayıb. Mən bunu məsuliyyət hissi ilə deyirəm".

Söhbət iranlı din adamı Nasir Mikarim Şirazinin bu günlərdə söylədiyi təhrikedici, ölkəmizin daxili işlərinə qarışan, hörmət gözlənilməyən mülahizələrindən gedir. Şirazi deyib: "Əhali dinc yollarla İslama zidd göstəriş və qərara müqavimət göstərsin və müsəlman ölkəsində İslam müqəddəslərinə qarşı çıxılmasına icazə verməsin. Qeyrətli Azərbaycan əhalisi düzgün olmayan belə bir göstərişlə razılaşmamalıdır. Azərbaycanın möhtərəm rəsmilərinə də məsləhətdir ki, əcnəbilərin təhrikinə aldanmayıb (?!) öz insanlarının səsini eşitsinlər".

İran ruhaniləri unudurlar ki, Azərbaycan dünyəvi dövlətdir, din dövlətdən ayrıdır, dini inanc insanların vicdan işidir və bu dövlət şəriət qanunları ilə deyil, dünyəvi qanunlarla idarə edilir. Azərbaycan rəsmilərinin ünvanına onun fikirlərində yer alan "əcnəbilərin təhrikinə aldanma" kimi mülahizə isə tamamilə yersizdir və hətta təhqiramizdir. Azərbaycan müstəqil dövlətdir, daxili və xarici siyasətini özü müstəqil müəyyənləşdirir və biz bilən, Azərbaycanın qərar qəbul edən rəsmiləri kifayət qədər iradəli adamlardır və hansısa mifik əcnəbilərin məsləhəti ilə oturub-durmurlar. İranda nüfuz sahibi olan Şirazi və digərlərinə isə söyləmək istəyirik ki, Azərbaycanda mövcud olmayan "hicab problemi" sarıdan qətiyyən narahat olmasınlar. Bunu özü üçün məsləhət bilənlərə qadağan yoxdur. Sadəcə, orta ümumtəhsil məktəbləri üçün müəyyən edilmiş forma var və ona əməl edilməlidir və ediləcək.

Təhsil Naziri Misir Mərdanov 2010-cu ili ümumilikdə təhsil sferası üçün uğurlu il sayır. Bildirib ki, qarşıdakı ildə də dövlət proqramlarında nəzərdə tutulan tədbirlər yerinə yetiriləcək. Nazir deyib: "Bu o demək deyil ki, nəzərdə tutduğumuz işlərin hamısını istədiyimiz səviyyədə başa çatdıra bilmişik. Əlbəttə, başa çatmayan, başa çatdırılması mümkün olmayan məsələlər də var. Amma düşünürəm ki, bütövlükdə 2010-cu il Azərbaycanda təhsil sahəsində uğurlu illərdən biri kimi tarixə düşüb".





Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

Gənc liderlər Qazağa toplaşıb

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Təhsil naziri təbii fəlakətlə bağlı qərar qəbul edəcək

Nazir xaricdə təhsil alan gənclərlə görüşüb

Balacaları 5 yaşından bağçaya göndərə bilməyəcəyik

Bölmənin digər xəbərləri
 
ADU-da ərəbşünaslıq tədris ediləcək
Ərəb ölkələrinin səfirləri universitetdə olublar

Keyfiyyətsiz məhsullar - bəzəkli qutularda...
Uşaqlara hədiyyə alarkən diqqətli olun!

Lerik sakini - Lənkəran polisindən şikayətçi
"Məni cibimə narkotik atıb həbs etməklə, öldürməklə hədələyirlər"

Gələn il təbii qaz bahalaşmayacaq
"Azəriqaz" bununla bağlı hökumətə müraciət etməyib

Astroloq Səbuhi Rəhimli: "Qulağımız dinc olacaq"
Həlimlik və diplomatiklik tələb olunur - Pişik münaqişə sevmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər