Hal-hazırda Ayna qəzetinin 31.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Cümə | 31.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Cəmiyyət  
 
 
Keyfiyyətsiz məhsullar - bəzəkli qutularda...
Keyfiyyətsiz məhsullar - bəzəkli qutularda...
Uşaqlara hədiyyə alarkən diqqətli olun!
Cümə, 31.12.2010

A.Akif mətn ölçüsü  

Yeni ilin bəzəyi bəzədilmiş küknar ağacları və uşaqlar üçün Yeni il hədiyyələridir. Lakin ötən illərdən bəllidir ki, bu bayramdan həm də vicdansız işbazlar faydalanmağa çalışır. Məsələn, hədiyyə qutularına keyfiyyətsiz, yararlılıq müddəti bitmiş məhsulların qoyulması kimi... Bunu bilən böyüklər düşünməli olur. Yeni il hədiyyələri parıltısı, bərbəzəkli qutusu ilə diqqəti cəlb etsə də, uşaqlara hədiyyə alarkən tərəddüd edirik. Hədiyyə qutularına yığılan məhsulların keyfiyyətinə inamsızlıq qalır.

Hədiyyəlik oyuncaq qutularına da inam qalmayıb. Ekspertlər deyirlər ki, valideynlər rəngi çıxan oyuncaqları almasınlar, ən çox ağ rəngli oyuncaqlara üstünlük versinlər. Elektrik enerjisi ilə işləyən işıqlı oyuncaqlarla ehtiyatlı davransınlar və onları nəzarətsiz buraxmasınlar. Belə ki, Yeni il axşamlarında bu kimi oyuncaqlardan dəfələrlə yanğın hadisəsi, cərəyan vurmaları baş verib.

İİN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz Yeni il hədiyyələrinin satışının qarşısının alınması məqsədilə monitorinqlərini davam etdirir. Dövlət Xidməti tərəfindən "Bolluq LTD" MMC-də aparılan yoxlama zamanı müəssisədə satışa hazır qənnadı məhsullarından komplektləşdirilərək Yeni il hədiyyəsi kimi xüsusi hazırlanmış və kağız qutulara qablaşdırılmış malların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyən edilib. Hədiyyə komplektinə daxil edilmiş "Piknik" və "Sport" adlı peçenyelərin saxlama müddəti normativ sənədlərə əsasən 3 ay təşkil etdiyi halda, etiketlərində 6 ay göstərilib. Normativ sənədlərə əsasən, saxlama müddəti 3 ay təşkil edən "Celli" adlı marmeladın və şokoladlı vaflinin üzərində isə istehsal tarixi və saxlama müddəti, ümumiyyətlə, göstərilməyib. Lakin bu məhsullar da daxil edilməklə komplektləşdirilmiş Yeni il hədiyyələrinin üzərində saxlama müddəti 6 ay göstərilib... Belə-belə işlər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun dediyinə görə, hər dəfə Yeni ildə keyfiyyətsiz mallar işə verilir. Satılmayan, istifadə müddəti keçmiş, hətta xarab olmuş konfetlər, peçenyelər ekzotik qutulara doldurulur və qablaşdırılır. Sonra isə...

Eyyub Hüseynov təəssüflənir ki, azyaşlıları yolka şənliklərinə aparan valideynlər buna biganə yanaşırlar. Nəticədə zəhərlənmələr baş verə, uşaq ciddi xəstələnə bilər:

"Bütün bunlar hər il baş verən prosesdir. bu ili istisna etmirəm. Məsləhət görürəm ki, valideynlər maksimum diqqətli olsunlar".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, əksər ticarət mərkəzlərində Yeni il hədiyyələri qablaşdırılarkən tövsiyələrə əməl edilmir. O deyir: "Reydlərdə nöqsanlar üzə çıxanda ticarət şəbəkələrinin rəhbərləri əl-ayağa düşür. Onlar yüksək məbləğdə cərimə edilir. Məsələn, ötən il 30 mağazada Yeni il hədiyyələri yığışdırılaraq satışdan çıxarılıb. Doğrudur, ticarət mərkəzləri yüksək cərimə həddinə görə bu il bir qədər ehtiyatlanırlar. Amma bu o demək deyil ki, Yeni il hədiyyələrinin satışında qayda-qanun tam bərpa edilib".

F.Talıblı xatırladır ki, bu kimi pozuntulara görə fiziki şəxslər 1500-2000, hüquqi şəxslər isə 3000-5000 manat civarında cərimələnəcək.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də Bakıda və digər şəhərlərdə Yeni il hədiyyələrinin satılması ilə bağlı reydlərə başlayıb. Ona görə də bir daha mağaza və dükan sahibləri diqqətli olmalı, insan həyatı üçün təhlükə törədə biləcək ərzaq və qida məhsullarını satışdan çıxarmalıdırlar. Əks təqdirdə onları yüksək cərimə gözləyir.



Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Oxşar xəbərlər:

İçərişəhər Yeni ilin gəlişinə hazırlanıb

Mineral sulara qaz vurulur

Hədəfdə kolbasa, sosiska, duz, yumurta və çörək!

Xoşbəxt illər

Hədiyyə bağlamaları təhlükəli ola bilər

Bölmənin digər xəbərləri
 
ADU-da ərəbşünaslıq tədris ediləcək
Ərəb ölkələrinin səfirləri universitetdə olublar

Lerik sakini - Lənkəran polisindən şikayətçi
"Məni cibimə narkotik atıb həbs etməklə, öldürməklə hədələyirlər"

Təhsil nazirindən İranlı ruhaniyə cavab: "Hicabla bağlı qəbul edilmiş qərar həyata keçiriləcək"
Nazir vətəndaşları qanuna hörmət etməyə çağırır

Gələn il təbii qaz bahalaşmayacaq
"Azəriqaz" bununla bağlı hökumətə müraciət etməyib

Astroloq Səbuhi Rəhimli: "Qulağımız dinc olacaq"
Həlimlik və diplomatiklik tələb olunur - Pişik münaqişə sevmir



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər